TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 12-04-2026, 22:26
“Ədalət axtarma sən bu dünyada”

“Ədalət axtarma sən

bu dünyada”


Şair qəlbinin inciləri
(İsmayıl Çeşməlinin şeirləri barədə qısa təfərrüatlarım)
Şeir qəlb aynasıdır. Bu aynada şair ürəyinin çırpıntılarını aydınca görə bilirik. Bu misralarda da şair öz səmimi fikirləri ilə qəlb aynasının necə olduğunu hansı qəlbə, hansı ürəyə malik olduğunu göstərir. Bu mənada İsmayıl Çeşməlinin şeirlərində xalqın ürəyindən gələn səsləri də eşidirik, xalqın ürəyinin hansı hisslərlə, duyğularla döyündüyünü də görürük. İsmayıl Çeşməli qəlbinin inciləri onun şeirlərində gün işığı kimi nəzərə çarpır. Şairin poetik fikirləri oxucunu həyacanlandırır. Gəlin bu misralara diqqət yetirək :
Gündüzlər günəşdi, gecələr Aydı,
Könlümdə bəslənən çiçəkdi qadın.
Gözəllik tanrıdan bil ona paydı,
İçimdə yaranan istəkdi qadın.

Kövrək duyğulardan yoğrulmuş bu misralar şair ürəyinin eşqsiz, məhəbbətsiz bir an da döyünə bilmədiyinin təsdiqidir. Şairin sevgi şeirlərində Füzuli, Müşfiq poeziyasının ətri rayihəsi duyulur. Və yaxud bu misralardan gələn sevgi ətrini bənövşə ətri kimi "qoxlayaq"
Ətrini ruhuma yaydı küləklər,
Açıldı bəxtimdə solmaz çiçəklər.
Dil açdı qəlbimdə susqun diləklər,
Sən mənim gözümdə huri- mələksən.

Onun şeirlərindəki poetik anlam bu baxımdan diqqətimizdən yayınmır. Müəllifin səmimi hisləri oxucuda xoş ovqat yaradır.
Qısa tərcümeyi-hal:
İsmayıl Çeşməli (İsmayıl Qəməndər oğlu İsmayılov) 30 sentyabr 1983-cü ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olub. İlk təhsilini həmin məktəbdəki kənddə alıb, sonra təhsilini Araz Hüseynov adına Aşağı Öysüzlü kənd orta məktəbində davam etdirib. Daha sonra Tovuz Texniki Peşə liseyini bitirib. Xüsusi hərbi təhsil alıb, 6 il Azərbaycan Milli Ordusunda gizir kimi çalışıb. Tovuz rayonunda Su Meliorasiya idarsində işləyib. Hazırda işləmir. Ailəlidir, bir övladı var.
İsmayıl Çeşməlinin şeirlərində sevginin tərənnümü diqqəti cəlb edir. Qeyri təbiilik, süni notlar onun sevgi şeirlərinin ruhuna yaddır. O, şeirlərini qəlbinin hərarəti ilə cilalayır, ictimai nüansları əsas poetik hədd kimi qabardır. Fikrimizin təsdiqi kimi bu misralara diqqət yetirək:
Gəlişin bəxtimə nur saçdı, gülüm,
Ay mənim qəlbimə hakim olan qız.
Lal olan arzular dil açdı, gülüm,
Ay mənim qəlbimə hakim olan qız.
...Baxışlar rəssamtək şəklimi çəkdi,
Varlığın ömrümdə çiçəklər əkdi...

Qısa təfərrüatla nümunə kimi verdiyim bu misralarda istedadlı şair həyatdan güc aldığımızı heyranlıqla dilə gətirir, yaddaşımızda parlaq obrazlar yaratmaqla həm də sənət məbədində sağlam xarakterlər göstərmək məqsədi güdür.
Pisləşir, get-gedə dəyişir zaman,
Qartal, o zirvədən bir daha enmə.
Şeytanın cibinə giribdi insan,
Qartal, o zirvədən bir daha enmə.

Bu misralarda şair dövranın gərdişindən gileylənir, qartala elə qalxdığı zirvədə qalmasını diqtə edir. Əslində, “Qartal, o zirvədən bir daha enmə” fikrində çox incə və ciddi mətləblər var və şair bunu bizə eyhamla bildirir, bizi ciddi düşündürür, ictimai həyatın nə üçün belə formada cərəyan etməsi onda dərin məyusluq doğurur.
Bulaqtək sinəmdə qaynayıb-daşdın,
Sən mənim gözümdə huri-mələksən.
Dəryatək titrədin, sel kimi coşdun,
Sən mənim gözümdə huri-mələksən.

Buradakı fikir qatında sevgi hissi qırmızı xətt kimi görünür. Bu hiss geniş mənada hər kəsi təbdən təbə salır. Burada diqqət çəkən fikirlər oxucunu xoş duyğulara qərq edir:
O xumar gözündən gülən sevgilim,
Gəl, mənim qeydimə qal, yavaş yeri.
İstərəm uyuyum qolunun üstə,
Uşaqtək laylamı çal, yavaş yeri.

Bu misralardakı poetik duyğular ümumi fikirdir. Hər şey – deyilə biləcək nə varsa, hamısı bu fikirdə cəmləşib. Tək bu “Gəl, mənim qeydimə qal, yavaş yeri” misrasındakı gerçək bəs edir ki, oxucu şairin nə dediyinin fərqinə vara bilsin.
Neştərlə xəlvətdə gözün oyacaq,
Ədalət axtarma sən bu dünyada.
Cəlladtək dərini vallah, soyacaq,
Ədalət axtarma sən bu dünyada.

Bu misralarda da şairin kövrək, duyğuları ilə üz-üzəyik. O, burada qəlb çırpıntılarını həyata sevgidən daha çox yanlış məqsədlərə kin-küdurət kimi verir, təəssüflə “Ədalət axtarma sən bu dünyada” deyir. Bu isə hamımızın bildiyimiz həqiqətdir...
Mötəbər bir addı, mənalı sözdü,
Hər yetən adama müəllim demə.
Gur yanan çıraqdı, sönməyən közdü,
Hər yetən adama müəllim demə.

Burada ürəklərə meh kimi düşən bir sözün – “müəllim” sözünün nə qədər müqəddəs olması diqqət çəkir. Şair bu anlamda sanki hayqırır ki, hər yetənə müəllim deməyin. Çünki bu sözü hörmətdən salmış olarıq...
Şairlər məskəni, saz-söz diyarı,
Həmişə ucadır başı Tovuzun.
Tanıdım sizlərə aşıq Xanları,
Tarixdən bəllidir yaşı Tovuzun.

Doğulduğu yurdun böyüklüyünə, görkəmli sənətkarlarına sevgi hissi İsmayıl Çeşməlinin ədəbi ehtiramıdır. Yurd adını babalarımız da həmişə müqəddəs tutub, elə şair də bu adı müqəddəs hesab edir.
Əzəldən vurğunam incə gülüşə,
Cəlladtək canımı aldın, a gözlər.
Dodağı məst edən bircə öpüşə
Xəlvətcə könlümü çaldın, a gözlər.

İsmayıl Çeşməli bu misralarda can alan gözlərin əslində, həm də yaxıcı, nifrət dolu baxışlarla süsləndiyini demək istəyir. Oxucu da elə şairin dediklərini eyni sevgi hissi ilə qavrayır, bu misralarda milli xüsusiyyətlər görür. Bu bənddəki poetik görüntü bir insanın həyata nə qədər sevgi ilə yanaşması faktı ilə diqqət çəkir. Göründüyü kimi, nümunə gətirdiyim şeir parçalarında istedadlı şair İsmayıl Çeşməli sözü sanki əvvəlcə su kimi içir, sonra da ruhumuza elə üfürür ki, gözlərimiz məmnunluq hissi ilə dolur.
İsmayıl Çeşməlinin şeirlərində bizi heyran qoyan ədəbi göstəricilərdən biri də onun güclü müşahidələri, eyni ədəbi təfsilatla xarakterizə etdiyi ictimai nüanslardır. Və ən nəhayət, demək istəyirəm ki, İsmayıl Çeşməli halal söz adamıdı, sözünün qüdrətilə seçilən söz sahibidir. O, həm də ürək adamıdır, doğulduğu torpağa, yurd yerinə bağlı adamdır. Doğma Tovuza yazdığı " Tovuzun" şeirilə o, özünün Vətən sevgisini, yurd sevgisini bir daha anlatmışdır.
Şairlər məskəni, saz-söz diyarı,
Həmişə ucadır başı Tovuzun

Və yaxud
Bülbüllər məftundur bağında gülə,
Qızıldan üstündür daşı, Tovuzun.

Bəli İsmayıl Çeşməlinin hər şeirində, hər misrasında ilahi bir nur var. Bu nurun işığında onun könül dünyası ilə az- çox tanış ola bildim. Onu da hisselədim ki, İsmayıl Çeşməli olduqca duyğulu şairdi. Duyğuları bulaq kimi qaynayır.
Şairin şeirlərindən bəzi nümunələri nəzərdən keçirdim, fikrimi bildirdim, poetik dünyasına könül ziyarəti elədim.
Şözlə nəfəs alan şairin şeirlərindən onu da anladım ki, İsmayıl Çeşməli şeir yazmaq üçün dünyaya gəlib. Dünyaya xoş gəlib, şair. Yaz-yarat böyük sənətkar. Sənin işıqlı şeirlərinə ədəbiyyatımızın böyük ehtiyaçı var.
Yeni şeirlərinlə dünyamızı, həm də poeziya sevərlərin qəlbini nura döndər.

Hüseyn İsaoğlu,

yazıçı-publisist,
AYB və AJB üzvü



Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!