Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
Tarix : 16-02-2015, 11:19
Bizi gözlə Xocalım!

Yaqut Aslanova
Cavabsız suallarım
Bu gün digər günlərdən fərqli idi. Əslində dünən gecədən içimdə qəribə bir sıxıntı var. Həmin gün yaxınlaşırdı bəlkə də ona görədir ki, bu qədər narahat idim. Qərara gəldim ki, hislərimi qələmə alım. Çətin olacaqdı o gündən yazmaq, illər öncəyə qayıtmaq, o acıları, o iztirabları yenidən xatırlamaq çox ağır olacaqdı, amma yazmaq istəyirəm. O gün baş verən o dəhşətləri hiss etmək üçün. İstəmirəm sənin acını təkcə mən görüm diləyim budur ki, ahını hər kəs eşitsin sənə nələr yaşatdılar Xocalım. Sözlə deyiləsi deyil, qələmlə yazılası deyil, yerə-göyə sığası deyil dərdin, Xocalım. Sənin çəkdiyin əzabların ağrılarından mən də həmin günün yaxınlaşdığına sıxılıram. Hələ dözürük bu dərdə, bu ayrılığa. Sən də dözürsən Xocalı. İllər keçir, amma fərqinə varmadan 23 ildir ki səndən ayrıyıq. Övlad anadan 23 il ayrı qalan kimi. Bəlkə də yadlaşmısan artıq, bəlkə sənə qayıtsaq qəbul etməzsən. Yenə də sənə qovuşa biləcəyikmi nə vaxtsa? Əvvəlki kimi bir yerdə ola biləcəyikmi? Bilmirəm.
Bu cavabsız sualları dəfələrlə özümə verməkdən yoruluram. Cavab almaq istəyirəm suallarıma, səni geri almaq istəyirəm, bütöv olaq istəyirəm , Xocalım. Çəkdiklərini unudasan, ayriliğa, əzaba, dərdə son vermək istəyirəm. Unudarsanmı, Xocalım? Yenidən qayıtsaq qəbul edərsənmi, Xocalım? İndi mən sənin haqqında yazarkən sən nə hiss keçirdirsən? Ola bilər ki, məni qınayarsan nə üçün yazmaqla kifayətlənirəm. Bəlkə də hiss edirsən ki, mən səni nə qədər başa düşürəm, dərdimizi anlayıram, bilirəm dərdimiz böyükdür. Lakin, hələ dözürük sənə nə deyəcəyimi bilmirəm yanında başıaşağıyıq. Ola bilsin ki, gələn il bizimlə olasan, ya sabah bizimlə olacaqsan, ya da bir ay sonra bunu da bilmirəm. Suallarım cavabsız qalıb Xocalım, amma var qüvvəmlə səni bizə qaytarmaq istəyirəm. Qəribədir yolumu gözləyirsən amma sənə gələ bilmirəm. Dərdin yetmirmiş kimi sənə verilən əzabların danılması isə lap dözülməzdir. Amma bu faktdır ki, sən bizimsən , Xocalım! Heç kim bizim dərdimizi, acımızı inkar edə bilməz. Heç kəs bizim kədərimizi öz kədəri adlandıra bilməz. Bu qədər əzaba səbr etmək daha ağırdır. Əlimdən nə gəlir nə edə bilərəm sənin üçün Xocalım? Dualar edirəm, xəyallarımın reallaşmasını istəyirəm. Nə vaxt nə zaman əsrarəngiz təbiətində, bərəkətli torpağında, səfalı qoynunda günahsız insanların qanı axıdıldı, ah- nalədən gülləri soldu təbiətin də. İnsanların kimi qara geyindi yurdun da. Qismətin sevinc, xoşbəxtlik, zəfər olmalı idi, amma bəxtinə kədər, gözyaşı yazıldı. Yola çıxmışıq sənə doğru gəlirik. Yolun harasındayıq bilmirəm, amma bilki sənə doğru gəlirik Xocalım! Qarşımıza hansı maneələr çıxacaq deyə bilmərəm, amma dayanmırıq gəlirik. Sənin üçün təkcə mən yox hər kəs, hər şeyə hazırdı. Asan deyil bu qədər ağrıya tab gətirmək, amma sən bacardın. Gec-tez zəfərin olacaq əminəm, düşünməki unudulmusan, düşünməki sahibsizsən. Bunu heç xəyalına da gətirmə, Xocalım. Qoymarıq! Qoymarıq! Mən sənin gözəlliyini dillərdən eşitmişəm, şəkillərdən görmüşəm. Hələ mən bu ayrılıqdan bu qədər əzab çəkirəm sənin yurdundan olan, torpağının üstündə addımlayan, suyundan içən insanlar gör nələr çəkir?! Bu dərd təkcə sənin yox hamımızın dərdidir. Bilmirəm dəyişmisən ya eyni qalmisan, bəlkə də ayrılıqdan solmusan. Şərəfsizlərin içində neyləyirsən heç onu da bilmirəm. Sual verirəm cavab ala bilmirəm. Niyə sənə olan bu haqsızlıq hələ də dünyada yetərincə tanınmayıb? Səbr elə, Xocalım, yola çıxmışıq gəlirik, bizi gözlə, Xocalım!


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!