"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 9-10-2017, 14:36
Yüksəliş


1501-ci il. Şərur ətrafındakı döyüşə bir gün qalmış. Səfəvilər sülaləsindən olan İsmayıl Xətainin düşərgəsi.

Mənim taleyim Allah tərəfindən müəyyən olunmuşdu. Allah bunu mənim üçün seçib. Mən, Səfəvilər sülaləsindən olan İsmayıl Xətai, körpə yaşlarında atamı itirmişdim, öz qohumlarım məni təqib edir və öldürmək istəyirdilər, belə ki, onlar məni anadan olandan bəri düşmən olaraq görürdülər. Mən həyatda qala bildim. Atamın sadiq silahdaşları olan qızılbaşlar sayəsində mən xilas olundum. Yeddi yaşında Karkiya Mirzə Əlinin Gilandakı sarayına yerləşdim. Mən tanınmış alimlərin rəhbərliyi altında mükəmməl təhsil aldım. 14 yaşında mən, mənə sadiq olan qızılbaş və türk tayfalarından ibarət ordunun başçısı oldum və güclü Səfəvi dövlətini qurmağı və ailəmin düşmənlərindən qisas almağı qarşıma məqsəd qoydum.Gülüstan qalası yaxınlığında Şirvanşahlar Şahı Fərrux Yasarın qoşunları ilə həlledici döyüş baş verdi. Mən silah dostlarımla birgə ön sıralarda vuruşurdum. Mən başqa cür davrana bilməzdim, onlar öz həyatlarını mənə etibar etmişdilər, onlar mənə ümid bəsləyirdilər, mən göstərilmiş böyük etimadı doğrultmalıydım. Biz qalib gəldik–Fərrux Yasar döyüşdə məğlub oldu və edam olundu. Biz Şirvanşahların paytaxtı Bakını mühasirəyə aldıq və ələ keçirdik. İndi yalnız bir düşmən qalırdı – mənim əmim oğlu Ağqoyunlu Əlvənd Mirzə.O, ordusu ilə Təbrizdən gəldi və mən onun qarşısına getdim. Bu döyüş hər şeyi - bizim taleyimizi və qalibin başçılıq edəcəyi dövlətin taleyini həll etməli idi. Bizim ordular Şərur düzənliyində qarşı-qarşıya gəldilər. Mən döyüş meydanını nəzərdən keçirdim və düşərgəyə qayıtdım.Mən ölümdən qorxmurdum: hər şey Allahın əlindədir. Sabah hər şey həll olacaqdı. Mənim döyüşçülərim məni salamlayırdı. Onlar qışqırır, qılınclarını qalxanlarına vururdular. Mən onların gözlərində nə qorxu, nə də yalan gördüm. Onlar mənə ümid bəsləyirdilər. Mənim onların ümidlərini puça çıxarmağa haqqım yox idi. Mən atdan düşdüm, yüyəni əsgərə verdim. Göstəriş və əmr verdim ki, sübh açılanadək məni narahat etməsinlər. Mən çadıra daxil oldum, dəbilqəmi çıxardım, masanın üzərinə qoydum, üzümü yudum və səyyar çarpayıya əyləşdim. Mən oturub düşünürdüm. Mən ölümdən qorxmurdum. Mən adamlarımın etimadını doğrultmamaqdan qorxurdum.Onlar mənə inanırdılar, öz başçıları üçün həyatlarını verməyə hazır idilər. Mən, mənə bəslənən etimadı doğrultmalıyam. Mən uzandım, lakin yatmağa hazırlaşmırdım. Gözlərimi yumub döyüş haqqında düşünürdüm və nə vaxt yuxuya getdiyimi hiss etmədim.Mən yuxu gördüm: meşə ilə gedirdim. Bu, gözəl və yaşıl meşə idi. Birdən kömək üçün çağıran səs eşitdim. Qışqıran qadın idi. Mən qışqırığa tərəf qaçdım. Qadın körpə ilə yerdə uzanmışdı, onun başının üstündə qara zireh geyinmiş döyüşçü dayanmışdı, o zərbə vurmaq istəyirdi. Mən onun üzərinə tullandım və itələdim, o bir neçə metr kənara sıçradı və yıxıldı, mən qadını yerdən qaldırdım və ona qaçmağı söylədim. Döyüşçü ayağa qalxdı, o mənimlə eyni boyda idi və tamamilə qara geyimdə idi. Mən onun üzünü görə bilmirdim, onda dəbilqə vardı. O, heç bir söz demədi, mənim üzərimə tullandı, biz onunla döyüşdük. O, əla döyüşçü idi, qılıncla davranmaqda məndən geri qalmırdı. Onun döyüş tərzi məni çaşdırdı. O, mənim döyüşdüyüm tərzdə döyüşürdü. Lakin mən onu aldada bildim, geri çəkilərək guya yorulduğumu göstərdim, o əks-hücum elədi və bu anda mən qılıncı onun ürəyinə sapladım. O yıxıldı: ölüm dərhal baş verdi, o əziyyət çəkmədi. Mən ona yaxınlaşdım, mən onun kim olduğunu bilmək istəyirdim. O, mənim bütün hərəkətlərimi dəqiqliklə təkrar edirdi. Ona tərəf əyilib dəbilqəsini çıxardıqda onun yanına yıxıldım. Bu mən idim. Mən özümlə döyüşürdüm. Mən başa düşə bilmirdim ki, bu nədir və bu nə mənaya gəlir.

- Sən öz iblisinə qalib gəldin, İsmayıl. Sən öz qorxuna qalib gəldin.

Səsi eşitdikdə mən qılıncımı əlimə alaraq yerdən qalxdım.

-Sən kimsən? Bütün bunlar nə deməkdir?

-Məndən qorxma, İsmayıl.

Bu an hər şey itdi, qaranlıqda sadəcə mən qaldım.

-Mən hardayam?

-Sən evindəsən, oğul. Hər şeyin başlandığı yerdə.

-Mənim evim qaranlıqda yerləşir?

-Yox. Sənin qəlbin elə sənin evindir, qorxduğun zaman orada gizlənəbilərsən. O zaman ki, sən nə edəcəyini və hərəkətlərinin nəticəsinin nə olacağını bilmirsən.Ruh ölümsüzdür. Sən təhlükədə deyilsən. Ürəyini aç. Öz qorxuların haqda mənə danış.

-Yox! Mən zəif olacağam, sən isə bundan istifadə edəcəksən, öyrənəcəklərin mənim ziyanıma olacaq axı.

-Yox! Mən səni daha güclü etmək istəyirəm. Mən heç vaxt nəyisə sənə qarşı istifadə etməyəcəm, belə ki, mən sənin özünəm.
-Necə? Sən kimsən?!
-Mən–sənin qəlbinəm, mən elə sənəm.Mən sənin bir hissənəm, ürəyini aç, sənə yaxşı olacaq, sən daha güclü olacaqsan. Mən Allah tərəfindən verilmiş bəxşişəm. Ruh ölümsüzdür.
-Mən qorxuram. Mən heç vaxt bu qədər qorxmamışdım. Məqsədlər olduqca yüksəkdir, qorxu isə bunları üstələyir.Mən öz ideallarımın əksinə getməkdən, mənə əziz olanlara qarşı olmaqdan qorxuram.Mən təmsil etdiyim xalqa və mənə əziz olan bir şeyi boğan varlıq olmaqdan, bədheybətə çevrilməkdən qorxuram.
-Qorxma. Sənin ürəyin və niyyətin safdır. Sən müqəddəs deyilsən, belə ki, biz hamımız günah sahibiyik və günahsız insan yoxdur. Qorxunu, qəzəbi, nifrəti bir kənara at. Ürəyini aç.Sənin qəlbin sənin müdafiəndir və onu heç vaxt səndən almayacaqlar. Hər bir kəs nədənsə qorxur, bu qəbahət deyil. Qəbahət, lazımlı bildiyin bir şeyi etməkdən qorxmaqdır.

-Mən nədən qorxduğumu etiraf edim. Mən öz səhvlərimi boynuma alıram, onların nəticələrindən qorxuram. Etiraf edirəm ki, məğlub olmuşam, lakin məğlubiyyətlər məni zəiflətmirdi, bir addım daha təcrübəli və güclü edirdilər.

-Sən dərsləri qavramısan. Sən öz gücünü göstərmisən. Sən özünə qalib gəlmisən. Sən öz qorxunu məğlub etmisən.

-Bundan sonra mən nə etməliyəm?

-Qorxma, lakin ehtiyatlı ol. Sənə yaxın olanlardan və səni layiq olduğundan daha çöx tərifləyən kəslərdən qorun. Riyakarları və xəyanətkarları bağışlama.
-Mən necə yaşamalıyam?

-Ləyaqətlə yaşa. Elə yaşa ki, sənin haqqında əfsanələr yaratsınlar, əqidə ilə yaşa, qəlbində qələbə ilə yaşa. İnan!Allaha inam - qurtuluşdur. Aydınlığa inan və bu aydınlıq–həqiqət işığıdır. Sən öz ruhunun və Allaha inamın xilası naminə şeytanla sövdələşmədən imtina etdin. Allah səni xilas etdi, İsmayıl, belə ki, sən güclü, ədalətli və hamının birlik içində yaşayacağı dövləti qurmaq üçün seçilmisən. O dövləti ki, əsrlərlə ayaqda duracaq. Qorxma, İsmayıl, sənin mübarizən, niyyətin təmizdir–Sən öz əcdadlarının mirasına layiqsən. O mirasa ki, sənə ötürülmüşdür. Qorxma.

Hökmdarım – sübh açılıb. Siz sübh açılanda sizi oyatmağımı əmr etmişdiniz.

Məni sadiq qulluqçum oyatdı. Mən yuxuda mənimlə kimin danışdığını bilmirdim. Lakin mən bir şeyi bilirdim: bu, yuxarıdan bir işarə idi. Ona işarə ki, mən məğlub olmayacam və öz ailəmi rüsvay etməyəcəm. Mən qalxdım, dəbilqəmi geyindim və döyüşçülərimin qarşısına çıxdım. Mən səmaya baxdım: o aydın idi.Bu yaxşı əlamətdir. Mən ata mindim, döyüşçülərin düzənlikdə düzülməsini əmr etdim, sıraların önündən keçərək ortada dayandım.

-Döyüşçülər, haqq-ədalətin zəfər çalacağı gün gəlib çatdı. Allah qoysa, bu gün biz qalib gələcəyik. Ölümdən qorxmayın, bizim mübarizə ədalətlidir. Əsgərlər hamı bir nəfər kimi mənim adımı qışqırmağa başladılar. Mən bilirdim ki, onlar mənə sadiqdirlər və məni sevirlər. Mən özümü əmin hiss edirdim. Mən qılıncı qınından çıxardım və bağırdım:

- Siz döyüşməyə hazırsınızmı?

- Bəli! –Siz mənimlə yan-yana ölməyə hazırsınızmı?

- Bəli! –Döyüşçülərim, arxamca gəlin. Bu gün böyük gündür. Döyüşə! İsmayıl öz əsgərlərini döyüşə apardı. O, öz əsgərləri ilə çiyin-çiyinə döyüşürdü. Kim düşünə bilərdi ki, 15 yaşlı bu yeniyetməyə tayfaları və xalqları bir dövlət altında birləşdirməkvə yalnız dövlətin banisi kimi deyil, həmçinin istedadlı sərkərdə, hökmdar və şair kimi qiymətsiz töhvə vermək nəsib olacaq.Onlar sayca üstün olan orduya qalib gəldilər. Əlvənd Mirzə məğlub oldu. Payızda İsmayıl təntənəli surətdə Təbrizə daxil oldu. O, özünü xan elan etdi və Səfəvilər Dövlətinin yaranmasını bəyan etdi.

Şah İsmayıl azərbaycan dilinin və mədəniyyətinin inkişafına əvəzsiz töhvə verdi, elm və mədəniyyətin bütün sahələrinin inkişafı üçün hər cür şərait yaratdı.


Tamerlan İldırım


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!