Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 4-06-2014, 20:34

 

 

 

Xəyal. Xəyal nədir?

           İnsanoğlu yaranan gündən bəri bir real olan var, bir də xəyal olan. Xəyal əslində tərifi olmayan bir məfhumdur, amma öz aləmimdə ona tərif versəm, deyərdim ki, xəyal real olmayan və bizə rahatlıq verən varlıqların gözə görünməyənidir. Xasiyyətindən asılı olmayaraq hər kəs nəyinsə xəyalını qurur, xəyal qurmadan yaşamaq mümkün deyil. Biri gələcəyinin, biri işinin, biri də həyatının xəyalını qurur , mənim xəyalımsa, bütün xəyallardan fərqlidir-bir insanın xəyalı. Bu dünyaya heç gəlməmiş, bu dünyada heç yaşamayan, bu dünyada heç olmayan birinin xəyalı…Necə düşünürsünüz? Belə bir xəyalla bir ömür keçərmi? Belə bir xəyalla nə qədər yaşaya bilərsiniz?1 gün,1 həftə,1 ay, yoxsa 1 il?…Mən 13 il yaşadım!

           Xəyalımla tanış olanda hələ 5 yaşım var idi. Mənə elə gəlir di ki, balaca olsam da dünyanın bütün pislikləri və oyunlarının yarısını görmüşəm artıq. Bir yer axtarırdım, bu dünyadan uzaq bir yer, orada pislik, xəyanət və riya olmayan bir yer. Çox axtardım, amma öyrəndim ki, bu dünyada elə bir yer yox imiş. Lakin bezmədim, yenə axtarmağa davam elədim. “Dünyada olmasa da,başqa bir yerdə var mütləq”-dedim və xəyallar aləminə sığındım. Ora tam başqa idi. Orada hər şey könlümdən keçən kimi idi, çünki ora mənim zövqümlə qurulmuşdu, oranın sahibi mən idim. Lakin xəyalım yeni bir dünya, yeni bir düzən yox, yeni bir insan idi. Bayaq vurğuladığım kimi “heç vaxt bu dünyaya gəlməmiş bir insan! ”Bəs niyə onu axtarırdım? Düzünü desəm, onun varlığına inanırdım. “O bu dünyada yaşayır, sadəcə məndən uzaqdadır”-deyirdim. Bu dünyada məni və ailəmi sevən yeganə insanın o olduğuna

inanırdım. Başımıza gələn hər bir pis hadisəni yalnızca onun dəf edə biləcəyini düşünürdüm. Düzdür, bəlkə də, o bu qüdrətə malik deyildi, bunu bilirəm, amma adı üstündə-xəyaldır bu! Burada mümkün olmayanlar mümkün olur, burada yaşamayanlar yaşayır. Anamın və ikinci anamız olan nənəmin ağrı və acısı artdıqca mən bu xəyala daha da yaxınlaşırdım. Mənə elə gəlirdi ki, o olsaydı, bunların heç biri baş verməzdi, biz yalnız xoşbəxtlik içində yaşayardıq və anamla nənəm bu dünyadan heç getməzdilər!…Bilirəm, bəlkə də, çoxunuz güləcəksiniz bu dediklərimə, bəlkə də “dəlidir” deyəcəksiniz, amma inanıram ki, məni anlayanlar da olacaq. Hər gün bu xəyalı qurduqca daha bağlanırdım ona və yavaş-yavaş onun reallığına inanmağa başlayırdım, halbuki, o heç vaxt real ola bilməzdi. Başladım xəyalımı realda axtarmağa. Axtardım və tapdım, amma gerçək olanı yox, yalan olanı tapmışdım. Gerçək olduğunu sandığım xəyal üzündən başıma gəlməyən oyun qalmadı və öyrəndim ki, bəzi xəyalların reallaşmağındansa, elə xəyal kimi qalması daha münasibdir.

               Bəs xəyalım nə idi?…Xəyalım anamı, ailəmi və məni bütün pisliklərdən qoruya biləcək qüvvətə malik olduğuna inandığım anamın məndən böyük olan oğlu idi! Yəqin ki, kimi nəzərdə tutduğum anlaşıldı. Bilirəm, heç vaxt gerçək olmayacaq, amma inanın ki, o xəyal kimi də çox yaxşıdır. Bu xəyalı nə qədər quracağımı bilmirəm: 20 il, 40 il, bəlkə də 100 il, mən nə qədər yaşasam, o da o qədər yaşayacaq və mən həmişə onun məni bütün pisliklərdən qoruyacağına inanacağam. Son olaraq deyim ki, bəzən xəyalınız gerçəkləşəndə sizə böyük əziyyətlər verə bilər, onun üçün də xəyal saf və təmiz olaraq qalanda daha yaxşı olur və bəzən “yaxşı ki, xəyallar gözə görünmür”…

       Nurlan Səlim



Paylaş



Bölmə: Köşə / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!