İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Bu gün, 11:15
Ağdama daha 92 ailə köçürülüb


Ağdama daha 92

ailə köçürülüb


İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 92 ailə - 332 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Bu gün, 10:13
Barmaqlar silkələnir, üzlər bozarır...


Barmaqlar silkələnir, üzlər bozarır...

Ağ ev lideri Donald Tramp bildirib ki, ABŞ İranla razılaşma əldə olunana qədər İran limanlarının blokadasını ləğv etməyəcək. Tramp blokadanın "İranı tamamilə məhv etdiyini" və "razılaşma" əldə olunana qədər qüvvədə qalacağını yazıb. O, ölkənin gündə təxminən 500 milyon dollar itirdiyini iddia edib və bunu "qısa müddətdə belə davamlı olmayan hadisə" adlandırıb.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf isə X hesabında yazıb: “Tramp mühasirə tətbiq etməklə və atəşkəsi pozmaqla bu danışıqlar masasını təslim masasına çevirmək və ya yenilənmiş düşmənçilikləri özünəməxsus şəkildə əsaslandırmaq istəyir. Biz təhdidlərin kölgəsi altında danışıqları qəbul etmirik və son iki həftə ərzində döyüş meydanında yeni kartlar göstərməyə hazırlaşırıq”.
ABŞ-İran danışıqlarının davam edib-etməyəcəyi məlum deyil.
Donald Tramp İranın ABŞ ilə danışıqları davam etdirəcəyini gözlədiyini və imtina edəcəyi təqdirdə ciddi nəticələrlə qarşılaşacağını xəbərdar edib. O, razılaşmaya ümid etdiyini vurğulayıb, lakin Tehranın nüvə silahı əldə etməsi ehtimalını istisna edib.
İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, Vaşinqton təzyiq göstərməyə davam etdiyi müddətdə İran danışıqlar aparmayacaq.
İki tərəf arasında 11 apreldə İslamabadda keçirilən danışıqlarda razılığa gəlinməyib. Yeni müzakirələr mərhələsinin mümkünlüyü hələ də açıqdır.
Xatırladaq ki, ABŞ-la İran arasındakı atəşkəs bu gün başa çatır.
Bu gün, 10:05
Kubokunun ilk finalçısı məlum olacaq

Kubokunun ilk finalçısı məlum olacaq

Futbol üzrə Azərbaycan Kubokunda bu gün ilk finalçı müəyyənləşəcək.
Yarımfinalın cavab oyununda "Turan Tovuz" "Zirə"nin qonağı olacaq.
Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. Görüşün baş hakimi Əli Əliyevdir.
İlk görüşdə "Zirə" iki cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.
Bu gün, 09:59
Bugünkü MƏZƏNNƏ[

Bugünkü MƏZƏNNƏ[/color]

Azərbaycan Mərkəzi Bankı Dollar və avro qarşısında manatın bugünkü məzənnələrini açıqlayıb.
Aprelin 21-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0379 manat təşkil edib. Avro 2,0018 manatadək, Rusiyanın 100 rublu isə 2.2680 manatadək bahalaşıb.
Valyuta Kod Kurs
1 ABŞ dolları USD 1,7
1 Avro EUR 2,0018
1 Avstraliya dolları AUD 1,2183
1 Belarus rublu BYN 0,5824
1 BƏƏ dirhəmi AED 0,4628
100 Cənubi Koreya vonu KRW 0,1156
1 Çexiya kronu CZK 0,0824
1 Çin yuanı CNY 0,2494
1 Danimarka kronu DKK 0,2679
1 Gürcüstan larisi GEL 0,6315
1 Honq Konq dolları HKD 0,2171
1 Hindistan rupisi INR 0,0182
1 Britaniya funt sterlinqi GBP 2,2976
1 İsveç kronu SEK 0,1861
1 İsveçrə frankı CHF 2,1813
1 İsrail şekeli ILS 0,5707
1 Kanada dolları CAD 1,2456
1 Küveyt dinarı KWD 5,5124
100 Qazaxıstan tengəsi KZT 0,3636
1 Qətər Realı QAR 0,4663
1 Qırğızıstan somu KGS 0,0194
100 Macarıstan forinti HUF 0,5531
1 Moldova leyi MDL 0,0992
1 Norveç kronu NOK 0,1822
100 Özbəkistan somu UZS 0,014
100 Pakistan rupisi PKR 0,6064
1 Polşa zlotısı PLN 0,473
1 Rumıniya leyi RON 0,3926
100 Rusiya rublu RUB 2,268
1 Serbiya dinarı RSD 0,017
1 Sinqapur dolları SGD 1,3374
1 Səudiyyə Ərəbistanı rialı SAR 0,4532
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) xdr 2,3347
1 Türkiyə lirəsi TRY 0,0379
1 Türkmənistan manatı TMT 0,4857
1 Ukrayna qrivnası UAH 0,0385
100 Yaponiya yeni JPY 1,0695
1 Yeni Zelandiya dolları NZD 1,0039
1 Qızıl XAU 8139,566
1 Gümüş XAG 134,1445
1 Platin XPT 3530,467
1 Palladium XPD 2648,396

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!