Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
9-04-2026, 22:00
Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib


Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib.
Əraqçı bu barədə sosial şəbəkə X-də paylaşım edib. O, bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun məhkəmə prosesi bu bazar günü yenidən başlayacaq.
Nazirin sözlərinə görə, Livanı da əhatə edən atəşkəs razılaşması Netanyahunun həbs olunmasını daha da sürətləndirə bilər.
Əraqçı qeyd edib ki, ABŞ-nin seçimi bu məsələdə həlledici olacaq:
“Əgər ABŞ Netanyahunun diplomatiyanı məhv etməsinə imkan verərsə və bununla öz iqtisadiyyatına zərbə vurarsa, bu, onların seçimidir. Biz hesab edirik ki, bu, axmaqlıq olar”, – deyə o, vurğulayıb.
İranın baş diplomatı əlavə edib ki, Tehran istənilən ssenariyə qarşı hazırdır və regiondakı prosesləri diqqətlə izləyir.
9-04-2026, 21:47
İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək


İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək

İsrail və Livan arasında birbaşa danışıqların gələn həftə ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcəyi gözlənilir.
Bu barədə Axios-un jurnalisti Barak Ravid sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Qeyd olunub ki, ilk görüş ABŞ Dövlət Departamentində baş tutacaq. Danışıqlarda ABŞ tərəfini Livandakı səfir Mişel İssa təmsil edəcək.
İsrail nümayəndə heyətinə Vaşinqtondakı səfir Yexiel Leyter, Livan tərəfinə isə Vaşinqtondakı səfir Nada Hamade-Muavad rəhbərlik edəcək.
Tərəflər arasında birbaşa təmasların başlanması regionda gərginliyin azaldılması baxımından mühüm addım kimi qiymətləndirilir.
9-04-2026, 21:25
Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm"


Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm"

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma ilə bağlı optimist mövqe sərgilədiyini açıqlayıb.
Bu barədə o, NBC telekanalına müsahibəsində danışıb.
Tramp bildirib ki, İran tərəfi son vaxtlar daha rasional davranmağa başlayıb: “Onlar daha ağıllı davranırlar və razılaşmalı olduqları məsələlərə razılıq verirlər”, – deyə ABŞ Prezidenti qeyd edib.
O, eyni zamanda xəbərdarlıq edib ki, əgər razılaşma əldə olunmasa, bunun nəticələri İran üçün çox ağır olacaq:
“Əgər onlar razılaşma əldə etməsələr, bu, çox ağrılı olacaq”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə də danışdığını bildirib və əlavə edib ki, hazırkı mərhələdə daha təmkinli davranmaq vacibdir:
“Mən Bibi ilə danışdım. Bir qədər daha təmkinli olmalıyıq”, – deyə o qeyd edib.
9-04-2026, 21:05
Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər


Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər

Rumıniya hökuməti Rusiyanın “Lukoil” şirkətinə məxsus “Petrotel” neft emalı zavodunun fəaliyyətinin bərpası üçün ABŞ-yə rəsmi müraciət edib.
Bu barədə Rumıniyanın energetika naziri Boqdan İvan bildirib. Onun sözlərinə görə, zavodun yenidən işə salınması ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət idarəsinin (OFAC) icazəsindən asılıdır.
Nazir qeyd edib ki, Ployeşti şəhərində yerləşən zavod texnoloji baxımdan əsasən Rusiyanın “Urals” markalı ağır və yüksək kükürdlü neftinin emalı üçün nəzərdə tutulub. Bu səbəbdən də müəssisə ABŞ-nin razılığı olmadan fəaliyyətə başlaya bilməz.
Boqdan İvanın sözlərinə görə, əgər Vaşinqtondan müsbət cavab alınarsa, zavodda Rusiya nefti deyil, Azərbaycan və Qazaxıstandan tədarük ediləcək xam neft emal olunacaq. O, vurğulayıb ki, bu ölkələr Rumıniya üçün etibarlı enerji tərəfdaşları hesab olunur.
Nazir əlavə edib ki, zavodun işə salınmasından sonra bütün proseslər dövlətin ciddi nəzarəti altında həyata keçiriləcək. Bu mexanizm sayəsində nə Rusiyadan neft idxal ediləcək, nə də əldə olunan gəlir Rusiyaya yönləndiriləcək.
“Biz OFAC-a müraciət etmişik ki, “Petrotel” zavodunun yenidən işə salınmasına icazə verilsin. Qərar qəbul edildikdən sonra təxminən 45 gün ərzində personalın cəlb olunması, avadanlıqların uyğunlaşdırılması və istehsalın bərpası mümkün olacaq”, – deyə nazir “Digi 24” telekanalına müsahibəsində bildirib.
Boqdan İvan, həmçinin qeyd edib ki, Rumıniyanın əsas məqsədi daxili bazarda dizel və benzin təklifini artırmaqdır. Onun sözlərinə görə, bu addım ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə və alternativ mənbələrdən asılılığın artırılmasına xidmət edir.
Nazir vurğulayıb ki, Ukraynaya qarşı Rusiya tərəfindən həyata keçirilən müharibə fonunda “Lukoil” şirkəti nə Rumıniya dövləti, nə də Qərb ilə yaxın münasibətlərə malikdir. Buna baxmayaraq, rəsmi Buxarest iqtisadi və praqmatik maraqları nəzərə alaraq zavodun fəaliyyətini bərpa etmək niyyətindədir.
9-04-2026, 20:20
Tramp Netanyahudan xahiş etdi


Tramp Netanyahudan xahiş etdi

Tramp Netanyahuya Livanda bombardmanları azaltmağı xahiş edib.
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Livanda həyata keçirilən hücumların intensivliyinin azaldılmasını istəyib.
NBC telekanalının ABŞ administrasiyasındakı yüksək vəzifəli rəsmiyə istinadən yaydığı məlumata görə, bu xahiş İranla aparılan danışıqlara mane olmamaq məqsədi daşıyıb.
Bildirilib ki, rəsmi Vaşinqton və Təl-Əviv atəşkəs rejiminin Livanı əhatə etmədiyini desə də, İsrail “faydalı tərəfdaş” olmağa razılaşıb.
Məlumata görə, telefon danışığı Netanyahunun Livana qarşı hücumları tam gücü ilə davam etdirəcəyini açıq şəkildə bəyan etməsindən sonra baş tutub.
Qeyd edək ki, İran rəsmiləri bu hücumlara cavab veriləcəyi və atəşkəsin pozula biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
9-04-2026, 20:02
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı


Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı

İsrailin Baş naziri Benyamin Netanyahu Livanla birbaşa danışıqların başlanması üçün hökumətə göstəriş verib.
Netanyahu bildirib ki, Livan tərəfinin dəfələrlə etdiyi müraciətlərə cavab olaraq Nazirlər Kabinetinə ən qısa zamanda danışıqlara başlamaq tapşırılıb.
Onun sözlərinə görə, danışıqların əsas gündəliyində "Hizbullah" təşkilatının silahsızlaşdırılması və İsrail ilə Livan arasında sülh münasibətlərinin qurulması məsələləri dayanacaq.
İsrail Baş naziri, həmçinin Livanın Baş nazirinin Beyrutun demilitarizasiyası ilə bağlı çağırışını alqışladıqlarını qeyd edib.
9-04-2026, 19:48
Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq"


Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq"

Türkiyə İsraili danışıqlar prosesini sabotaj etməkdə ittiham edir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Yaxın Şərqdə aparılan danışıqlara mane olmağa çalışdığını bildirib.
Nazir qeyd edib ki, bu cür cəhdlərə qarşı ayıq olmaq və sağlam düşüncə ilə yanaşmaq vacibdir:
“Beynəlxalq ictimaiyyət İsrail tərəfindən mümkün sabotaj aktlarına qarşı diqqətli olmalı və buna uyğun cavab verməyə hazır olmalıdır”.
Fidan vurğulayıb ki, İsrailin ekspansionist siyasəti davam etdikcə regionda davamlı sülh və sabitlik mümkün olmayacaq:
“Beynəlxalq ictimaiyyət anlamalıdır ki, İsrailin regiona geosiyasi ambisiyalarını zorla qəbul etdirməsinə imkan verilməməlidir”.
Nazirin sözlərinə görə, İsrail Qəzzada tətbiq etdiyi hərbi siyasəti indi Livanda davam etdirir:
“İsrailin Livanda davam edən hücumları, o cümlədən mülki əhaliyə qarşı həyata keçirilən əməliyyatlar yüzlərlə insanın ölümünə səbəb olur və regionu daha dərin humanitar böhrana sürükləyir. Livanda işğalın dayandırılması və mülki əhalinin qorunması prioritetdir”, – deyə o əlavə edib.
9-04-2026, 19:31
Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir


Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir

Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Tehrana xüsusi nümayəndə göndərilməsi barədə qərar qəbul edib.
Məlumata görə, səfərin əsas məqsədi Yaxın Şərqdə gərginləşən vəziyyətin müzakirəsi və ikitərəfli münasibətlər gündəliyindəki aktual məsələlərin həllidir.
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin olunmasının kritik əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.
9-04-2026, 18:45
Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub


Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 9-da ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə Azərbaycan ilə Litva arasında mövcud dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığı qeyd edilib. Humanitar sahədə əməkdaşlıqdan danışan Milli Məclisin sədri təhsil və mədəniyyət sahəsində əlaqələrinin xalqlar arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib. Hazırda Litva ali təhsil müəssisələrində çoxlu sayda azərbaycanlı tələbələrin təhsil aldığı və qarşılıqlı mədəni tədbirlərin keçirildiyi məmnuniyyətlə qeyd olunub.
Görüşdə iki ölkə arasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunulub. Qarşılıqlı səfərlərin və parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin qanunverici orqanlar arasında dialoqun inkişafına töhfə verdiyi vurğulanıb. Parlamentlərin profil komitələri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi haqqında danışılıb.
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini deyib, mövcud geniş imkanları qeyd edərək iqtisadiyyat, humanitar, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Litva parlamentində Azərbaycanla dostluq qrupunun üzvü olduğunu bildirən qonaq, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin roluna toxunaraq, işçi qruplarının fəaliyyətinin genişləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq olunmasının əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.
Sonda qonaqlar xatirə şəkli çəkdiriblər.
9-04-2026, 18:14
Slovakiya ombudsmanının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib


Slovakiya ombudsmanının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Aprelin 9-da Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Slovakiyanın ombudsmanı Robert Dobrovodskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Konstitusiya Məhkəməsinədən məlumat verilib.
Qonaqları salamlayan sədr Fərhad Abdullayev Azərbaycan və Slovakiya arasında qarşılıqlı anlaşma və dəstəyin mövcud olduğunu, münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib.
Daha sonra sədr Konstitusiya Məhkəməsinin fəaliyyəti, ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verərək, insan hüquqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran vəzifələrin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, konstitusiya hüquqlarının təmin edilməsi sahəsində Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasında səmərəli əməkdaşlığı xüsusi qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Robert Dobrovodski ölkələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, digər sahələrdə olduğu kimi məhkəmə-hüquq sahəsində də bu münasibətlərin inkişafının vacibliyini nəzərə çatdırıb. Eyni zamanda, ombudsman hər iki ölkənin insan hüquqlarının qorunması sahəsində qazandığı təcrübənin qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açacağını vurğulayıb.
Daha sonra tərəflər arasında gələcək əlaqələrin inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub, hüquqi məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Konstitusiya Məhkəməsi Aparatının və Ombudsman Aparatının məsul əməkdaşları da iştirak edib.
Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!