Tramp 350 demişdi, Zelenski 100 deyir .....                        Lavrov Türkiyədə .....                        Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ .....                        BDU tələbələrinin nəzərinə! - Sabah dərslər... .....                        “Mançester Siti” öz meydanında məğlub oldu .....                        Bakıda taksi qiymətləri kəskin artıb .....                        Kansler məğlub olduğunu etiraf etdi .....                        Sabah universitetlərdə dərslər onlayn olacaq .....                        Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu .....                       
Tarix : 14-11-2015, 11:08
Röya: "İndi mən Türkiyənin müğənnisiyəm"


Röya adını daşıyan ətrin istehsalının gecikməsindən danışıb.

Butov.az Gecce.az-a istinadən xəbər verir ki, bu barədə o, "Star life" verlişində danışıb:

"Üç ildir parfüm haqqında danışıqlar gedir. Amma gördüm ki, bizi aldatmaq istəyirlər. Ona görə də razılıq vermədim. Çünki mən demişdim ki, xarici ölkədə, haradakı özəyidir ordan hazırlanacaq. Hazırda Kənan danışıq aparır. O zavod bizə söz verib, məsuliyyətini daşıyacaqsa, edərəm. Bir ətirim var, 6 ildir onu işlədirəm, artıq o mənim iyimdir. Onsuz yaşaya bilmərəm".

Müğənni 40 yaşından sonrakı məşğuliyyətindən danışdı:

"Söz vermişəm ki, 40 yaşımdan sonra həm moda evi, həm də salonum olacaq. Eyni zamanda prodüsser kimi işləyəcəm. İndi özümə prodüserlik edirəm, bu işi bacarıram. Şou-biznesdə bir durğunluq dalğası var. Durğunluq mediadan başlayır. Qəşəng səslərimiz var. Düzgün təqdim olunmalıdırlar ki, yadda qalsınlar. Biri oturub radioda ancaq xoşu gələn müğənniləri səsləndirir. Digəri birlikdə çalışdığının toy mahnılarını qoyur. İndi mən Türkiyənin müğənnisiyəm. bütün sənədləşdirmədə göstərilir ki, Bakı ilə əlaqəm yoxdur. Orada hər şey qanuna uyğundur. Azərbaycanda belə şeylər yoxdur. hansı mahnıdan biz pul qazana bilirik? Əgər oradakı kimi olsaydı, mən "Səninəm"lə nələr qazanardım. 3 il işləməyib, toya getməyib oturardım. Amma mən evimi, maşınımı girov qoyub konsert edirəm. Mənim sponsorum yoxdu, olmadı da. Elə bir adam yoxdur ki, gətirib sənə pul verib, işini görsün".

Röya telekanallardan da danışıb. Müğənni xəbərdarlıq edib:

"Kanallar mən tərəfdən böyük hücuma hazır olsunlar. Nə vaxtsa məni əzib, tənqid ediblər. Bu hücuma indi mənim haqqım var. Verilişlərdə toyxanadır. Çatan kimi "çıkkıdı" mahnı qoyurlar. Mən bu qədər iş görürəm, sən hansı haqla sənətimi yerə vurursan? Allah hamının bəxtini versin. Bu da məndə var. Deyirlər Türkiyədəki işlərin nə oldu? Elə bil hər şey asandı. Yavaş-yavaş etmək lazımdır. Xalqın sevgisini qazanmaq üçün birinci onun jurnalistini və sənətçilərini ələ almaq lazımdır".


Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!