Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 1-02-2018, 18:49
Qadeslə söhbət - 1


Necə də çoxdan mən Romada olmamışdım. Əzəmət və sadəlik şəhəri,
mənim şəhərim. Qürbətdə olarkən eşitdiklərimə inana bilmədim ki, Sulla
hakimiyyətdən uzaqlaşmış və qaçmışdır, onun tərəfindən qanunsuz elan olunmuş
hər bir kəs isə geri qayıda bilərdi. Nəhayət ki mən öz sevimli arvadımı və qızımı
görə biləcəkdim. Öz balanı görməkdən gözəl nə ola bilər? Düzü qəribədir,Romanın
küçələri boşdur, heç kim görünmür, evlərin pəncərələri açıqdır, amma səslər
gəlmir. Sanki hamı yoxa çıxıb, həm ətraf yerlərdə, həm də Palatində mən heç kimi
görmədim. Qəribədir. Və Palatin təpəsində bu gözəl saray necə ortaya çıxıb?Mən
sonuncu dəfə Romada olanda bu yerdə heç nə yox idi. Bəlkə də ev sahibləri mənə
kömək edərlər. Qəribədir, qapılar asanlıqla açıldı və bağçada heç kim yox idi.
Bəlkə qulluqçuları buraxıblar.Yəqin evdə kimsə var, ev sahibləri ya da
qulluqçulardan kimsə. Qapıya toxunmağa macal tapmamış o açıldı. Ev böyük və
yaraşıqlı idi, hər şey sadə və gözəl idi. Evdə nə qədər gəzsəm də heç kimi tapa
bilmədim. Bəlkə də bu zalda kimsə var. Bura necə də qaranlıqdır.
–Kimsə var?
Mənim səsim otaqda əks-səda verdi. Nə etməli, yəqin mən artıq getməliyəm.
-Sən artıq gedirsən, gənc Sezar?Kaminə yaxınlaş. – Sezar yaxınlaşdı və gördü ki,
kresloda əlli yaşlarında, enlikürək, tünd rəngli gözləri olan bir kişi oturub.
-Sən kimsən?
- Mənsəni xilas etməyə gəlmiş dostunam. Mənim adımı bilmək sənin üçün vacib
deyil, əsas odur ki, biz bir-birimizə kömək edə bilərik. Sən hər şey əldə edəcəksən:
hakimiyyət, pul, şan-şöhrət
-Bunun qarşılığında sən məndən nə istəyəcəksən?
- Sezar, səndən bir şey xahiş edirəm, sənin üçün müqəddəs olan hər bir şeydən
uzaqlaş və sən hər şey əldə edəcəksən

-Yox
-Bu sənin nəyinə lazımdır, mən sənə hər bir şeyi verəcəm, sən sadəcə uzaqlaş, ya
da sən şan-şöhrət olmadan öləcəksən.
- Mən satqın və qorxaq deyiləm. Sezar batan gəmidən qaçan siçovul deyildir.
Siçovul kimi yaşamaqdansa əziyyət içində ölmək daha yaxşıdır. Bu mənim
seçimimdir
-Sən başa düşmürsən ki nədən imtina edirsən, belə hakimiyyət heç kimdə yoxdur
və sənə qədər də heç kimdə olmamışdır. Sən ölməz olacaqsan.
-Yox, sən mənim qəlbimi ala bilməyəcəksən. Sən bizim səhvlərimiz və
qorxularımızla yaşayırsan. Günahsiz olan insan yoxdur, biz günah sahibiyik.
Amma mən səninlə sövdələşməyə getməyəcəm.
-Sən nədən imtina etdiyini dərk etmirsən.
- Sən düşünürsən ki, mən axmağam? Xeyr. Sənə mənim qəlbim öz iyrənc
məqsədlərin üçün lazımdır. Sən onu ala bilməyəcəksən.
- Sən axmaqsan, amma cəsarətlisən, şöhrət qazanacaqsan.
- Daha səni saxlamayacam. Mən getməliyəm, Sezar.
- Əlvida, “dost”
- Biz hələ görüşəcəyik, Sezar. Sənin gözəl, ağ bürüncəyin olacaq, lakin o qanlı
olaraq daha yaxşı görünəcək. Bruta salam de.
-Brut kimdir? Dayan!
Yuliy, oyan.
-O hardadır?
- Kimi deyirsən? Yuliy, neçə gündür ki sənin qızdırman var, sən sayıqlayırdın, bir
neçə gün idi ki yatırdın, yuxada danışır və sayıqlayırdın

-Demək, mən yuxu görürdüm. Mən Romada hansısa varlı bir evdə idim. Ev
sakinlərini tapmaq ümidi ilə evi gəzirdim və zallardan birinə daxil olanda məni əlli
yaşlarında, tünd rəngli gözləri olan bir kişi çağırdı. Yuxu çox aydın idi.
- Sakitləş, su iç.
- Çox sağ ol, Tiberius
- Dəyməz. Yaxşı, bəs o səndən nə istəyirdi?
- O, mənim qəlbimi ələ keçirmək istəyirdi, əvəzində isə mənə hakimiyyət, şan-
şöhrət və var-dövlət vəd edirdi.
- Aman Allahlarım! Sənin yanına Yeraltı Aləmin Allahı Qades özü gəlmişdi! Və
sən ona nə cavab verdin?
- Mən imtina etdim. Mən nə edim, Tiberius?
-Bütün bunları ürəyinə salma, amma ehtiyatlı ol. Bəs bu Brut kimdir? Sən onun
adını yuxuda qışqırırdın.
- Bilmirəm. Hər şey Allahların əlindədir,Tiberius.

Qades (Pluton, Aid) – Yunan və Roma mifologiyasında yeraltı ölüm səltənətinin
Allahı


Tamerlan İldırım


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!