Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 25-02-2022, 08:51
SƏMİMİ  ŞAİR DÜNYASI
SƏMİMİ ŞAİR DÜNYASI
Şair Babulla Hüseynzadənin “Vətənə uzanan əllər” şeirlər kitabı 2020-ci ildə işıq üzü görüb. Gənc yaşlarında ilk şeirləri Lerik rayonunda çıxan “Bolluq uğrunda” qəzetində çap olunub. Ədəbiyyata olan sevgisini qoruyub saxlaya bilib. Uzun müddət Rusiyada yaşayan şair Babulla Hüseynzadənin ürəyi doğma vətənlə bir döyünüb. Vətəndən kənarda qürbət həyatı yaşamış, el-oba həsrəti çəkən şair bunların hamsını şeirə çevirib. Onun şeirlərində vətənə sevgi, millətə məhəbbət tərənnüm olunur. Qurbətdən əllərini vətən adlı Kəbəyə uzadıb güc, qüvvət istəyib:
Ağrılar-acılar, yan-yana qalır,
Xəyallar, fikirlər könlümü alır.
İllər bir-birini qovur dolanır,
Ürəkdən gələni, ay yazan əllər,
Vətən torpağına, uzanan əllər.

Sibir şaxtasına məruz qalmışam,
Sibirdən qəriblik dərsin almışam.
Vətən! nə şirinsən kövrək olmuşam,
Qürbətdə çalışan, qazanan əllər,
Vətən torpağına, uzanan əllər.


Və yaxud:

Kəsilməz kəkliyin, qaqqıltı səsi,
Qayalı dağlardan dumanı, sisi.
Ordadır Anamın isti nəfəsi,
Qırqovul, turacı, ceyranı gördük,
Məzədir, təzədir, gözəldir Lerik.

Qızyurdu, Kömürgöy zirvəsi qoşa,
Əzəldən ellərə olmuş tamaşa.
Vətən gözəlləri verib baş-başa,
Sığınan təbiətə, görmədi təklik,
Məzədir, təzədir, gözəldir Lerik.

Şair başqa bir şeirində uşaqlığını və doğma kəndini tərənnüm edir. O, Lerik rayonunun Rvarud kəndində doğulub. Onu şair kimi yetişdirən doğma Rvarud kəndi olub. Ölkə miqiyasında böyük ziyalıları ilə tanınan Rvarud kəndi haqqında nə qədər yazılsa da, məncə, azdır. Şair üçün qürbətdə ürəyindən axan sözlərini misralara çevirmək bəlkə də çətindir. Həm qürbət həyatı yaşamaq, həm də o hissləri şeirə çevirmək. Yuxarıda dediyim kimi ədəbiyyata olan sevgisini şairlik istedadını qoruya bilib.
Şair Babulla Hüseynzadə davamlı olaraq “Yurd” jurnalında və digər mətbu orqanlarda çap olunur. Onun “Ömrümün söz yarpaqları” adlı ikinci şeirlər kitabı ötən il işıq üzü görüb. Kitabda toplanan şeirlər diqqəti cəlb edir. Kitabda həm vətənpərvərlik, həm də sevgi şeirləri yer alıb. Babulla müəllimin özünə məxsus poetik fikirləri, əlbəttə, oxucu üçün maraqlı olar:
Dostum, yolun düşsə bizim dağlara,
Dağlardan, nubarlıq mənə qar gətir.
Gəz dolan, üz tutan o yaylaqlara,
Əlindən keçəndən, hər nə var gətir.

Şehli yamacları gəz addım –addım,
Orda ata yurdum, baba ocağım.
Bir vaxt ayazına səpmiş dodağım,
Həyadan, ismətdən düz ilqar gətir.

Babulla müəllim bizim dağlar, - deyəndə doğma Rvarud kəndini nəzərdə tutur. Təbii ki, şairin bu şeirlər kitabından da çox nümunələr söyləmək olar. Çünki hər bir şeiri oxucunun diqqətini özünə cəlb edəcəyəinə əminəm. Şair davamlı olaraq şeirlə, poeziyayla məşğuldur. O, söz adamıdır. Hər anı şeirlə ötüşür. Dostlara və ümumiyyətlə insanlara qarşı da çox diqqətlidir. Onun həm kitablarından, həm də müsbət xarakterindən çox danışmaq olar. Şeirlərini sevə -sevə oxuduğum səmimi şair Babulla Hüseynzadəyə can sağlığı və yaradcılıq uğurları arzulayıram!

İltimas SƏMİMİ


Paylaş



Bölmə: Mədəniyyət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!