Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 11-02-2020, 12:44

Xəyallarıma doğru addımladığım yolda, istədiyim yerdə idim. Sevdiyim universitetin, sevdiyim fakültəsində...
Qarşılaşdığım bir çox yeni insanlar,yeni əhatə məni bura uyğunlaşmağıma görə narahat hiss etdirirdi.Lakin sonradan nə qədər doğru seçim etdiyimi anlamışdım.Gəldiyim yer müəllimdən əvvəl insan olmağı bacaran,ziyalıların əhatəsi idi."Onlardan dərs almaq necə də qürurvericidir".-deyə,düşünürdüm.
Fakültə ilə tanışlığım sentyabr ayının onundan başlayaraq davam etmişdi.Bu günlər ərzində fakültədə gördüyüm səmimiyyət,müsbət enerji xoş aura yaradırdı.
Fakültədə ilk tanıdığım xanım qeydiyyat zamanı tanış olduğumuz Könül müəllimə idi.İlk əvvəl insana ciddi təsir bağışlayan,lakin sonrakı dərs müddətində tələbələrin ona olan sevgisini,eləcə də bizə qarşı olan münasibətini gördükdə fikirlərim tamamilə dəyişdi.Birinci kurs olduğumuz üçün çox şeyi,demək olar ki,heç nəyi bilmirdik.Tanışlıq günlərində bizə dərs müddətindən tutmuş imtahana kimi hər bir detalı incəliyinə qədər yorulmadan başa salan Könül müəllimə idi.
Tanışlıq günlərində tanıdığım digər dəyərli insanlardan biri isə Cahangir Məmmədli idi.Danışığında,etdiyi söhbətlərdə daha çox bir jurnalist,bir insan kimi vicdanlı olmağı vurğulayırdı.Başına gələn hadisələrdən maraqla danışması, hər sözündə bir həyat həqiqətinin olması necə deyərlər:"insanın onu dinlədikcə dinləməyi gəlirdi".Eyni zamanda gələcək semestrda onun bizə dərs deməsini səbirsizliklə gözləməyimə səbəb oldu.
Və dərs müddəti başladıqdan sonra tanış olduğumuz "Jurnalistikaya giriş" fənnini bizə tədris edən Akif müəllim...Jurnalistika sahəsində öz sözünü demiş insanlardan biri,tələbələrin işini asanlaşdırmaq üçün əlindən gələni edən və: "Ay qızım,gəlin dərsi danışın, mən sizi qiymətləndirə bilim."-sözü ilə yadda qalan gözəl insan...Akif müəllim daima bizə rahat oxumaq üçün şərait yaradır,hər dərs elədiyi sual-cavablarla daha yaxşı öyrənməyimizə çalışırdı.Onun dərsini oxumayanda belə elədiyi sual-cavablarla xatırlaya bilirdik.Tələbələrin səs-küyünə,çoxlu yorucu suallarına baxmayaraq,üzündən xoş sima heç bir zaman əskik olmurdu.
Fakültəyə gəldiyim ilk günlərdə diqqətimi cəlb edən məqamlardan biri,dekanımız Vüqar müəllimin tələbələrin salamını necə səmimi şəkildə qəbul edib,onlardan hal-əvhal tutması idi.Xəyalımda canlandırdığım ciddi,məsafəli bir insan xarakterindən tamam uzaq idi.Tədbirlərdə iştirakımız zamanı yanımızda oturub,sanki,bizim kimi tələbə olduğunu hiss etdirməsi,ilk iclasımız zamanı gülərüzlə etdiyi xoş söhbətlər insana müsbət aura bağışlayırdı.
Eləcə də rektorumuz Elçin müəllim...Universitetə gəldiyimiz ilk gündən təşkil etdiyi konsertlərlə,maarifləndirici tədbirlərlə bizə tələbəliyin sadəcə oxumaqdan ibarət olmadığını göstərmişdi. Fakültəmizlə bağlı ilk günlərdə keçirdiyi iclasda dediyi xoş sözlərdə,eyni zamanda bizdən universitetin ictimai-mədəni həyatında xüsusi fəallıq gözlədiyini vurğulayırdı.Biz bu ilin birinci kursları olmağımıza baxmayaraq və Elçin müəllimin bir ilə yaxındır bu vəzifəyə təyin olunmasını nəzərə alaraq,etdiyim müşahidələrdə digər yuxarı kurslarda onun bu vəzifəyə təyin olunmasından olduqca razı olduqlarını gördüm.Mənə elə gəlir ki,Elçin müəllim tələbələrin problemlərinə universitet rektorundan çox,yaxın bir insan kimi maraqlanır.Buna görə də qısa müddətdə tələbələrin böyük rəğbətini,sevgisini qazanmışdır.
Fakültəmizin,digər bir sevimli xanım müəlliməsi isə Aytəkin xanımdır.Tanışlıq günlərində tanıdığımız və öz tələbə komandası ilə çıxış edən Aytəkin xanım danışarkən sanki,öz övladlarına məsləhət verdiyini bizə hiss etdirmişdi.Maraqlı lahiyələrə rəhbərlik edərək bizə,universitetin ictimai həyatında fəal iştirak etməyə şərait yaradırdı.
Və gələk fakültədə heç tanımadan sevdiyim müəlliməyə...Dərs günlərinin birində metroda yaranan basabas səbəbilə ürəyim narahat olmuşdu.Gözlərim görməməyə başladı və qolumdan kiminsə tutduğunu hiss etdim.Çətin olsa da,ona harada oxuduğumu deyə bilmişdim.Təsadüfən rast gəldiyim bu xanım həm də bizim fakültədə dərs deyən ingilis dili müəlliməsi idi.O qədər insanın içində digər vaqondan halımın pisləşdiyini görüb,mənə kömək etmişdi. Düşünəcəksiniz ki, burada nə var, hər kim olsa, o vəziyyətdə olan insana kömək edərdi.Amma elə deyil.Qorxduğumu hiss edib mənə: "Bilirəm, belə eləyirsən ki, nə vaxtsa sənə dərs desəm,səndən qorxum yüksək bal yazım". Asta-asta danışaraq fikrimi yayındırmağa çalışırdı.Universitetə gəldik və görməyə başladıqda Aytəkin xanımın otağında bu gözəl xanımı gördüm. Dərsinin olmasına baxmayaraq məni buraxıb getmək istəməməsi, qucaqlayıb, başımda durması həmin an üçün ən ehtiyacım olan şey idi.
Sabahkı gün Aytəkin xanımın qapıda məni görüb vəziyyətimi soruşması da fakültəmin nə qədər səmimi, dəyərli insanlarla dolu olduğunu mənə bir daha hiss etdirdi.
Təbii ki,bəyəndiklərimizlə yanaşı, bəyənmədiklərimiz də olur. Lakin bir neçə ayda müşahidə etdiklərimi yazdığım üçün deyə bilərəm ki, Jurnalistika fakültəsi etdiyim ən doğru seçimlərdən biridir. Bu il Bakı Dövlət Universitetinin 100 yaşını qeyd etməsi,fakültəmizin 50 illik yubileyi isə ayrıca bizə "əsrin tələbəsi" olmaq sevincini də yaşatdı.

Nübar Kərimsoy,
BDU Jurnalistika fakültəsinin birinci kurs tələbəsi


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!