Pəri Hikmətqızı(Qazax Mərkəzi Xəstəxanasının şəfqət bacısı Mustafayeva Pəri Hikmət qızına ithaf edirəm)O, kimdir? Döşündə təzyiq ölçəni,
İnsana qayğısı, min hörməti var!
Şərəfli işi var, öz xidməti var,
Diqqətlə yoxlayır, hər bir xəstəni,
Qəlbinin nə böyük, məhəbbəti var!O qədər gözəldi, o qədər gözəl,
Baxıb gözlərinə, duruluram mən!
Mayadı, işıqdı, nurdu bilək, əl,
Onu salamlayır, hər gəlib-gedən!
Adını soruşdum, Pəridir dedi,
Ayın surətidir, Günün şöləsi!
Elə bil Aygündür, Vurğun şeridi,
Bal kimi şirindir sözü, cümləsi!Mən Pəri dediyim, şəfqət bacısı,
Qazax mahalının, qız balasıdır.
Nə qədər zəngindir, könül dünyası,
Elə bil Qazağın Qız qalasıdır!
Ey Qazax pərisi, Qazax gözəli,
Günəşin nuru var, baxışlarında!
Hüsnündə gəzibdir Peyğəmbər əli,
Babək qılıncıdır, tunc qaşların da!Yanaqları al kimisən, ay Pəri,
Dodaqları bal kimisən, ay Pəri,
Zal qızısan, Zal kimisən, ay Pəri,
Ağ buxağı xal kimisən, ay Pəri,
Nə gözəlsən, nə göyçəksən, ay Pəri!
Əlvan gülsən, tər çiçəksən, ay Pəri!
Ayna qabaq, durna telsən, ay gözəl,
Beçə balsan, şirin dilsən, ay gözəl,
Nur biləksən, şam tək əlsən, ay gözəl,
Bir incisən, canı ləlsən, ay gözəl,
Nə gözəlsən, nə göyçəksən, ay gözəl!
Əlvan gülsən, tər çiçəksən, ay gözəl!Gözəllərin gözü sənsən, ay Pərim,
Gözü dərya, qaşı kaman, yay Pərim,
Göydə günəş, göydə sənsən Ay, Pərim!
Nə gözəlsən, nə göyçəksən, ay gözəl!
Əlvan gülsən, tər çiçəksən, ay gözəl!
Allah yazsın yığvalını, baxtını,
Qızıldan yaratsın, tacı-taxtını,
Söylə mənə toy gününün vaxtını,
Ağ yığval olasan, ağ bəxt olasan!
Dünyada ömrünlə, xoşbəxt olasan!O, kimdir? Döşündə təzyiq ölçəni,
İnsana qayğısı, min hörməti var!
Şərəfli işi var, öz xidməti var,
Diqqətlə yoxlayır, hər bir xəstəni,
Qəlbinin nə böyük, məhəbbəti var!
Tofiq SALEH,Qazax,
29.VII.2025