Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                        Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək .....                        Prezidentin təyyarəsi Serbiya qırıclarının müşayiətində .....                        Vüqar Qurbanov işdən çıxarılmasından danışdı .....                        İrana ultimatum: Bu 4 ŞƏRTİ qəbul etməlidir .....                        Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                       
Tarix : 30-11-2013, 19:25



Yaqub Zurufçu: "İlham Əliyev dedi ki, ürəyimlə bacarmıram"

"Eşitdim ki, rəhmətlik Heydər Əliyev xəstədir, Amerikaya gəlib. Durdum mindim təyyarəyə, uçdum Amerikaya. Dedim ki, mən onunla görüşə gəlmişəm. Bunu eşidəndən sonra xəbər göndərdi ki, heç yerə getməsin, bəs onunla görüşəcəm".

Etatist.com xəbər verir ki, bu sözləri müğənni Yaqub Zurufçu Aznews.az-a müsahibəsində deyib.

Müğənni həmin görüşdə "Ayrılıq” mahnısını pianoda ifa etdiyini deyir: "Baxdım ki, bu necə kövrəlib, dəhşətə gəldim. İlham Əliyev də orada idi. Qəfildən qayıtdı ki: "Yaqub bəy, neçə ildir qürbətdəsən?” Dedim ki, 28 ildir. Baxdı, baxdı, dedi: "Mən 4 gündür Amerikadayam, ürəyimlə bacarmıram. Sən bu 28 ili qürbətdə necə qalmısan? Sənin kimi ürəkli insan, Azərbaycanı sevən sənətkar vətənsiz necə dayana bilib?” Qayıtdım ki, belə qalmışam da, yanmışam, yanmışam, ürəyimdə bir ovuc kül qalıb. Belə baxıb dedi: "Yaqub, sənə bura lazım deyil. Oxuyursan, amma vətən üçün. Sən çıx, Azərbaycana gəl”. Bu söz mənə elə bil ürək verdi, dayana bilmədim. Birbaşa Azərbaycana gəldim”.


Paylaş



Bölmə: Xəbər / Güneyin sesi / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!