Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 21-03-2016, 12:57
BALA QARDAŞ


Onun işi hər gün tək başına TVyə baxmaq idi. Ən çox sevimli verilişi isə reklamlar, reklamlardan isə Bala Qardaş reklamı idi. O reklamda necə bir bala qardaşa özün kimi davranmağı öyrətmənin yollarını göstərirdi.
"Ana, mən darıxıram axı, neyniyim?" deyib özünü otağındakı çarpayının üstünə saldı.
"Niyə darıxırsan, ana qurban! Şükür olsun nə istirsən alanın var, mənim kimi bir anan var, atan var. Otağına bir baxsana, nəyin yoxdu ki!"
"Bilirəm ana can! Amma yenə də hərdən yaman darıxıram!"
Bu sözlər çoxdandır bu ana-balanın arasında qonuşulurdu. Sonunda Fatma da bu sözlərdən usanmış kimi olmuşdu və təsmim tutdu həyat yoldaşına desin.
"Deyəsən bu bayram bizim xərcimiz yenə ağır olacaq!" ətəyinin ucunu oyndaraq dedi Əhmədə.
"Necə məyə? Nə var ki?"
"Bilmirəm vallah! Diyəsən sizin bu şahzadə darıxır. Nə bilim bəlkə göylü qardaş istir!"
"Lap yaxşı! Sən niyə darıxırsan ki!" deyib gülümsəyərək Fatmaya baxdı.
Bu gün bayram axşamı idi. Hamı bayram süfrəsi başına yığışıb ilin təhvil olmasını gözləyirdi. Hər il bu süfrədə neçə böyük bayramlıq qutusu olardı. Həsən onları bir-bir öz əli ilə açıb gözləri qapqara şəvə kimi parlayardı. Bu il isə yalnız iki bayramlıq qutusu vardı, biri böyük idi biri isə balaca. Həsənin gözü başqa qutuları da axtarırdı sanki. Atası bunu sezmişdi, o üzdən, "Yalnız bunlar deyil, oğul. Dözməlisən bir az!" dedi ona.
İl təhvil oldu, hamı bir-birin öpüb bayramın təbrik dedi. Sonra "Oğul, indi bayramlıqlarını aça bilərsən" Əhməd dedi.
Həsən sevincək və maraqla dolu gözlərlə birinci qutunu açdı. İçindən qırmızı rəngdə gözəl bir söndürücü maşını çıxdı. Üstündə göy rəngdə sirəni vardı və ağ rəngdə şlanqı. Həsən qanad axtarırdı uçmağa! İkinci qutunu açdı. Taxtadan yonulmuş kubiklərdi, istədiyi hər nəyi düzəldə bilərdi onlardan. O nə qədər sevinsə də yenə gözü nə isə axtarırdı. Anası durub qapını açdı və girdə üzlü balaca bir oğlan uşağı tatı-tatı içəriyə tatanladı. Eyni Həsən idi, yalnız onun dörd il öncəsi. O çox şirin gülüşü ilə Həsənə baxırdı.
"Oğul, bu da sənin Bala Qardaşın. Artıq darıxmazsan bundan sonra!" anası dedi. "Atana təşəkkür etməlisən."
Həsən qalxıb Bala Qardaşına doğru qaçıb boynunu qucaqlarkən əli soyuq bir zada dəydi. Onu yoxlamaq istərkən birdən Bala Qardaş şıp yerə düşüb qaldı!
"Ana, mən heç nə eləmədim, axı niyə belə oldu?" qorxaraq anasına dedi. O eyni halda gözünün qırağı ilə də altdan-altdan atasını süzdürməkdə idi.
Anası Bala Qardaşı qucağına alıb almaz o qışqırmağa başladı. O da onu atıb tutaraq "Keçdi. Heç nə deyildi. Qorxma bala, qorxma!" deyərək ovundurmağa çalışdı və balaca rahatlandı.
Əhməd nə qədər hirslənsə də yenə səsini yüksəltməyərək Həsənə dedi:
"Oğul, görürsən sənə bu il çox bayramlıq ala bilməmişik. Ona görə ki Bala Qardaş çox bahalıdır. O sənin başqa oyuncaqlarına bənzəməz. Onu çox sevməlisən. Ona çox diqqət eləməlisən."
"Baş üstə ata! Amma artıq mən onunla necə oynamlıyam?"
"Sən ona necə bir yaxşı balaca qardaş olmağı öyrətməlisən."
"Bəs onda bir-birimizlə necə oynamalıyıq, ata?"
Fatma qarışaraq "Gözəl balam, elə sən ona atan deyəni öyrətsən oynamaq da çıxar, darıxma!" dedi Həsənə. Sonra da aşmanxanaya yollandı. Əhməd də əlindəki oyuncaqla hər gecəki kimi öz dünyasına daldı. Həsən isə süzülüb öz otağına getdi sallana-sallana. Bala Qardaş da tatan-tatan onun ardıca. Həsən qutudakı kubikləri otağının ortasında yerə töküb düzməyə başladı və uca bir qüllə düzəltdi. Bala Qardaş bunu çox bəyəndi. O da bir ayrısını düzəltdi. Həsən qülləsini yıxıb bir başqasını düzəltdi. Bala Qardaş yenə ona baxıb bir başqasını düzəltdi. Həsən sanki istədiyi dünyasını yarada bilmişdi. O Bala Qardaşı sevməyə başladı. O bu an dünyanın ən sevimlisi idi Həsən üçün. Həsən bu dəfə onu sevindirmək üçün ən uca ən gözəl qülləni düzəltmək istəyirdi, amma Bala Qardaş artıq darıxmışdı. O bir az o yana bir az bu yana fırnıxıb Həsən düzəldən qüllədən bir kubik çəkdi. Qüllə dağılıb yerə sərələndi.
"Bə niyə elə elədin axı?" deyərək azca səsini qaldırdı. Bala Qardaş dodaqlarını büzdürüb ağlamağa başladı. Həsən öz işindən çox peşman olmuşdu. Əlini Bala Qardaşın başına çəkib onu tumarlayaraq "Bağışla qardaş, bağışla! Sənə hirslənmədim, sadəcə bir az narahat oldum. Bağışla!" deyib onu öpdü və balacanın da dodaqları güldü. O bu dəfə dünyanın ən uca ən gözəl qülləsini düzəldib Bala Qardaşa göstərmək istəyirdi. O bilmirdi balacalar hər nəyi nə qədər sevsələr də yenə də ondan tez darıxarlar. O işə girişdi, amma balaca heç ona fikir vermirdi. Həsən anasını çağırdı. Ana gəldi amma heç Həsənə baxmadı. Onun gözü Bala Qardaşda qalmışdı. Həsən "Ana, bax nə gözəl qüllə düzəltmişəm!" deyib anasının diqqətini çəkmək istədi. Ana isə heç baxmadan "Həəəə, yaxşıdır" deyib saymazcasına aşmanxanaya getdi. Bu Həsənə ox kimi dəydi. Bala Qardaş isə o yanda söndürücü maşını qurdalamaqda idi. Həsən buna dözə bilməz idi.
"Ona dəymə, qoy yerinə" dedi.
Bala Qardaş isə yenə də öz işində idi. Həsən daha dözə bilməyib qalxıb getdi onun yanına. Onun əlindən yapışıb gətirdi kubiklərinin yanında oturtdu. O kubiklərin çoxunu düzmüşdü, iki-üç dənəsi qalırdı. Bala qardaş əlini atıb kubiklərdən birini çəkəndə qüllə yerə sərələndi. Həsən pörtlənmişdi, özünü saxlaya bilmədi. Var gücü ilə balacaya qışqırdı. Balaca da yaşı əlində idi sanki. Həm gözünün selini axıtmaqdaydı həm qışqırmaqda. Fatma qırğı kimi özünü aşmanxanadan yetirdi. O Bala Qardaşı qucağına alıb ovundurarkən "Bala bəs sizə nə olub axı? Sən deyildinmi təklikdən darıxan? İndi nə oldu? Qoy üstündən bir gün yox, bir saat keçsin axı!"
"Axı ana, sən görmədin nə işlər görür ki!" dedi Həsən. "Mən ona qüllə düzəldib onu oynatmağa çalışıram, o isə mən düzəldəni dağıdır. Otağımın ortasına baaax!"
"Ana qurban, sən bala qardaş axtarırdın! Balacalar elə belə olar daaaaa! Sən özün də belə idin. Atan dedi daaaa, sən ona yaxşı bir balaca qardaş olmağı öyrətməlisən."
"Ana, mən öyrədirəm. Heç o məni sayır ki? Elə öz işindədir! Bax belə eləsə mən onun düyməsini basıb atacağam anbara!"
"Yox, yox. Sən heç vaxt o işi görə bilməzsən!"
"Niyə görə bilmərəm? Məgər siz onu mənim üçün almıyıbsız? O mənimdirsə mən özüm bilərəm!"
"O işi görə bilməzsən, ona görə ki o bahalıdır. O sənin başqa oyuncaqların kimi deyil, fərqlidir. Onun düyməsini basanda o tərpənmir amma gözləri görür, qulağı eşidir, hər nəyi duyur. Söz ver bir daha ona qışqırıb bağırmayasan. Düyməsinə də ki heç vaxt dəyə bilməzsən." Fatma bu sözləri deyib hirs ilə aşmanxanaya havalandı.
Həsən isə sanki balaca qardaş axtarmaq fikrindən peşman olmuşdu, bir yandan da heç vaxt ona hirslənməyən anasını özünə qarşı görməyi ağlına sığışdıra bilmirdi. Bu anda Bala Qardaş söndürücü maşının şlanqını çıxartmışdı və maşını da iki əlli başı üstdə qaldırmışdı. Həsən nə qədər cəld olsa da sadəcə Bala Qardaşın düyməsini basa bildi. Onun gözəl maşını şaqqıltı ilə yerə çarpılıb qabaq şişəsi və sirəni qırılmışdı. Bu səsə Əhmədin də səsi qarışdı: "Ay arvad, nə olar bir az o uşaqlara yetişəsən?"
Fatma aşmanxanadan çıxanda əlindəki yağ şişəsini yerə saldı, yağ isə aşmanxanın tərkinə axmağa başladı. O Həsənin otağına girəndə Bala Qardaşı gördü. O əlləri havada donub qalmışdı amma üzü göyərməyə başlamışdı. Fatma Həsənin qolundan bərk yapışıb onu o yan bu yana tovlayandan sonra boynundakı düyməni basdı. Əhməd isə arxadan onlara baxırdı. "Sənin uşaq saxlamağın bumu?" deyərək Fatmanın boynundakı düyməsini basıb qapını çırpıb çıxdı. Amma qapı çırpılıb qayıtdı, açıq qaldı. Əhməd bu arada şam yeməyini gözləyirdi. Yaman acmışdı. "Olan, kəsin səsinizi dəəəəə, cana gəldim axı bu gurhagurdan! Qoyun barı bir gün biz də ADAM kimi bir səssiz səmirsiz yeməyimizi yeyək!" O aşmanxanaya girər girməz ayağı sürüşüb qıçları havaya qalxdı. Yerə düşəndə boynu bərk yerə dəyib o da düşdüyü yerdə donub qaldı. Onun üzü Həsənin otağına sarı qalmışdı. Otaqdakılar qıpqırmızı qızarmışdılar. Getdikcə onlardan tüstü qalxırdı və get-gedə alovlanmağa başladılar.
Əhməd onları süzdürərək "Bu nə işidi mən gördüm. Kim mənə bu haqqı vermişdi mən onların düyməsini basam? İndi məni bu alovdan kim qurtaracaq?" deyib özünü aşmanxananın yağına çatan alovlara tapşırdı.

Araz Əhmədoğlu,
Xoy, saat: 4:25, Noyabr 14, 2014
.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!