Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
9-04-2026, 18:01
ABŞ - İran danışıqlarında nümayəndə heyətləri məlum oldu


ABŞ - İran danışıqlarında nümayəndə heyətləri məlum oldu

Aprelin 10-da Pakistanın paytaxtı İslamabadda keçiriləcək ABŞ-İran danışıqlarında rəsmi Tehranı kimlərin təmsil edəcəyi açıqlanıb.
Livanın “Əl-Məyadin” telekanalının məlumatına görə, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlarda rəsmi Tehran adından iştirak edəcək.
Qalibafı Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zülqədr və xarici işlər naziri Abbas Əraqçi də müşayiət edəcək.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ev sahibinin nümayəndə heyətinə rəhbərlik edəcək.
“Əl-Məyadin” həmçinin iddia edib ki, İslamabad danışıqlarındakı Amerika nümayəndə heyətinə ABŞ vitse-prezidenti Cey Di Vens rəhbərlik edəcək.
Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff, prezident Trampın kürəkəni Cared Kuşner və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper bu danışıqlar raundunda Amerika nümayəndə heyətini təşkil edəcəklər.
Xatırladaq ki, aprelin 8-də ABŞ-İran müharibəsilə bağlı iki həftəlik atəşkəs razılaşması əldə olunub.
9-04-2026, 17:47
Azad olunan 1 şəhər, 1 qəsəbə və 5 kəndə pul ayrıldı


Azad olunan 1 şəhər, 1 qəsəbə və 5 kəndə pul ayrıldı

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən satınalma həyata keçirilib.
Satınalma Xocavənd rayonunun Xocavənd şəhəri, Hadrut qəsəbəsi, eləcə də Sos, Tağaverd, Qüzeyxırman, Xanoba və Qırmızıbazar kəndlərində aparılan təmir işlərinə müəllif nəzarəti xidmətinin göstərilməsi ilə bağlıdır.
Məlumata görə, bu məqsədlə “ERA DESIGN GROUP” MMC ilə 177 052,06 AZN dəyərində müqavilə bağlanıb. Satınalma bir mənbə üsulu ilə həyata keçirilib.
Sənədə əsasən, xidmətin icrasına 6 aprel 2026-cı il tarixindən başlanılıb və 3 oktyabr 2026-cı il tarixinədək davam edəcək.
9-04-2026, 17:33
Azad bölgələrə mal-qara aparmağa icazə verilir


Azad bölgələrə mal-qara aparmağa icazə verilir

Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına başlanılır.
Qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə (eagro.az) həyata keçirilir.
Təsərrüfatlarını azad olunuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək 13 aprel, saat 10:00-dan etibarən qeydiyyatdan keçə bilərlər.
Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq.
2026-cı il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə verilir.
Fermerlərin köç portalına daxil etdikləri məlumatların tələblərə uyğunluğu yoxlandıqdan sonra təsdiq ediləcək.
Fermerlərə portalda qeydiyyat zamanı göstərdikləri mobil nömrəyə köç tarixinə dair SMS bildirişi göndəriləcək.
Köç prosesində iştirak etmək istəyən fermerlərin öz təsərrüfatlarındakı iribuynuzlu və xırdabuynuzlu heyvanları identifikasiya etməsi və identifikasiya ilə bağlı məlumatları EKTİS-ə daxil etməsi tövsiyə olunur.
Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.
9-04-2026, 17:29
İcra hakimiyyəti mühafizə xidmətinə 72 min manat ayırdı


İcra hakimiyyəti mühafizə xidmətinə 72 min manat ayırdı

Cəbrayıl Rayon İcra Hakimiyyəti mühafizə xidmətinin alınması ilə bağlı satınalma həyata keçirib.
Satınalmanı Beyləqan Regional Mühafizə Şöbəsi həyata keçirib.
Məlumata görə, müqavilənin dəyəri 72 564,36 AZN təşkil edir. Sənədə əsasən, xidmətin icrasına 1 yanvar 2026-cı il tarixindən başlanılıb və 31 dekabr 2026-cı il tarixinədək davam edəcək.
Bununla yanaşı, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən digər satınalmalar da həyata keçirilib.
Belə ki, təbii gül və əklillərin satın alınması üçün Cavahir Zahid qızı Məmmədova ilə 7 000 AZN dəyərində müqavilə bağlanıb.
Həmçinin, telekommunikasiya xidmətləri üzrə “AzTelekom” ilə 1 252,2 AZN dəyərində birbaşa müqavilə imzalanıb. Bundan başqa, yanacağın alınması məqsədilə “Azpetrol LTD” MMC ilə 22 057,8 AZN məbləğində satınalma həyata keçirilib.
9-04-2026, 17:24
Qasım bəy Zakirə aid olmayan qoşmalar üzə çıxdı - AMEA açıqladı


Qasım bəy Zakirə aid olmayan qoşmalar üzə çıxdı - AMEA açıqladı

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda aparılan tədqiqatlar nəticəsində Qasım bəy Zakirin yaradıcılığı ilə bağlı bəzi elmi faktlar əldə edilib.
Bu barədə AMEA-dan məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı indiyədək nəşr olunmuş əsərlərdə yol verilmiş qüsurlar aradan qaldırılıb, arxiv və əlyazma materiallarının təhlili nəticəsində şairin müxtəlif janrlarda yazdığı 29 yeni şeir onun külliyyatına daxil edilib:
"Bununla yanaşı, 1964-cü il nəşrində “Əlavələr” bölməsində şübhəli hesab edilən “Hacı Böyük bəyə” adlı müxəmməsin Qasım bəy Zakirə məxsus olduğu tutarlı elmi faktlarla sübuta yetirilib.
Tədqiqat zamanı müəlliflik məsələlərinə də yenidən baxılıb. Belə ki, “Ölümü” rədifli müxəmməs, eləcə də “Üstünə”, “Gəlmədi” və “Oldu” rədifli qoşmaların Zakirə deyil, şəkili şair Molla Qasım Zakirə aid olduğu müəyyənləşdirilib və bu nümunələr Qasım bəy Zakirin əsərləri sırasından çıxarılıb.
Əldə olunan nəticələr əsasında nəşr edilən “Qasım bəy Zakir. Əsərləri” kitabı şairin irsinin tam və elmi cəhətdən dəqiqləşdirilmiş külliyyatı kimi qiymətləndirilir".
9-04-2026, 17:16
Hansı partiyaya nə qədər maliyyə yardımı ayrılıb?


Hansı partiyaya nə qədər maliyyə yardımı ayrılıb?

"Siyasi partiyalar haqqında" qanuna əsasən partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir.
Artıq partiyalar hesabatlarını MSK-ya təqdim ediblər. Partiyaların əsas maliyyə mənbələrinə üzvlük haqqı, ianələrdən əlavə dövlətdən ayrılan maliyyə yardımları da aiddir.

Yeni Azərbaycan Partiyası(YAP)

2025-ci ildə YAP-a verilən dövlət maliyyə yardımının məbləği 3 milyon 004 min 615 manat olub. Əvvəlki dövrlə müqayisədə maliyyə yardımının məbləği 405 753 manat artıq olub. Belə ki, 2024-cü ildə YAP-a 2 598 862 manat dövlət yardımı edilib.

Müsavat Partiyası

Partiyanın təqdim etdiyi hesabatdan görünür ki, 2025-ci ildə dövlət tərəfindən 40 586 manat maliyyə yardımı göstərilib. 2024-cü ildə isə dövlət yardımının məbləği 9207 manat təşkil edib.

Haqq Ədalət Partiyası (HƏP)

HƏP-ə dövlət tərəfindən verilən 2090 manat təşkil edib.

Demokratik İslahatlar Partiyası (DİP)

DİP-ə 2025-ci ildə dövlət tərəfindən göstərilən maliyyə dəstəyinin məbləği 304 min 946 manat təşkil edib. 2024-cü ildə isə partiya dövlətdən 274 min 278 manat maliyyə dəstəyi alıb.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP)

Dövlət 2025-ci ildə VHP-yə 379 min 185 manat maliyyə dəstəyi göstərib. 2024-cü ildə isə partiyaya verilən maliyyə dəstəyinin məbləği 336 min 838 manat olub.

Ağ Partiyası (AğP)

AğP-yə ötən il dövlət tərəfindən göstərilən maliyyə dəstəyinin məbləği 2024-cü illə müqayisədə xeyli aşağı olub. Belə ki, 2024-cü ildə partiyaya 4 699 manat maliyyə yardımı edildiyi halda 2025-ci ildə bu rəqəm 1 175 manat olub.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası

ƏHD Partiyasına göstərilən dövlət maliyyə yardımı 2024-cü illə müqayisədə artıb. Belə ki, 2024-cü ildə dövlətdən verilən maliyyə yardımı 284 min 898 manat olduğu halda, 2025-ci ildə bu rəqəm 338 min 724 manat təşkil edib.

Böyük Quruluş Partiyası (BQP)

Böyük Quruluş Partiyasına 2025-ci ildə 304 min 946 manat maliyyə yardımı edilib. 2024-cü il partiyanın dövlətdən aldığı maliyyə yardımının göstəricisi isə 274 min 278 manat olub.

Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)

ADMP-yə 2025-ci ildə 304 min 946 manat maliyyə yardımı edilib. 2024-cü il partiyanın dövlətdən aldığı maliyyə yardımının göstəricisi isə 274 min 278 manat olub.

Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)

Milli Dirçəliş Hərəkatı Partiyasına nə 2024, nə də 2025-ci ildə dövlət tərəfindən maliyyə yardımı edilməyib.

Azərbaycan Xalq Partiyası (AXP)

Partiyanın MSK-yə təqdim etdiyi maliyyə hesabatında dövlət tərəfindən ayrılan yardımın məbləği cəmi 850 manat olub. 2024-cü ildə isə bu rəqəm 3400 manat təşkil edib.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)

Partiyanın təqdim etdiyi hesabatda 2025-ci ildə dövlət tərəfindən ayrılan maliyyə yardımının məbləği 50 manat olub. 2024-cü illə müqayisədə bu 4 dəfə aşağı göstəricidir. Belə ki, 2024-cü ildə patiyanın dövlətdən aldığı maliyyə yardımının məbləği 200 manat təşkil edib.

Respublikaçı Alternativ (REAL) Partiyası

Partiyanın MSK-yə təqdim etdiyi sənəddə 2025-ci ildə dövlətin ayırdığı maliyyə yardımının məbləği 304 min 946 manat göstərilib. 2024-cü ildə isə bu rəqəm 274 min 278 manat olub.

Azad Vətən Partiyası (Azad Vətən)

Partiyaya dövlət tərəfindən 2025-ci ildə 7000 manat yardım edilib. 2024-cü ildə isə heç bir yardım olmayıb.

“Ana Vətən” Partiyası (AVP)

Partiyaya 2025-ci ildə 304 min 946, 2024-cü ildə isə 274 min 278 manat dövlət maliyyə yardımı verilib.

Ədalət Partiyası

Ədalət Partiyası isə 2025-ci ildə 1012 manat, 2024-cü ildə isə 3495 manat yardım alıb.

Böyük Azərbaycan Partiyasının (BAP)

Böyük Azərbaycan Partiyasının (BAP) dövlətdən 2025-ci ildə aldığı dövlət maliyyə dəstəyinin məbləği 304 min 946 manat 2024-cü ildə isə 274 min 278 manat təşkil edib.

Yeni Zaman Partiyası (YZP)

Partiyaya 2025-ci ildə 1140, 2024-cü ildə isə 1455 manat dövlət maliyyə yardımı göstərilib.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 2025-ci ildə 304 946 manat maliyyə yardımı aldığı halda, 2024-cü ildə bu göstərici 65 804 manat təşkil edib.

Vəhdət Partiyası

Vəhdət Partiyasına (VP) 2025-ci ildə dövlət maliyyə yardımı verilməyib. 2024-cü ildə isə partiyaya dövlət tərəfindən 195 660 manat maliyyə vəsaiti yardım kimi verilib.

Milli Cəbhə Partiyası (MCP)

Partiyaya 2024-cü ildə 274 min 278 manat, 2025-ci ildə isə 304 min 946 manat maliyyə vəsaiti ayrılıb.

Qeyd edək ki, Azərbaycan Demokrat Partiyası (ADP), Müasir Müsavat Partiyası, Ümid Partiyası, Gələcək Azərbaycan Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası isə Maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə Arayış təqdim ediblər. Yəni bu partiyaların maliyyə fəaliyyətlərinin göstəricisi sıfır olub.
9-04-2026, 17:07
Rusiyada pioner və komsomollar bərpa olunur


Rusiyada pioner və komsomollar bərpa olunur

Rusiyada sovet dövrünə aid uşaq və gənclər təşkilatlarının bərpası təklif olunur.
Rusiya Dövlət Dumasının regional siyasət komitəsi sədrinin müavini Mixail Matveyev sovet tərbiyə sisteminin – oktyabryatlar, pionerlər və komsomolun yenidən tətbiqini təklif edib.
Onun sözlərinə görə, bu model gənclərdə dəyərlərin formalaşdırılması baxımından kompleks və faydalı sistem olub.
“Bu sistemi geri qaytarardım. Əgər kimsə onu tam əvvəlki formada – məsələn, Lenin təsvirli oktyabryat nişanı ilə bərpa etmək istəmirsə, alternativ variant düşünmək olar. Pioner təşkilatı isə artıq formalaşmış hərəkatdır. Onu adı və qırmızı qalstuku ilə birlikdə tam şəkildə bərpa etmək mümkündür”, – deyə Matveyev bildirib.
9-04-2026, 17:03
Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü


Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü

Bakıda 31 yaşlı kişi çoxmərtəbəli binadan yıxılıb.
Hadisə Xətai rayonu Lütfi Zadə küçəsində baş verib.
Belə ki, Müzəffər İlham oğlu Aydınlı binanın 15-ci mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, M.Aydınlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşı olub.
Onun ölümü ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
9-04-2026, 16:59
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı


Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar regionda baş verənlərlə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.
Pakistanlı nazir bununla bağlı “X” hesabında paylaşım edib.
Ceyhun Bayramov Pakistanın ilkin atəşkəsin təmin olunmasında və sülhün təşviqində rolunu yüksək qiymətləndirib.
Məhəmməd İshaq Dar isə Pakistanın bu istiqamətdə səylərini davam etdirməkdə qətiyyətli olduğunu bildirib və bu addımların uzunmüddətli sülhə töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.
Tərəflər gələcəkdə də əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.
9-04-2026, 16:55
Gecə paytaxtın əsas prospektləri bağlı olacaq


Gecə paytaxtın əsas prospektləri bağlı olacaq

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:
- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində;
- Ziya Bünyadov prospektində (“Koroğlu” metro stansiyası istiqamətində).

İşlərin icra tarixi və müddəti:
* 09 aprel saat 23:00-dan 10 aprel saat 07:00-dək
* 10 aprel saat 23:00-dan 11 aprel saat 07:00-dək

Göstərilən tarixlərdə Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində nəqliyyat vasitələrinin hərəkəti tam, Ziya Bünyadov prospektində isə (“Koroğlu” metro stansiyası istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!