Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 2-11-2025, 21:12
Türkiyə tarixi sənədə imza atdı - DETALLAR


Türkiyə tarixi sənədə imza atdı - DETALLAR

Türkiyə və İraq su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında tarixi saziş imzalayıb.
Sənəd Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bağdada səfəri çərçivəsində imzalanıb. O, səfər zamanı İraqın xarici işlər naziri Fuad Hüseynlə danışıqlar aparıb.
İraq XİN rəhbəri bildirib ki, iki ölkə arasında ticarət, iqtisadiyyat və enerji sahələrində olduğu kimi, su məsələsində də qarşılıqlı maraqlara əsaslanan möhkəm tarixi və coğrafi əlaqələr mövcuddur.
“Bu gün imzalanan sənəd İraq və Türkiyə münasibətləri tarixində mühüm dönüş nöqtəsidir. Su ehtiyatları sahəsində əməkdaşlıq barədə razılaşma münasibətlərimizin yeni mərhələsidir,” - deyə Fuad Hüseyn qeyd edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə razılaşmanı “son dərəcə əhəmiyyətli və iki ölkə münasibətlərində ilk belə addım” adlandırıb:
“Uzun illərdir Türkiyə və İraq su ehtiyatlarının daha səmərəli istifadəsi yollarını axtarırdı. İki il yarım əvvəl Bağdada səfərim zamanı İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə iki mərhələli yanaşma barədə razılaşmışdıq. Birinci mərhələ su ehtiyatlarından optimal istifadə yollarının müəyyənləşdirilməsi, ikinci mərhələ isə İraqın su infrastrukturunun və suvarma sistemlərinin müasirləşdirilməsi idi. Bu istiqamətlərdə intensiv iş aparılıb.”


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!