Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : Bu gün, 15:18
Bircə arzum var idi...


Bircə arzum var idi...

...Hər şənbə, bazar günləri ata yurduma gedirəm. Evimizdə əzizlərimi xatırlayıram; Atamı, anamı, 2 ildi dünyasını dəyişən qardaşımı, qəhrəman bacımı, itkin qardaşımı... Qapını açıb içəri keçəndə onların mənim yanımda olduqlarını hiss edirəm. Hiss edirəm ki, hətta küçədə də mənimlə addımlayırlar... Bunları Xankəndi sakini, doğma yurduna qayıtmış Nəzakət Lətif qızı İsmayılova deyir. Nəzakət xanımın həyat hekayətini səssiz, ağrısız dinləmək olmur. O, Xankəndidən didərgin düşüb Xocalıda ailə qursa da bu xoşbəxtliyin ömrü cəmi 9 ay çəkir. Nəzakət xanım yoldaşını müharibədə itirəndə hamilə imiş. Onun bir aydan sonra Ülviyyə adında qızı dünyaya gəlir. Birinci Qarabağ Müharibəsində 3 doğmasını itirən Nəzakət xanım həyatını danışdıqca səsi titrəyir, göz yaşları kağızın, qələmin üstünə damcılayır... Amma o, olduqca iradəli, mətin bir xanımdır. Balasını bağrına basıb yaşamağı bacarıb və inanıb ki, bir gün doğma Xankəndiyə qovuşacaq...

Deyir ki, indi Xankəndidə onun gözlərindən axan bu yaş sevinc yaşlarıdır: “Kaş ki, bu sevinc hər kəsə nəsib olaydı. Bizə bu xoşbəxtliyi yaşadan şəhidlərimizə borcluyuq. Allah qazilərimizə can sağlığı versin, yaşasın müzəffər Prezidentimiz!”
-Nəzakət xanım, özünüzdən, başınıza gələnlərdən danışardınız...
-Mən İsmayılova Nəzakət Lətif qızı 1970-ci ildə Xankəndidə dünyaya gəlmişəm. Ailədə 8 uşağın ən sonuncusu olmuşam. Burada birinci sinifə getmişəm. Ən xoşbəxt, atalı-analı günlərim doğma Xankəndidə keçib. Amma bu xoş günlər çox da uzun sürmədi...
1988-ci ildə məcburi şəkildə evimizi tərk etdik. Xocalı şəhərində məskunlaşdıq. Evimiz ermənilər tərəfindən zəbt olndu. Mən Xocalıda 1991-ci ilin aprel ayında İsmayılov Vidadi Lətif oğlu ilə ailə qurdum. 9 ayın gəlini idim. Yoldaşım 1992-ci ildə Xocalı faciəsində şəhid oldu. Bundan bir ay sonra qızım Ülviyyə dünyaya gəldi. Mən bir gündə 3 doğmamı, əzizimi itirdim və bununla da bütün arzularımı itirdim...
-Bəs həyata necə tutuna bildiniz. Xankəndiyə qayıdacağınıza inanırdınızmı?

-Əvvəl Xankəndidən, sonra Xocalıdan didərgin düşdük. Birinci Naftalanda, sonra Goranboyda məskunlaşdıq. Ata-anamı köçkünlük illərində itirdim. Mən əvvəldən körpələr evində işləmişəm. Goranboyda da öz işimlə bağlı çalışdım. Qızımı böyütdüm, indi şükür, ailəsi, 3 övladı var. Düz 36 il doğma vətənimə - Xankəndimə həsrət qaldım. Artıq mənim bircə arzum var idi - Xankəndiyə qayıtmaq! Düşünürdüm ki, yurduma qayıtsam itirdiyim doğmalarımın da ruhları şad olar. Şükür, torpağıma qayıtdım. Bizə bu şanlı Zəfəri, gözəl günləri bəxş edən şəhidlərimizin, qazilərimizin qarşısında baş əyirəm!
-İndi Xankəndidə özünüzü necə hiss edirsiniz?

-Şükür, indi Xankəndidə yaşayıram. Burada 1 nömrəli uşaq bağçasında dərzi kimi çalışıram. Özümü xoşbəxt sanıram. Düz 36 il yurdumun havasına, suyuna, qışına, yazına həsrət qalmışdım... İndi yaz gəlib, elə gözəl havadır ki, ağaclar çiçəkləyib, quşlar oxuyur. Hər şənbə, bazar günləri ata yurduma gedirəm. Evimizdə əzizlərimi xatırlayıram. Atamı, anamı, 2 ildi dünyasını dəyişən qardaşımı, qəhrəman bacımı, qardaşımı... Qapını açıb içəri keçəndə hiss edirəm onlar mənim yanımdadı. Onların səsini duyuram, onlarla danışıram. Hiss edirəm ki, burada küçədə də mənimlə bir addımlayırlar...
-Bir az da qəhrəman bacınız Zöhrə xanımdan danışardınızmı?
-Zöhrə Quliyeva 1968-ci ildə Xankəndidə anadan olub. Biz Xankəndidə birlikdə Toxucu fabrikində işləyirdik. O, məndən yaşca kiçik olsa da çox ağıllı idi. Bir-birimizə bağlı idik, həmişə bir yerdə olurduq. Zöhrə Gəncə Texnologiya Kollecinin II kurs tələbəsi idi... 90-cı illərdə bir dəfə Ağdam-Xocalı avtobusunda bacım da Xocalıya gəlirdi. Yolda ermənilər avtobusu güllə-borana tutur. Avtobusun sürücüsü İlqar Novruzov yaralanır. Həmin anda Zöhrə özünü itirmir, yaralını kənara çəkir və avtobusu idarə edərək 32 nəfəri sağ-salamat Əsgərandan düz Xocalıya gətirir...

Zöhrə Xocalı özünümüdafiə batalyonunda həm döyüşçü, həm də tibb bacısı olmuşdu. Xocalı müsibətində qonşu qadının Zaur adında qırxlı körpəsini gətirə bilmədiyini görüb uşağı kürəyinə şəlləyir. Uşağı özü yaralandıqdan sonra doğmalarına verir. Milli qəhrəman Aqil Quliyevin yaralarını bacım sarıyıb. Zöhrə düşmənlə döyüşərək son gülləsini özünə vurur ki, əsir düşməsin...
Bir il sonra Gəncədə tələbəsi olduğu kollecdən diplomunu təqdim etmək üçün onu məktəbə çağırırlar. Mən şəhid bacımın diplomunu almağa getdim. Ancaq təhsil ocağından dedilər ki, şəhid olduğuna görə onun diplomu məktəbdə Şəhidlər guşəsinə, muzeyə qoyulacaq... Biz beş bacı olmuşuq, amma Zöhrəylə mən dost idik...

Zöhrənin məzarı Ağdamın Şəhidlər xiyabanındadı. Ölümündən sonra Zöhrə Quliyeva dövlətimiz tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib. Bacımın məzarına gedib, onunla xeyli söhbət etmişəm...
-Bəs qardaşınız necə itkin düşdü?
- Qardaşım Zakir Quliyev 1965-ci ildə Xankəndidə anadan olub. Xocalı faciəsi zamanı itkin düşüb. Hələ də gözümüz yoldadı, ondan bir xəbər almamışıq...
Söhbətləşdi: Mina RƏŞİD


Paylaş



Bölmə: Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!