ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir .....                        Ukrayna ordusu Xəzərdə Rusiya platformalarını vurdu .....                        Ötən ay kanalda batan Zaminin meyiti tapıldı .....                        ABŞ-İran danışıqlar sabah baş tutacaq .....                        Küləyə Pıçıldanmış Həqiqət .....                        “Molla Nəsrəddin”dən özbək “Müştüm”ünə uzanan satira yolu .....                        Naxçıvanda Ombudsman təsisatı ləğv edildi .....                        Güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        DİN əməliyyat keçirdi - Saxlanılanlar var .....                       
Tarix : 28-11-2018, 15:19
Alimlərimiz Buxarestdə elmi sessiyada iştirak ediblər
Rumıniyanın paytaxtı Buxarestdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) üzvü olan ölkələrin hökumətlərinin səlahiyyətli nümayəndələri komitəsinin növbəti sessiyası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Respublikası Hökumətinin BNTİ-də səlahiyyətli nümayəndəsi, akademik Nazim Məmmədov və bölmənin baş mütəxəssisi, Azərbaycan Respublikası Hökumətinin BNTİ-də səlahiyyətli nümayəndəsinin assistenti Yeganə Əliyeva təmsil ediblər.
AMEA-dan bildiriblər ki, BNTİ-nin direktoru, akademik V.A.Matveyev öz məruzəsində ötən ilin yekunlarından danışıb, ölkələr arasında elmi əlaqələrin inkişafına xüsusi diqqət yönəldib. Bildirib ki, cari il BNTİ üçün olduqca səmərəli olub, yeni layihələrə imza atılıb. BNTİ-yə üzv ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq genişləndirib, müştərək tədqiqat və proqramlar həyata keçirilib. Bu işlər indi də davam etdirilir.
Elmi sessiyada BNTİ-nin vitse-direktorları V.Kekelidze və R.Lednitski NİCA layihəsinin icrası və 2019-cu il üçün layihə üzrə nəzərdə tutulan işlərə dair məruzələrlə çıxış ediblər. Bundan əlavə, tədbirdə BNTİ-nin elmi katibi A.Sorin institutun elmi şurasının tərkibində edilən dəyişikliklər haqqında danışıb. BNTİ-nin beynəlxalq əlaqələr şöbəsinin rəisi D.Kamanin assosiasiya olunmuş ölkələrlə əlaqələrdən bəhs edib. İnstitutun informasiya texnologiyaları laboratoriyasının direktoru V.Korenkov isə informasiya texnologiyalarının inkişafının əsas trendləri, çağırış və perspektivləri barədə məruzə ilə çıxış edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!