“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
Tarix : 14-05-2014, 16:21

               

 

 

                       Doğrudan da,  həyat çox qəribədir. Çünki burada insanlar  fərqli şeylərə  ehtiyac duyur, müxtəlif  amillərdən şikayətlənirlər. Kimimiz pulsuzluqdan, kimimiz bədbinlikdən və kimimiz də tənhalıqdan usanırıq. Daha doğrusu insanların arasındakı təklikdən. Elə bir təklik ki, insana daxili bir narahatlıq, mənəvi bir sarsıntı gətirir.

 

            Cəmiyyətin tərəqqisi, texnologiyanın inkişafı və bir sıra  sosial-iqtisadi dəyişikliklər insanların yaşamına müsbət  olduğu kimi, mənfi şəkildə də təsir göstərir. Çox zaman biz öz ətrafımızda təklikdən cana doymuş insanlarla rastlaşırıq. Və bəzən də özümüz öz yalnızlığımızı hiss edir,  bundan təngə gəlirik.Yəqin ki, bir çoxlarımız ömrümüzün müxtəlif  çağlarında bu cür tendensiyalarla qarşılaşmışıq. Özümüz öz düşüncəmizdə  yalnızlığımızı duymuşuq. Nə qədər istəməsək də...

 

           Əgər hər dost dediyimiz  bizimlə hal-əhval tutsaydı, hər yaxın bildiyimiz bizimlə həmdəm olsaydı, yəqin ki, bizlər də bu cür hadisələrlə rastlaşmazdıq. Ancaq neyləyəsən ki, hər dost-tanış, hər qohum -əqraba öz  mənəvi  vəzifəsini yetərincə  anlamır,  öz  yaxınına  baş çəkmir, onu yad etmir.

 

        Bəzən biz öz tənhalığımızı unutmaq üçün ya kitab oxuyar, ya musiqi dinləyər, ya da internetdə öz  vaxtımızı  keçirərik. Lakin bütün bunlar da bir yerə qədərdir. Müəyyən müddət  keçəndən sonra yenə çox şey əvvəlki kimi qalır, öz köhnə vəziyyətinə qayıdır. Və sən öz tənhalığınla baş-başa qalırsan. Ətrafında onlarla, bəzən də yüzlərlə insan olsa belə. Sən öz içində, öz daxilində tək qalırsan,  zaman keçdikcə daha da təkləşirsən.

 

        Onu da  qeyd edim ki, bu yazını qələmə almağı əbəs yerə qərarlaşdırmadm. Çünki öz həmyaşıdlarım arasında  bu cür mənəvi çatışmazlıqların  olmasını artıq uzun müddətdir ki, müşahidə edirəm.Hər  halda bu yazını yazmaqla  mənəvi yükümü  bir qədər azaltmağa  çalışdım.

 

                                                                   Orxan Məmmədov

 

                                                                 the_orkhan@mail.com



Paylaş



Bölmə: Köşə / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!