Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 23-04-2014, 19:00

 

                                                           Müəllim zirvəsinin fəthi - Səyavuş Hüseynli

 

        Qayğılı qayğısız tələbəlik illərim başlayır. Fərqli simada tələbə yoldaşlarım, müxtəlif xarakterə malik olan, ali savadlı, dünyagörüşü, potensialı geniş müəllimlərlə tanışlığım tələbəliyimin ilk mərhələsi sayılır. Tələbə yoldaşlarımdan fərqli olaraq mənim marağıma daha çox səbəb olan müəllimlərimin sərt görünüşündə gizlənən mülayim xarakteri, dolğun simanın altında illərin çətinlik və məşəqqətini görmüş, tələbələrlə münasibətdə çox vaxt olduğundan ciddi, bəzən isə açıq və səmimiyyət qurması bir çox müəllimlərim haqqında məndə müsbət təəssürat yaratdı.

Ona görə ki, müəllim tələbə ünsiyyətində müəyyən sərhədlərin aşılmaz qalması, hər hansı bir tələbənin sakit görümlü müəllimlərdən sui-istifadənin edilməməsi, dərsə qarşı laqeyd olmaması üçün tələbə və müəllim münasibətində bəzən ciddiyyət əsas rol oynayır. Buna baxmayaraq ixtisasım üzrə təhsil verən, çox vaxt bizlərə güzəşt edən, passiv olanda bizi danlayan, gəncliyimizdən yaxşı mənada istifadə etməkdə düzgün istiqamətləndirən, çalışmaqda, zəhmətə qatlaşmaqda və sonda qazanacağımız nailiyyətin əldə edilməsində, bəzən də sanki valideyn övlad münasibətlərinin qurulmasını da tələbəlikdə müəllimlərimizdən öyrəndim.

Artıq tələbəlik illərimin çox hissəsi geridə qaldı. Amma buna baxmayaraq çox zaman universiteti bitirdiyim üçün təəssüf hissi keçirsəm də, özümə verdiyim təsəllim tələbəlikdən qazandığım bilik və bacarıqlarım, müəyyən mənada dünyagörüşümün formalaşmasında, gələcəkdə ziyalı bir jurnalist kimi yetişməyimdə, balaca uğurlarımın böyük nailiyyətlərlə əvəz olunmasına şərait yaradan tanıdığım və mənə bu günədək dəstək göstərən müəllimlərim oldu. Odur ki, belə nəticəyə gəlirəm ki, tam əksinə itirdiyim illərin əvəzində insanlığı, səmimiyyəti, sənətində məsuliyyəti, düzgünlüyü də elə universitetdə mənim üçün dəyəri böyük olan müəllim adına layiq gördüyüm, doğru yolun carçısı olan bir neçə müəllimlərimi qeyd etsəm əminəm ki, yanılmaram. Həmin insanlardan biri də şəxsən hörmət bəslədiyim, sənətində məsuliyyətli, tələbələrinə qarşı ciddi görünüşlü, doğrunu doğruluqla yaxşı qiymətləndirən, artıq 4 ildir ki, savadından bəhrələndiyimiz, yorulmadan biz tələbələrinə çalışdığı qədər elmin sirlərini öyrədən müəllimim Hüseynli Səyavuş İsmayıl oğludur. Səyavuş müəllimlə ilk tanışlığımız l kursun ll semestrində “Jurnalistikaya giriş” fənni dərsi ilə oldu. Auditoriyamıza girməzdən əvvəl həmin insan haqqında xarakter baxımından olduqca sərt biri, dərs zamanı bütün qayda-qanunlara əməl olunması, heç bir güzəştin olunmayacağı qeyd olundu. Yoldaşlarım və mən bu fəndən imtahandan kəsiləcəyimizin qorxusunu yaşadıq. Artıq zamanla dərs keçdiyi müddətdə onun haqqında deyilənlərin nə dərəcədə yanlış və doğruluğunun şahidi olurduq. Belə ki, imtahanın kəsr qorxusu bizi həmin müəllimin dərsinə daha məsuliyyətlə çalışmağa vadar edirdi. Belə demək olarsa, əsl tələbə və müəllim ciddiyyətini, məsuliyyətinin ilk addımlarını Səyavuş müəllimin simasında öyrəndik. Amma bütün bunlara baxmayaraq, dərsə qarşı məsuliyyətimiz ona olan hörmətimizi günü-gündən artırdı. Peşəmə qarşı həvəsi, sevgini özümə ondan örnək götürdüm. Sən demə zaman bizə yaxşı insanlara qarşı qiyməti, məsuliyyətin vacibliyini artıq yaşımız artdıqca öyrədir.

Səyavuş müəllimin bizə dərs dediyi zaman ərzində yavaş-yavaş o insanın xaricində görsəndiyi ciddiliyin, əzmin, qətiyyətli baxışın, tələbkarlığın arxasından boylanan saf və geniş ürəyin, valideyn övlad sevgisinin, səmimiyyətini qayğıkeşliyini zaman keçdikcə daha aydın hiss elədik. Sən demə qarlı uca dağ kənardan əl çatmaz, vüqarlı görsəndiyi kimi, bir insan da daxili görünməz, səmimiyyət qurulmadan dərk edilməz böyük varlıqdır. Odur ki, bu gün həmin insanı tanımaqda çox məmnunluq hissi keçirirəm. Ona gorə ki, böyük ciddiyyətin arxasında bizimlə qurduğu səmimiyyət, onun daxilinin nə qədər yaxşı və qiymətli olduğunu bir daha sübut etdi.

Tələbəlik illərimin son kursumu yaşayıram. Bu insan mənim üçün müəllimlərim arasında yaxşı mənada örnək oldu. Ona görə ki, müəllim tələbə qanunauyğunluqlarına məsuliyyətlə yanaşmağı bizlərə öyrətdi. Daha sonra isə dərs zamanı bizimlə qurduğu səmimiyyətdə onun mənəviyyatının nə qədər zəngin, düşüncəsinin doğru, əqidəsinin güclü və gəncləri dəstəkləməsinin hərtərəfli baxımdan şahidi oldum. Bu davranışlarının səbəbi isə, sən demə iki qız atası olması ilə əlaqədardır. Ona görə də Səyavuş müəllim bizlərə sanki tələbələri kimi yox, öz doğma övladları qədər qayğı ilə yanaşır. Indi bizlərlə əvvəlki kurslardan fərqli olaraq tələbələri kimi deyil, öz həmkarları kimi səmimiyyət qurur. Düzdür, ilk kursda onun haqqında hər hansı bir məlumatım yox idi. əlbəttə ki , cəsarət edib nə mən, nə də qrup yoldaşlarımın onunla səmimiyyəti olmadığından, dərsə qarşı tələbkarlığından çəkinərək şəxsi həyatı və özü haqqında heç bir sual verə bilmirdik. Amma bütün bunlara baxmayaraq, onun sərtliyi və ciddiliyi bizim üçün keçərlidir. Çünki onu olduğu kimi tanıyıb, hörmət bəsləyib, qiymətləndiririk.

Artıq bir neçə aydan sonra tələbəlik illərimi bitirirəm. Amma buna baxmaraq Səyavuş Hüseynlinin müəllim kimi bir sözünü heç zaman unutmayacam. “Zaman adamı elə rəndələyir ki, ağıllanırsan... ”Bu sözü dərs zamanı söz əsnasında bizə nəsihət mənasında valideynlərimizin qiymətini zaman keçdikcə özünüz də valideyn olanda daha yaxşı anlayacaqsınız ifadəsi ilə demişdi. Beləliklə mən ondan insanın mülayimliyi, böyük qəlbin sahibi olan, dostlarının müəyyən mənada rəğbətini qazanmış, müəllim kollektivi arasında xüsusi hörməti olan Səyavuş Hüseynlini kəşf etmiş oldum.

O, 1961-ci il mart ayının 15-də Zəngilan rayonunda anadan olub. 1968-78- ci illər arasında Zəngilanda Bartaz və Mehri rayonunun Aldərə orta məktəbini bitirib. Tələbəlik illəri isə 1984-90- cı illəri əhatə edir. Beləki o, indiki BDU-nun filologiya fakultəsini bitirib. Təhsili üzrə 1993-94-cü illərdə Binəqədi rayonu 108 nömrəli MİS-də təşkilatçı müəllim kimi işləyib. Daha sonra isə 1994-cü ildən bugünədək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində böyük redaktor vəzifəsində fəaliyyətini davam elətdirir. 2007- ci ildən isə BQU- da baş müəllim işləyir və jurnalistikanın bir sıra sirrlərini tələbələrinə öyrədir. Ailəlidir. Üç övladı var. İki qız, bir oğul atasıdır, həmçinin bir qız nəvəsi var. İllər keçsə də tələbəlik həyatımın ən nümunəvi müəllimləri sırasında Səyavuş Hüseynlinin yeri, qiyməti mənim üçün daha unudulmaz olacaq. Ömrünün bu yaşında bir tələbə olaraq öz adımdan və qrup yoldaşlarım adından Səyavuş müəllimə ən əsas can sağlığı, həyat yolunda mənalı ömür yaşamağı, qiymət verdiyi dostlarından ona layiqindən də artıq qiymətin qarşılığını, dəyərinin verilməsini, sənətində və işlərində böyük uğurlara sahib olmasını arzu edirik. Hər zaman tələbələrinə belə nümünə ola biləcək müəllim zirvəsini arzu edirəm. Ad gününüz mübarək...

 

                                                                    Rəqsanə İntiqamqızı

 

 

 



Paylaş



Bölmə: Mədəniyyət / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!