Rusiyanın təchizatı
məhv edilirUkrayna Müdafiə Qüvvələrinin Rusiyaya qarşı zərbə strategiyası üç əsas elementdən ibarətdir. Bu yanaşma aqressorun neft emalı sənayesinə sistemli təsir göstərməyə imkan verir. Bu sözləri ukraynalı hərbi ekspert Aleksandr Musienko bildirib. Onun sözlərinə görə, bu həftə Rusiyaya qarşı həyata keçirilən hücumlar nümayiş xarakteri daşıyıb:
“Çünki biz görürük ki, Rusiyanın neft məhsulları təchizatının bütün tərkib hissələri – yəni aviasiya və dizel yanacağının rus qoşunlarına çatdırılması zərbə altındadır. Bundan əlavə, Rusiyanın neft ixracının bütün elementləri də hədəfə alınır”.
Musienko əlavə edib ki, söhbət sahənin əsas elementlərinə sistemli təsirdən gedir:
“Zərbələr neftin ixracı, emalı və nəqli ilə bağlı obyektlərə endirilir. Ukrayna strategiyasının elementlərindən biri də “Markiz” adlı Rusiyanın “kölgə donanmasına” aid gəminin vurulmasıdır. Həmin gəmi məhz neft məhsullarının yüklənməsini gözləyirdi.
İkinci element – demək olar ki, məhv edilmiş neft emalı zavodu və terminaldır. Üçüncü element isə neftin ixracı və emalı üçün daşınmasını təmin edən neft nasos stansiyasıdır. Bunlar bir zəncirin halqalarıdır. Faktiki olaraq Rusiyanın ixrac imkanlarına və ordunun neft məhsulları ilə təminatına təsir edən üç ən vacib element mövcuddur. Bu strategiya həm neft ixracı, həm də ordunun təminatı baxımından onların imkanlarını minimuma endirir”.
O qeyd edib ki, bu taktika işləyir və genişləndiriləcək. Eyni zamanda, Rusiya bundan sonra da Ukraynanın zərbələrinin nəticələrini gizlətməyə çalışacaq. Beləliklə, bu, Rusiya hakimiyyətinin faktiki olaraq öz obyektlərini və hərbi sənayesini qorumaqda aciz olduğunu göstərir.