Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                        Xameneinin həyat yoldaşı sağ imiş .....                        Füzulidə mina partladı - Çoban həlak oldu .....                       
Tarix : Dünən, 20:12
Müctəba Xamenei yenə üzə çıxmadı


Müctəba Xamenei yenə üzə çıxmadı

İranın yeni ali lideri Müctəba Xameneinin seçilməsindən sonra ilk müraciəti yayımlanıb.
Xamenei bu gün televiziya vasitəsilə xalqa müraciət etməyib və onun bəyanatı aparıcı tərəfindən oxunub.
“Daily Mail” qəzeti bunun Xameneinin ağır vəziyyətdə olmasının mümkün göstəricisi olduğunu qeyd edir. Qəzetin Tehrandakı mənbəsinin iddiasına əsasən, o, paytaxtın tarixi hissəsində yerləşən Sina Universitet Xəstəxanasının reanimasiya şöbəsində komada saxlanılır.
Məlumata görə, təhlükəsizlik səbəbilə xəstəxananın bir hissəsi bağlanıb və ərazi xüsusi xidmət əməkdaşları tərəfindən qorunur. Hələlik Müctəba Xameneinin atasının öldüyü hava zərbələri zamanı yaralanıb-yaralanmadığı dəqiq bilinmir.
"The Sun" qəzeti isə daha fərqli iddia ilə çıxış edib. Nəşrin mənbələrinə istinadən yazdığına görə, Müctəba Xamenei hava zərbəsi nəticəsində ciddi xəsarətlər alıb və onun bir və ya iki ayağı amputasiya edilib. Bildirilir ki, o, həmçinin ağır daxili zədələr, qaraciyər və ya mədə yırtılması ehtimal olunan travmalar alıb və komadadır.
Qeyd olunmalıdır ki, bu məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib və İran rəsmiləri tərəfindən hadisə ilə bağlı açıqlama verilməyib.
Xatırladaq ki, Müctəba Xamenei müharibənin başlamasından sonra ictimaiyyət qarşısına çıxmayıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!