İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 29-08-2013, 17:11
İlham Əliyev Lyublyana şəhərinin meri başda olmaqla Sloveniyanın müdafiə, iqtisadi inkişaf və texnologiyalar nazirlərinin daxil olduğu nümayəndə heyətini qəbul etdi


Prezident İlham Əliyev Lyublyana şəhərinin meri Zoran Yankoviç başda olmaqla Sloveniyanın müdafiə naziri Roman Yakiçin və iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikin daxil olduğu nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Sloveniya Respublikasına səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Sloveniya nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və bu səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.

Lyublyana şəhərinin meri Zoran Yankoviç paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. O, Prezident İlham Əliyevin Sloveniyaya uğurlu səfərinin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, informasiya-kommunikasiya texnologiyaları, sərmayə qoyuluşu, turizm və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

President.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!