Növbəti köç karvanı Horovlu kəndinə çatdıDekabrın 5-də doğma yurduna yola salınan köç karvanı Horovlu kəndinə çatıb.
Bu mərhələdə Horovlu kəndinə 66 nəfərdən ibarət 18 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.