Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 28-12-2015, 15:41
NƏVƏMƏ MƏKTUB

Salam, Əhməd balam! Bu günlərdə anana yazdığın məktubu aldıq. Məktubda yazmısan ki, “nənəmdən muğayat olun”. Sənin yazdığın bu kəlmələri anan mənə çatdıranda ürəyim kövrəldi. Dedim ki, qoy sənə bir məktub yazım. Bilirsən ki, gözlərim neçə ildir mənə əziyyət verir. Ona görə bu məktubu sənə mənim dilimdən qardaşın Əli yazır. Daha sonra məktubunda yazmısan ki, “görəsən nənəmə indi kim kömək edir?” Sən nigaran qalma ki, mənə kömək edən yoxdur. Bil ki, şəhərdəki nəvələrimdən qabaq sənin dəcəl qardaşın Əli hər gün mənim yanımdadır. O, indi atana, anana və mənə çox kömək edir. Əli deyir ki, “mən əsgər gedəndə qardaşım kimi sərhəddə keşik çəkib, torpağımızı ermənilərdən qoruyacağam”. Vətənimin əsgər balası! Çox sevinirəm ki, komandir səndən razılıq edir. Hətta atana yaxşı oğul böyütdüyünə görə minnətdarlıq məktubu da göndərib. Bu gün qardaşın Əli sənin şəklinin yanına şəhid balam Mübarizin şəklini qoydu. O dedi ki, “nənə, qardaşım Mübarizin qanını yerdə qoymayacaq!”. Kişi qeyrətinə nənən qurban, ay bala! O gün qonşumuz Sərvinaz da səni soruşdu. Dedi ki, “sənin nəvən ağıllı baladır. Əsgərlikdən gələndən sonra bütün kənd sənə gözaydınlığına gələcək.” Hələ Sərvinaz sənin onlara etdiyin yaxşılıqlardan da ürəkdolusu danışdı. Mənim balam, anan o gün həyətimizdə yetişən sarı heyvalardan mürəbbə bişirdi. Bilirəm ki, heyva mürəbbəsini sevirsən. Arxayın ol, həmin mürəbbədən sənin payını saxlamışam. Gözləyirəm ki, evə gələndə sənə heyva mürəbbəsini pürrəngi çayla verim. Yayda üzüm tənəyindən yığılıan yarpaqları isə anan duza qoyub saxladı ki, sən gələndə yarpaq dolması bişirsin. Deyiləsi sözlərim çox olsa da bilirəm ki, məktuba sığmayacaq. Ancaq indi sənə yazdığım üç nəsihəti yadında möhkəm saxla. Birincisi, Vətənin necə şirin və əziz olduğunu heç vaxt unutma! İkincisi, hər an torpağımızı göz bəbəyi kimi qorumağı bacar! Üçüncüsü, həmişə vətənin keşiyində sayıq dur ki, düşmənin ayağını, topunu kəsə biləsən. Bu məktubu yazanda yadıma anamın əsgər qardaşlarıma yazdığı məktublar düşdü. O vaxt faşistlərə qarşı müharibənin çətin zamanı idi. Mən də arıq, balaca uşaqdım. Yadımdadır ki, neft mədənində işləyən böyük qardaşım hər gün ona verilən südü evə gətirər, mənə içirib “biz aclığa dözərik, ancaq sən bunu içməlisən” - deyərdi. Anam müharibəyə iki oğul yola salmışdı. O, qardaşlarıma göndərdiyi üçkünc əsgər məktublarına həmişə bu sözləri yazardı: “Oğul, bizdən nigaran qalma. Ancaq kəndimizə qələbə ilə qayıt!” Sən də bilirsən ki, müharibə qurtaranda məni aclıqdan qoruyan qardaşım cəbhədən qayıtmadı. Allaha şükürlər ki, kiçik qardaşım müharibədən sağ-salamat gəldi. Xatırlayıram ki, əsgər qardaşım evə gələndə anamın boynuna sarılıb “ana, biz qələbə çaldıq!” – dedi. Həmin gün bütün kənd evimizə gələrək, anama gözaydınlığı verdi. Əhməd balam! Sən indi səngərdə mətin durmalısan. Çünki hər gün düşmən torpaqlarımıza hücumlar edir. Vətənin isə igid əsgərlərə ehtyacı vardır. Gözümün nuru Əhməd! Sevin ki, Allah torpağımızı düşməndən qorumağı qismətinə yazıb. Vallah, ürəyimə damıb ki, tezliklə müharibə bitəcək. Sən də əsgər dostlarınla bərabər kəndimizə qələbə xəbəri ilə gələcəksən. Sonra üzümə möhkəm sarılaraq bu sözləri bərkdən deyəcəksən – “ nənə, biz qələbə çaldıq!” Əhməd, indi mən sənin həmin qələbə xəbərini səbirsizliklə gözləyirəm! Sağ ol, salamat qal. Allah səni və bütün əsgər balalarımızı qorusun!Amin!
Təranə CƏBİYEVA
“Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur”


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!