Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 3-11-2025, 13:32
Türkiyəli jurnalistlər Qarabağa səfər ediblər


Türkiyəli jurnalistlər

Qarabağa səfər

ediblər-
FOTO

Qarabağa növbəti media səfəri təşkil olunub. Türkiyə KİV-in Qars, Ərzurum və İğdırdan olan 15 nəfərlik nümayəndəsi Ağdam, Xocalı və Xankəndi şəhərlərinə səfər ediblər. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində jurnalistlər ilk olaraq Xocalının Əsgəran qalasında olublar. Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar. Media nümayəndələrinə XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən Əsgəran qalası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qala Qarabağ xanlığının şərq qapısı kimi tanınıb və müdafiə məqsədilə tikilib.
Türkiyəli jurnalistlər daha sonra Xocalı şəhərində olaraq burada aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə tanış olublar. Onlar Xocalıya qayıdan sakinlərlə görüşüb, onların təəssüratlarını öyrəniblər. Verilən məlumata görə, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində artıq Xocalı şəhəri və 7 kəndə köç prosesi həyata keçirilib.

Səfərin növbəti dayanacağı Xankəndi şəhəri olub. Media nümayəndələri burada yerləşən Qarabağ Universitetində olublar. Qonaqlara ali təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesi və gələcək planlar barədə məlumat verilib.
Qeyd edək ki, Türkiyəli jurnalistlərin Qarabağa səfəri iki ölkə media əlaqələrinin daha da güclənməsinə, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılmasına xidmət edir.







Paylaş



Bölmə: Turan / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!