"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 5-10-2017, 14:02
Tamplier


Tamplier – I hissə

1185-ci il. Aralıq dənizi. Müqəddəs Torpağa üzən, içində zəvvar və cəngavərlər olan gəmilər.

Məktubu nədən başlayacağımı bilmirəm, əziz Katerina. Çox şeylər baş vermişdir və Allah görür ki, mən səni bezdirmək və körpüləri yandırmaq istəmirdim. Mən hələ də səni sevirəm və sevəcəm. Baxmayaraq ki, mən Templier Ordeninə daxil oldum və dünyəvi həyatdan imtina etdim, mən sənə olan sevgimdən üz döndərə bilmirəm və bu günahı yuya bilmərəm. Eh…

Bizim hamımızın günahı var, kiminin çox, kiminin az. Ümid edirəm ki, sən məni bağışlayarsan. Əgər hələ də Marseldəsənsə, mənim qardaşıma və bacıma salam söylə. Mən Aralıq dənizindəykən sənə məktub yazıram, biz Müqəddəs Torpağa üzürük, orada Akradan Qüdsə gedən zəvvarları qoruyacağıq. Biz bir müddət Kiprdə idik, gözəl bir yer, Aralıq dənizində bir ada. Ora sənin xoşuna gələrdi. Biz tezliklə Akraya çatacağıq, oradan sənə məktub göndərəcəm, ümid edirəm ki, o sənə çatacaq.

Sənin Renen.

- Ona məktub yazırsız, Baron?

- Hər halda sən anı korlaya bilərsən, Jozef. Sən çoxdan yanımda oturmusan?

- Siz ki artıq məktub yazmağı bitirmisiniz, siz döyüşçü və zəvvarlarla dolu gəmidə yox, təklikdə düşünməlisiniz və nəzərə alın ki, biz gəmidəyik və burada yer çox deyil. Belə olan halda, mən öz Baronumun yanından savayı harada otura bilərəm ki?

- Jozef, dilin sənin başına bəla olacaq, nə vaxtsa sən özünə çətinlik yaradacaqsan.

- Məni bu cür Allah yaratdı və siz məni sözü birbaşa deməyimə və acıdilliyimə görə sevirsiniz.

- Mən sizə ona görə dözürəm ki, biz bir yerdə böyümüşük.

- Həm də ona görə ki, mən sizin əminizoğluyam və mən bu gəmidə yeganə adamam ki, bu səfərə təkcə isti əşyalar deyil, həmçinin bir neçə səhəng şərab da götürmüşəm.

Pauza verdikdən sonra, biz uşaqlar kimi qəhqəhə çəkərək bərkdən güldük. Dünyəvi həyatdan imtina edən və öz talelərini Xristos cəngavərlərinin ordenində xidmətə və Müqəddəs Torpaq zəvvarlarının müdafiəsinə həsr etmiş iyirmi yaşlarında iki zadəgan. Mən Lionun baronu idim və öz istəyimlə ordenə daxil oldum, Jozef isə məni qorumağa getdi, yəni o demək idi ki, sən mənsiz batarsan. O mənim mərhum anama and içmişdi ki, özünün böyük əmisioğlunu qoruyacaqdır. Anam mənim etibar edə biləcəyim yeganə insan idi. O mənim üçün həm ana, həm də dost idi, onun ölümü ilə mənim də bir hissəm öldü. Mən 15 yaşinda ikən anam vəfat etdi. Atamla mənim heç bir zaman isti münasibətlərim olmayıb. O, yalnız özünü sevən birisi idi. Anamın ölümündən sonra, babam bacımı və qardaşımı öz yanına Marselə apardl. Mənimlə müqayisədə onların bəxti gətirdi, belə ki, onlar mənim qədər atamla tez-tez ünsiyyətdə olmurdular. Atam çox qəm çəkmədi və yasın başa çatmasından sonra evləndi. Yalnız özü haqqında düşünən eqoist insan idi. Yaxşı ki, bacımı və qardaşımı babam öz yanına apardı. Onları sevirler və bu ən əsas şeydir. 16 yaşında olan qardaşım yaxşı rəssam oldu və ola bilsin ki dahi biri olacaq, bacım Marsel başçısına ərə getdi, monastırlar tikir və kasıblara yardım edir, mən isə müqəddəs şəhəri və zəvvarları qorumaq üçün Müqəddəs Torpağa üzürəm. Layiqli ananın layiqli övladları. Mən indiyədək dərk etmirəm ki, anam ona necə ərə gedib. Ağıllı, gözəl, əsil-nəcabətli bir qız, o isə eqoist, özünəvurğun zadəgan. Yəqin tale belə imiş.

Mən gəminin burnuna yaxınlaşmışdım və dənizə baxırdım. Mən 19 yaşım olanda Jozeflə birlikdə ordenə daxil olmuşdum. Biz ilk günlərdən özümüzü göstərdik və beş aydan sonra bütün Fransadan könüllülərin toplanması bizə tapşırıldı, yeddi aydan sonra isə biz artıq Genuyadan gəmilərlə Müqəddəs Torpağa yola düşdük. Xrist Ordusuna daxil olan hər kəsin öz tarixçəsi var. Kimi orduya günahlarının bağışlanması naminə inanc hissi ilə, kimi macəra və şöhrət həvəsi ilə, əksəriyyəti isə çox təəssüf ki pula və torpağa olan hərisliyindən daxil olmuşdur. Nə qədər təəssüf doğursa da, tamahkarlıq və asan qazanc hissi insanın ən böyük günahlarından biridir. Müqəddəs Torpaqda ata sahib olmayan insan hər şey əldə edə bilirdi, lakin onlar bir şeyi nəzərə almamışdılar – ad-san və hakimiyyəti əldə etmək olar, lakin sən hörmət və şərəfi satın ala bilməzsən. Sarasinlər bizə nifrət edirlər və buna görə də mən onları gunahlandırmıram. Birinci Xaç Yürüşü zamanı biz heç kimə rəhm etmirdik. Biz Qüdsdə hamını kəsib doğradıq. Bizim atalarımız özlərini mömin kimi yox, şeytan kimi aparmışdılar, qadınları, uşaqları və qocaları doğramaq lazım deyildi, bununla onlar Allah tərəfindən bağışlanmalarını qazanmamışdılar. Onların səhvlərinə görə biz yanacağıq. Atalarımızın gunahlarını bağışla, Allahım.
- Bağışlayın ki, mən sizi düşüncələrinizdən ayırıram, Rene qardaş.

- Eybi yox, Anri qardaş. Siz nəsə istəyirdiniz?

- Mən gəmi kapitanı ilə danışmışam, biz bir neçə gündən sonra Akrada olacağıq.

- Minnətdaram, Anri qardaş.

- Xoşdur.

Anri başı ilə salam verdi və uzaqlaşdı. O, bizdən yaşca böyük idi, biz onunla Müqəddəs Torpağa üzmək üçün gəldiyimiz Genuyada tanış olmuşduq. O, Bordo Hersoqunun üçüncü oğlu idi. Daha bir sevilməyən oğul. Ümid edirəm ki, biz hamımız evlərimizə qayıdacağıq.

Mənim hansı səbəblərə görə Ordenə daxil olmağım sizə maraqlıdır? Mən özümü itirmiş və sınmışdım. Ana itkisi, atamın laqeydliyi, sonu olmayan sevgi, ardıcıl hadisələr məni sındırırdı. Mən həyatın mənasını itirmişdim. Marseldə babamın yanında olarkən, mən babamın dostu olan, Fransadakı Templierlərin komandanı Alfredlə tanış oldum. Onunla ünsiyyətdən sonra başa düşdüm ki, o mənim həyata qarşı itmiş ruhumu xilas edə bilər. Ordenə xidmət, zəvvarların müdafiəsi və Allaha ibadət – bütün bunlar ruhumun gücünü geri qaytaracaq və qəlbimi xilas edəcək. Mən tərəddüd etmədən Alfreddən məni ordenə qəbul etməyi xahiş etdim. Təbii ki, Jozef söhbətə daxil oldu və o da ordenə daxil olmaq istəyini bildirdi. Biz varlı ailələrdən olan ərköyün uşaqlar olaraq deyil, cəngavər qardaşlar kimi Müqəddəs Torpağa üzürdük. Bizdə doğrultmalı olduğumuz məsuliyyət və şərəf vardı. Gəmidə demək olar ki, artıq hamı yatmışdı. Yatmaq lazım idi. Bir neçə gündən sonra biz Akrada olacağıq.
Kapitan yalan deməmışdi, bir neçə gündən sonra biz hər hansı bir hadisə olmadan Akraya gəlib çatdıq. Bu, şərq üslubunda inşa olunmuş bir qala idi. Dəfələrlə mühasirələrə tab gətirən əzəmətli qala. Burada hər şey bizə yad idi: dözülməz isti, səhra. Bizi yalnız o xilas edirdi ki, buradakı gecələr sərin, bəzən isə soyuq idi. Biz komandirimiz Jak de Riforun gəlişini gözləyirdik. Biz vaxt itirmədən məşq edir, at sürməyi və yaydan ox atmağı öyrənir, qılıncla döyüşürdük. Mən Jozeflə döyüşdüyüm zaman Jak de Rifor gəldi. Mən demək olar ki, onun əlindən qılıncı yerə saldığım anda Anri təngnəfəs qaçaraq meydana gəldi.

- O burdadır, komandir gəlib! Sıraya düzlənin!

Biz sıraya düzlənmişdik və komandirimizi gözləyirdik. Din və Allah uğruna həyatlarını qurban verməyə hazır olan on cəngavər qardaş. Həyətə beş atlı daxil oldu. Birinci olaraq qara atdakı atlı daxil oldu. Bu, otuz yaşlarında, zəhmli bir kisi idi. O, bizi nəzərdən keçirən baxışlarla süzdü, atdan düşdü və yüyəni xidmətçiyə verdi.
- Müqəddəs Torpağa xoş gəlmisiniz, cəngavər qardaşlar. Mən, Jak de Rifor, Akradan Qüdsə gedən zəvvarların yolunu mühafizə edən komandirəm. Siz mənim rəhbərliyim altına keçirsiniz. Əgər aranızda zəif xarakterli və ya qorxaq varsa, dərhal sıranı tərk etsin.

Heç kim tərpənmədi. O fasilə verdi və davam etdi.

- Bu təqdirəlayiqdir. Sübh erkəndən zəvvarlarla birlikdə Akradan çıxırıq. Əşyalarınızı toplayın və atları hazırlayın.

Biz əmri yerinə yetirmək üçün dağılışdıq. Sübh açıldıqda biz Akranı tərk etdik və Qüdsə doğru hərəkət etdik.

İlk günlər sakit keçdi, biz səhra ilə gedirdik, quldurlar yox idi, biz bir neçə karvanla və evə qayıdan səyyah dəstələri ilə qarşılaşdıq. Akrada biz zəvvarlara və karvanlara basqınların çoxaldığını eşitmişdik, lakin biz hələ bir quldura belə rast gəlməmişdik. Beşinci gün biz vahənin yaxınlığında düşərgə qurduq. Səhranın möcüzələrindən biri. Ucsuz-bucaqsız səhrada həyat adacığı. Bu gün mənim gözətçi olmaq növbəm idi. Mən tonqalın yaxınlığında oturmuşdum və uzaqlara qaranlığa baxaraq səsləri eşitməyə çalışırdım. Mən yavaş-yavaş səhraya və onun qanunlarına öyrəşirdim.

-Sakitliyə öyrəşməmisən?

- Komandir.

-Əyləş, yanına otursam etiraz etməzsən?

-Şərəf duyaram!

-Sən hardansan, Rene?

-Liondan, Jozef kimi.

-Hə, düzdü siz Marseldən Baron Roberin nəvələrisiniz, mənə sizin haqqınızda Alfred qardaş məktubunda yazmışdı, o sizin barədə xoş sözlər demişdi və sizi komandanlığım altına götürülməsini tövsiyə etmişdi. Alfred nadir hallarda insanlar haqqında xoş sözlər söyləyir, çünki o onların təbiətini görür və nadir hallarda kiməsə inanır və etibar edir. Əgər o sizi tövsiyə edibsə, demək siz buna dəyərsiniz.

- Mən də buna ümid edirəm, Komandir.

-Mənə Jak qardaş de.

-Necə buyurursunuz.

-Səhraya öyrəş, Rene. O, sadəliyi öyrədr və sənin xarakterinin dayanıqlığını sınaqdan keçirir. Öz silah yoldaşına güvən, atının qayğısına qal və ən əsası, öz tuluğundakı içməli su ehtiyatına diqqət yetir. Susuz sən… Sən bunu eşitdin?

-Nəyi?

- Silahlarınıza, qardaşlar! – Komandir çığırdı.

Onun sözləri səhrada əks-səda verdi, qaranlıqdan bir anda quldurlar çıxdı. Onlar bizim üstümüzə atıldılar. Quldurlardan biri balta ilə üstümə atıldı, mən bir anda qılıncımı çıxardım və onun hücumunun qarşısını aldım. Balta ağır idi, bir neçə zərbədən sonra quldur gücdən düşdü, mən əks-hücuma keçdim və onun üzünə zərbə vurdum. O üzünü tutdu və yerə yıxıldı. Nəfəsimi dərməmiş üstümə iki nəfər qılınclı atıldı. Aylarla sürən məşqlər məni xilas etdi və öz layiqli bəhrəsini verdi. Mən onlardan birinin başına zərbə vuraraq yerə sərdim. Mənə hücum edənlərdən yalnız biri qalmışdı. O yaşca məndən böyük idi və yaxşı döyüşürdü. Onun zərbələrindən qorunarkən mən yerdəki cəsədə ilişdim və yerə yıxıldım. Sarasin gülürdü və son zərbəni vurmağa hazır idi. Lakin birdən onun üz ifadəsi dəyişdi və o, yerə yıxıldı.
- Sən mənsiz nə edərdin, mehriban Cənab? – deyə Jozef gülümsəyirdi.– Yerə yıxılmısan və Tanrıya ruhunu verməyə hazır idin. Bəs kim mənimlə birlikdə Saladinlə döyüşəcək? Eybi yox, mən sizi bağışlayıram. Qalx ayağa.

Jozef mənə qalxmağa kömək etdi. Döyüş uzun çəkmədi. Quldurlar darmadağın edildilər, üçünü biz əsir götürdük, bizim tərəfdən heç kim həlak olmadı. Anri əlindən yaralanmışdı və iki qardaş da kiçik yaralar almışdılar. Zəvvarlar isə yüngül qorxmuşdular.
-Hə, cəngavər qardaşlar, döyüş sınağınızla sizi təbrik edirəm. Bir neçə gündən sonra biz Qüdsdə olacağıq. Yaralılara kömək edin, əsirlərin əl-ayağını bağlayın, günəşin çıxması ilə biz buranı tərk edirik. Hə bir də unutmadan: Müqəddəs Torpağa xoş gəlmisiniz.
Komandir öz çadırına getdi, biz isə əmrlərini yerinə yetirməyə başladıq.
- Rene, sənə elə gəlmir ki, bizim komandir bir az dəlidir?
-Biz hamımız özlüyümüzdə dəliyik, Jozef.
Günəşin çıxması ilə biz öz yolumuza davam etdik. Yolda mən komandirdən öyrəndim ki, onlar sarasinlər yox, Suriya erməniləri idi. «Satqın və alçaq xalqcıq», komandir onları belə adlandırdı. «Onlar öz doğma analarını pula satarlar. Necə ki, ağcaqanad qəflətən tələf olur, onlar da sahiblərini belə tez dəyişirlər. Və bu basqınları da, Rene qardaş, onlar qəsdən edirlər, sarasinlər kimi geyinirlər və bizə hücum edirlər, bununla da bizimlə müsəlmanlar arasında olan əmin-amanlığı pozmaq istəyirlər. Və bilirsən, ən acı nədir, Rene qardaş?»
- Nə, komandir?

- Saladinlə müharibə istəyən bizim qardaşlarımızdan bəziləri onlara himayədarlıq edirlər. Müsəlmanlar bizim düşmənimiz deyillər, Rene. Biz onlarla neçə ildir ki sülh içində yaşayırıq, onlar yaxşı insandırlar. Nə qədər ki bizim kral IV Bolduin sağdır, hər şey yaxşı olacaq. Saladin və IV Bolduin sülhə nail olublar və onlar xristianlarla müsəlmanları barışdıraraq birlikdə çox şey edə bilərlər.

Mən komandiri dinləyirdim və ondan öyrənirdim. Bu qısa müddət ərzində o mənim üçün həmişə arzuladığım ata kimi oldu. Quldurlar daha bizi narahat etmədilər və bir neçə gündən sonra biz öz məqsədimizə çatdıq. Biz - mən, komandir və Jozef təpəyə çıxdıq və üç dinin mərkəzi və dayaq nöqtəsi olan əbədi şəhəri gördük, gözəllik və mənəviyyat – hər şey bu şəhərdə bir-birilə uyğunlaşır, bütün bunlar ilk baxışdan görünür.

- О, bənzərsizdir.

-Bəli, Rene. Burada sizin ucun hər şey başlayır. Böyük döyüş yaxınlaşır, qardaşlar.

- Amma, Jak qardaş, biz Saladinlə sülhdəyik axı?

- Düzdür, Rene, amma Saladin Misiri, Suriyanı və Mesopotomiyanı özünə tabe edib. O, bizi buralardan qovmağa and içib və hələ ki onu IV Bolduinlə olan sülh saxlayır. O, ona müttəfiq kimi hörmət edir və dəyər verir. Saladin böyük və alicənab hökmdardır. IV Bolduin sağ olduğu müddətcə o bizə toxunmayacaqdır. Kral xəstədir və məlum deyil o nə qədər yaşayacaq. Çox guman ki, taxta onun bacısının əri, xoş olmayan şəxsiyyət, idarə etmə bacarığı olmayan, yalnız sarasinlərin qanına susayan Qvido Luzinyan çıxacaq və onun yanında da şeytan ruhlu, zirehinde qırmızı xaç olan Rene de Şatinyon var. Baron İbelin yaxşı insan və döyüşçüdür, o krala yaxındır və kral onun varis olmasını istəyir. Lakin Raymond tərəddüd edir. Bir sözlə, qardaşlar, kral vəfat etdikdən sonra, bizim əsas məqsədimiz Qüdsü qorumaq və həyatda qalmaq olacaq.

-Amin. Allah bizimlədir.

- Jozef, doğrudanmı sən nəsə diqqətəlayiq bir şey dedin və anı korlamadın?

-Rene, biz axı Yerusəlimə çatırıq, nə qədər olmasa da şəhərin müqəddəsliyi təsir göstərir.

-Heç olmasa indi küfr etmə.

-Necə buyurursunuz.

Komandir Jozef dəstəyə tərəf döndü:

-Qüdsə xoş gəlmisiniz. – və biz şəhərə doğru hərəkət etdik.

Qüdsdə cəsur cəngavərlərin əhvalatı başlayır. Lakin bu artıq başqa əhvalatdır.

Tamerlan Ələkbərov
Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!