Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 5-11-2019, 14:37
RSXM - nin Elmi Texniki Şurasında şöbələr üzrə illik hesabatlar təqdim edilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində 2019 - cu ildə aparılmış elmi tədqiqatlar və elmi - istehsalat işlərinin yekunlarına dair illik hesabatların müzakirəsi keçirilib. RSXM - nin Elmi Texniki Şurasının bu gün keçirilən iclasında müvafiq şöbələr üzrə 2019-cu ildə əldə olunmuş elmi nəticələr və aparılmış elmi-istehsalat işlərinə dair məruzələr təqdim edilib.
Butov.az-a verilən məlumata görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli gündəliyi elan etdikdən sonra ilk olaraq Seysmologiya bölməsi üzrə hesabatlar təqdim edilib.
“2019-cu ildə Azərbaycan və ətraf bölgələrdə baş vermiş zəlzələlərin tədqiqi” mövzusu üzrə "Zəlzələlərin tədqiqatı" bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, “Zəlzələ ocaqlarının tədqiqi və Beynəlxalq Seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti” haqqında "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Seysmik məlumatlar əsasında zəlzələlərin xəbərverici əlamətlərinin tədqiqi, zəlzələlərin və partlayışların müqayisəli analizi” haqqında "Seysmoloji materialların təhlili və təfsiri" şöbəsinin müdiri Rasimə
Abdullayeva, “Hiss olunan zəlzələlərin makroseysmik tədqiqi” mövzusu üzrə "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, 2019-cu ildə aparılmış mühəndis - seysmoloji tədqiqatlara dair illik hesabatı isə "Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma" şöbəsinin müdiri Zəhra Əliyeva təqdim ediblər.
Bundan başqa "Maqnitometriya" şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Hümbət Vəliyev “2019-cu ildə stasonar və diskret maqnitometrik tədqiqatlar”, "Qravimetriya" şöbəsinin müdiri Elçin Bağırov “2019-cu ildə stasionar və diskret qravimetrik tədqiqatlar”, "Geodinamika" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov “Azərbaycan ərazisinin GPS məlumatların əsasında geodinamikası”, "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Ramidə Kərəmova isə il ərzində aparılan geokimyəvi tədqiqatlar haqqında illik hesabatları təqdim ediblər.
İclasda həmçinin “İnformasiya” şöbəsinin müdiri Vüsalə Rafiqqızı, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Ağazadə müvafiq şöbələr üzrə illik hesabatları təqdim ediblər. Hesabatların təqdimatından sonra AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyev çıxış edərək təqdim edilən hesabatları müsbət qiymətləndirib. Müzakirələrdən sonra Elmi Texniki Şura üzvüləri hesabatların qəbul edilməsi haqqında qərar qəbul ediblər.
RSXM - nin Elmi Texniki Şurasında şöbələr üzrə illik hesabatlar təqdim edilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!