Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
11-07-2025, 21:36
"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verilib


"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verilib

İyulun 11-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “AzerGold” QSC-nin törəmə cəmiyyəti – “Daşkəsən Dəmir Filiz” MMC və Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında “Daşkəsən” dəmir filizi sahəsində istehsal zəncirinin qurulması üzrə əsas mərhələlərdən birinin icrasına dair müqavilə imzalanıb.
Bu barədə “AzerGold” QSC-nin Mətbuat Xidməti məlumat verib.
Məlumatda bildirilib ki, bank təminatlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə müqaviləni “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən Baş direktor Ceyhun Əliyev, “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti tərəfindən Baş menecer Hua Guanglin imzalayıb.
Məlum olduğu kimi, ölkəmizdə dəmir filizi yataqlarının öyrənilməsi və bu sahənin inkişaf etdirilməsi dövlət başçısının 1 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq icra edilir. Sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə 2020-ci ildə “AzerGold” tərəfindən törəmə cəmiyyət qismində “Daşkəsən Dəmir Filiz” MMC təsis edilərək, fəaliyyətə başlayıb.
“Daşkəsən” dəmir filizi yataqları kompleksində istismar işlərinə ilk dəfə SSRİ dövründə başlanılıb. Ümumilikdə, 1954-1994 illər arasında burada istismarı ən əlverişli müəyyən edilən yataqda hasilat işləri və dəmir konsentratının istehsalı aparılıb, sonrakı dövrlərdə isə hasilat və istehsal fasilələrlə qismən həyata keçirilib. Sahədə filizlərin dəmir tərkibinin nisbətən aşağı olması, filizlərin yerin daha dərin qatlarında yerləşməsi, üstaçma əmsalının yüksəlməsi ilə nəticələndiyi, ölkənin birbaşa beynəlxalq sulara çıxışının olmadığından dolayı logistik xərclərin artması kimi amillər səbəbindən yataqda fəaliyyətin bərpa edilməsi cəhdləri uğursuz olub.
“Daşkəsən Dəmir Filiz” MMC tərəfindən yatağın səmərli və davamlı istismarının təmin edilməsi məqsədilə 2020-ci ildən etibarən burada geniş kəşfiyyat işləri aparılıb, mineral ehtiyatların beynəlxalq standartlara uyğun olaraq yenidən qiymətləndirilməsi nəticəsində yerin təkində olan ümumi ehtiyatlarda 70 milyon ton filiz kütləsinin artımı təsdiqlənərək 187.3 milyon ton təşkil edib.
Bundan əlavə, dəmir filizi konsentratının istehsalı üçün Zənginləşdirmə zavodu, zənginləşdirilmiş konsentratın emalı üçün Pellet zavodu, pelletdən yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (Hot Briquetted Iron - HBI) alınması üçün HBI zavodunun tikintisi olmaqla, yatağın iqtisadi səmərəliliyini təmin etmək üçün üçmərhələli istehsal zəncirinin qurulması qərara alınıb. Qeyd olunan zavodların və bu zavodlar arasında konsentratın nəqlinin təmin edilməsi üçün şlam boru kəmərinin ilkin layihələndirmə sənədləri hazırlanıb. Metallurji sınaqlar uğurla tamamlanıb, nəticədə ”Daşkəsən” yataqlar qrupunun tarixində ilk dəfə laboratoriya şəraitində 69%-dək dəmir tərkibli konsentrat və 97%-dək metallizasiya ilə isti breketləşdirilmiş dəmirin istehsalına nail olunub. Əldə edilən məlumatlar əsasında beynəlxalq nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi ilə həm texniki, həm də iqtisadi məqamları əhatə etməklə yenilənmiş icra strategiyası və müvafiq yol xəritəsi hazırlanaraq təsdiq edilib.
Görülən kompleks işlər və müfəssəl təhlillər “Daşkəsən” yataqlar qrupunun kommersiya baxımından səmərəli və davamlı şəkildə işlənməsini təmin etmək üçün beynəlxalq təcrübəyə uyğun olaraq ətraflı bank təminatlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına zəmin yaradıb. Belə ki, “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən 2024-cü ilin ortalarından etibarən bu sahədə ixtisaslaşmış bir sıra dünyamiqyaslı şirkətlərlə danışıqlar aparılıb, nəticədə, Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti ilə əməkdaşlığın qurulması qərara alınıb.
Ümumi dəyəri 2 450 000 ABŞ dolları olan müqavilə çərçivəsində 2 il ərzində hazırlanacaq texniki-iqtisadi əsaslandırma sənədi mədənin ən optimal iqtisadi və ekoloji yanaşmalarını əhatə edərək, layihənin maliyyələşdirilməsi üçün müvafiq institutlar, potensial investorlar və banklar qarşısında əsas istinad sənədi kimi çıxış edəcək. Sənəd iqtisadi səmərli filizlərin həcmi və uyğun texnoloji həlləri, tikinti və mühəndislik işlərini əhatə etməklə yatağın tammiqyaslı işlənməsi üçün növbəti mərhələlərə keçid etməyə imkan yaradacaq. Çin şirkəti ilə yanaşı, sənədin hazırlanmasının müxtəlif lokal komponentlərində müvafiq yerli podratçıların xidmətlərindən istifadə ediləcək.
Qeyd edək ki, “Sinosteel Equipment & Engineering Co., Ltd” metallurji xammalın emalı, tədarükü və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir. Dəmir filizi yataqlarının işlənilməsi və dəmir filizlərinin emalı sahəsində geniş təcrübəyə malik olan şirkət həm Çində, həm də başqa ölkələrdə müxtəlif sənaye layihələrini icra edib. Bu şirkət, həmçinin dəmir filizinin emalı ilə bağlı müəssisələrin qurulması və idarə edilməsində avadanlıqların inteqrasiyası, yüksək texnologiyaların tətbiqi və elmi yanaşmaların tətbiqi üzrə xidmətlər göstərir. Şirkət texnoloji və ekoloji təhlükəsiz hasilat və emal üsullarından istifadə etməklə Türkiyə, Avstraliya, Cənubi Afrika Respublikası, Əlcəzair, Hindistan kimi ölkələrdə resursların səmərəli istismarını təmin edib.
11-07-2025, 21:12
Sahibə Qafarova Srebrenitsa qurbanlarını yad etdi - FOTO


Sahibə Qafarova Srebrenitsa qurbanlarını yad etdi - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər çərçivəsində iyulun 11-də Srebrenitsa qurbanlarının xatirəsinə inşa edilmiş Memorial mərkəzə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycan parlamentinin sədri və digər ölkələrdən olan qonaqlar, o cümlədən ölkə və hökumət rəhbərləri, parlament sədrləri və rəsmi nümayəndələr anım tədbirləri çərçivəsində əvvəlcə "Keçməmişlərin izi ilə" sərgisi ilə tanış olublar.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova anım salonunda başsağlığı kitabını imzalayıb.
Daha sonra Memorial mərkəzdə faciə qurbanlarının anım mərasimi keçirilib.
Nümayəndə heyətlərinin rəhbərləri faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək, Memorial abidənin önünə gül dəstələri düzüblər.
Milli Məclisin sədri mərasim çərçivəsində bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşüb, onlarla söhbət edib.




11-07-2025, 20:54
İsrail HƏMAS-ın 6 komandirini öldürdü


İsrail HƏMAS-ın 6 komandirini öldürdü

İsrail Müdafiə Qüvvələri, Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Cənub Komandanlığı birgə əməliyyat keçirib.
Əməliyyatda HƏMAS-ın 6 dəniz komando komandiri öldürülüb.
"Öldürülən terrorçular Dəmir Qılınclar Müharibəsi zamanı İsrail mülki əhalisinə və təhlükəsizlik qüvvələrinə qarşı dənizdə terror hücumları planlaşdırıblar. Öldürülən terrorçulardan bir neçəsi oktyabrın 7-də vəhşicəsinə qətliamın planlaşdırılmasında iştirak edib", - İsrail ordusu bildirib.
İsrail ordusu hazırda HƏMAS-ın dəniz qüvvələrinə qarşı hərbi əməliyyatlar aparır. Hərbçilər döyüş gəmiləri, silah anbarları və HƏMAS-la əlaqəli digər aktivlər də daxil olmaqla "çoxsaylı terror hədəflərini" bloklayır.
11-07-2025, 20:18
Avropa Bakı-İrəvan danışıqlarını izləyir


Avropa Bakı-İrəvan danışıqlarını izləyir

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.
Bunu Brüsseldə keçirilən brifinqdə Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi deyib.
“Bu mühüm danışıqları qeyd etdiyiniz üçün təşəkkür edirik. Biz regionda baş verənləri diqqətlə izləyirik, həmçinin hər iki tərəfi münasibətləri normallaşdırmağa və sülh danışıqlarını uğurla yekunlaşdırmağa təşviq edirik”, - o vurğulayıb.
Bununla belə, onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələ Aİ Xarici İşlər Nazirləri Şurasının gələn həftənin əvvəlində Brüsseldə keçiriləcək iclasının gündəliyinə daxil edilməyib.
“Lakin xarici işlər nazirləri tərəflər arasında sülh prosesinə öz dəstəyini ifadə etmək istəyə bilər”, - Aİ nümayəndəsi əlavə edib.
Qeyd edək ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Liderlər sülh yolu ilə nizamlanma məsələlərini müzakirə edib və ikitərəfli danışıqların davam etdirilməsi, eləcə də ölkələr arasında etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar barədə razılığa gəliblər.
11-07-2025, 19:25
Lavrov Şimali Koreyaya getdi


Lavrov Şimali Koreyaya getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edib.
Lavrov səfər çərçivəsində olan Şimali Koreyanın xarici işlər naziri Çoi Son Xi ilə danışıqlar aparacaq.
Məlumata görə, Rusiya XİN rəhbərinin səfəri iyulun 13-dək davam edəcək.
11-07-2025, 18:48
Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi


Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi

İqtisadi Şuranın iclası keçirilib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il və ortamüddətli dövr üçün dövlət büdcəsi və icmal büdcə gəlirlərini formalaşdıran daxilolmaların strukturu, gəlirlər üzrə siyasətin əsas istiqamətləri və digər cari məsələlər müzakirə olunub.
Gündəlikdə olan büdcə-vergi məsələləri üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzəsi dinlənilib.
Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
11-07-2025, 18:48
Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi


Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi

İqtisadi Şuranın iclası keçirilib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il və ortamüddətli dövr üçün dövlət büdcəsi və icmal büdcə gəlirlərini formalaşdıran daxilolmaların strukturu, gəlirlər üzrə siyasətin əsas istiqamətləri və digər cari məsələlər müzakirə olunub.
Gündəlikdə olan büdcə-vergi məsələləri üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzəsi dinlənilib.
Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
11-07-2025, 18:19
Ərdoğandan PKK ilə bağlı mühüm paylaşım


Ərdoğandan PKK ilə bağlı mühüm paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş PKK terror təşkilatı tərəfdarlarının bu gün İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsi barədə paylaşım edib.
"Terrorsuz Türkiyə" hədəfimizə gedən yolda bu gün atılan mühüm addımın xeyirlərə vəsilə olmasını diləyirəm. Ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və bölgəmizdə daimi sülhün təsisi üçün yeridiyimiz bu yolda Allah hədəflərimizə çatmağı bizlərə nəsib eləsin",-Türkiyə Prezidenti vurğulayıb.
Xatırladaq ki, “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.
11-07-2025, 18:10
Polisdən xəbərdarlıq


Polisdən xəbərdarlıq

Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir.
Yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.
Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır.
Hər bir sürücünün məsuliyyətli davranışı ümumi yol təhlükəsizliyinə töhfə verir. Bu səbəbdən, polis sürücüləri diqqətli olmağa, qaydalara riayət etməyə və yolda qarşılıqlı hörmət prinsipinə əməl etməyə çağırır.
11-07-2025, 17:43
Qazinin arvadı 8-ci mərtəbədən yıxılıb öldü - Cinayət işi açıldı


Qazinin arvadı 8-ci mərtəbədən yıxılıb öldü - Cinayət işi açıldı

İyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
"Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq",- məlumatda deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!