Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 18-12-2018, 13:28
Teymur Kərimli: Vahid elektron məlumat sisteminin yaradılması çox əhəmiyyətlidir

Dekabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib.
AMEA-dan bildiriblər ki, tədbirdə büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katiblər və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.
Əvvəlcə bölmənin akademik-katibi, akademik Teymur Kərimli gündəlikdəki məsələlər barədə məlumat verib.
Dövlət başçısının “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi haqqında” müvafiq Sərəncamından danışan akademik bildirib ki, elmi tədqiqatlar haqqında məlumat bazasının yaradılması, elmi informasiyanın əlçatanlığının təmin edilməsi və digər məsələlər üçün vahid elektron məlumat sisteminin yaradılması çox əhəmiyyətlidir. Bu, həmçinin tədqiqat işlərinin plagiatlığının yoxlanılması istiqamətində önəmli rol oynayacaq.
Sonra elmi-təşkilati və kadr məsələlərinə baxılıb. Müvafiq elmi müəssisələr üzrə elmlər doktoru hazırlığı istiqamətində bir neçə dissertasiya mövzusunda dəyişiklik edilib.
Bölmə sənətşünaslıq üzrə fəlsəfə doktoru Namiq Abbasovun Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb. Filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib. Həmçinin bölmənin elmi müəssisələri üzrə digər kadr məsələsi ilə bağlı qərarlar qəbul olunub.
İclasda cari məsələlərə də baxılıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi münasibətilə AMEA-nın müxbir üzvü Tehran Mustafayevin AMEA-nın fəxri fərmanına layiq görülməsi ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Müasir türk ədəbi dillərinin ortaq terminologiyasının mənbələri və söz yaradıcılığının inkişaf meyilləri” qrant layihəsi ilə bağlı müzakirə aparılıb, müvafiq qərar qəbul edilib.


Paylaş



Bölmə: Xəbər / Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!