Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 12-09-2014, 13:23

Ömür mələyim

Allah  bu dünyada   hərkəsə  bir mələk  göndərir. Bizi  qoruyan, bizə  sahiblənən, bizim  üçün  çalışıb-didinən  bir  mələk. Bu  mələyin  adı  kainatın  ən  zərif, ən  həssas, duyğulu, mehriban  kəlməsidir. Onun  adı  nədir? Ana!!!  Ana- həssaslığın  ən  yüksək  zirvəsi  hislərin  tüğyanıdır. Ana  dünyanın  ən  fədakar  varlığı, yaranmışların  ən  möhtəşəmi, dünyanın  bir  möcüzəsidir. Analar  bizim  ömür  mələklərimizdir. Günahımızı  yazmayan, daima  şəvqətli  əlləri ilə  bizi  qucaqlayan, ömür  mələkləri. Övladın  anaya  olan  bağlılığı, məhəbbəti, ehtiyacı  heç vaxt  tükənmir. Ən  çıxılmaz  vəziyyəti  belə  “ ay ana “ deyib anasını  səsləyir. Ana  qədər  insana  doğma  olan  ikinci  bir  varlıq  yoxdur. 

Ana, sən  necə  möhtəşəm  varlıqsan  ki , cənnət  sənin  ayaqlarının  altındadır. Sən necə   uca  varlıqsan ki, dünya  adınla  titrəyir. Qadının  həyatı  boyunca  sahib  olduğu  ən  böyük  xoşbəxtlik  ana  olmaqdır. Övlad  anadan  yetim qalır. Dünyada  ən  pis hal  anasızlıqdır. Ən  pis  hal  səni  qoruyan  ömür  mələyinin  olmamasıdır. Ətrafında  nə  qədər  dost, tanış,  qohum  olsa  da, sənin  ehtiyac  duyduğun  yeganə  varlıq  anadır. Anasız  övlad  susuz  çiçəyə  bənzəyir. Bir  tərəfi  gülərkən, bir  tərəfi  ağlayır.
Anam  həyatda  sahib  olduğum yeganə  varlıq, məni  yaşamağa  həvəsləndirən  ilham  qaynağımdır. Əslində, ana haqqında  yazmaq  mənim  üçün  çox  asan  görsənirdi, lakin  heçdə  bele  olmadı. Sanki  hislərimin  dili  tutuldu, sən  nə  qədər  ana  gözəlliyini  təsvir  etsən  də, yetməz  dedi. Çoxları  düşünür  ki, ideal  insan  yoxdur. Mənə görə  ideal  olan  varlıq, məhz mənim  anamdır.

Həyatda  ən  böyük  dayağım  oldun ,

Sən  mənim  ən  böyük  varlığım  oldun,

Yaşamaq  ümidim, istəyim  oldun,
Aldığın  nəfəsə  qurbanam , ana.

Müəllifini  bilmədiyim  birinin  yazdığı  bu  fikirlər  sanki,  hislərimin  xülasəsi  oldu. Ömür  mələyim, həyatımda  var olduğun  müddətdə  mən  həm  ruhən, həm də  cismən  yaşayacağam. Məni  sənsizliklə  sınama…

Firayə Allahverdiyeva



Paylaş



Bölmə: Köşə
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!