Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
22-06-2024, 14:39
MİQ imtahanlarının vaxtı açıqlandı


MİQ imtahanlarının vaxtı açıqlandı

Müəllimlərin işə qəbulu (MİQ) üzrə elektron ərizələrin qəbulu və emalı artıq bir neçə günə başa çatacaq.
Bunu açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O vurğulayıb ki, növbəti həftə ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola biləcəklər: "İyul ayının ilk yarısında imtahanların keçirilməsi nəzərdə tutulur".
Şöbə müdiri vakant yerlərlə bağlı məsələyə də toxunub: "Təkrar sertifikatlaşdırılma imtahanından sonra işdən azad edilən müəllimlər olub. Eyni zamanda yeni tədris ilindən yeni fəaliyyətə başlayacaq məktəblər və siniflərlə bağlı hazırda tədqiqat aparılır. Müvafiq proqram təminatına artıq vakant yerlərin daxil edilməsi prosesinə başlanılıb. Test mərhələsi başa çatandan sonra vakant yerlər müəllimlərə təqdim olunacaq".
22-06-2024, 13:25
Sertifikasiyadan kəsilən 1081 müəllimin şikayətinə rəsmi cavab verildi


Sertifikasiyadan kəsilən 1081 müəllimin şikayətinə rəsmi cavab verildi

8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumat bu gün müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Bu barədə Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.
Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.
“Nəzərinizə çatdırırıq ki, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olmuşdur.
Qeyd edək ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılmış və səhv sual aşkarlanmamışdır”, - Mərkəzdən bildirilib.
Xatırladaq ki, iyun ayının 8-də keçirilmiş təkrar sertifikatlaşdırma imtahanlarında 7296 müəllim iştirak edib.
Nəticələrə əsasən, ölkə üzrə 3424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsindən kəslib, onlar müvafiq keçid balını (30 bal) toplaya bilməyiblər.
22-06-2024, 11:45
Bu gün Bakıda 3 mindən çox müəllim imtahana çağırılıb


Bu gün Bakıda 3 mindən çox müəllim imtahana çağırılıb

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir.
İyunun 22-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 3 070 təhsilverən sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.
Bu barədə İdarədən məlumat verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri imtahan mərkəzinə gəlib, müəllimlərə öz tövsiyələrini verib, uğurlar arzulayıb və sertifikatlaşdırma imtahanlarının gedişini izləyiblər.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.
Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.
21-06-2024, 18:05
Bu gün sertifikasiyada neçə müəllim iştirak edib?


Bu gün sertifikasiyada neçə müəllim iştirak edib?

İyunun 21-də keçirilən müəllimlərin sertifikasiyası imtahanın ilk mərhələsində 8580 riyaziyyat müəllimi iştirak edib.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Modern.az-a bildirilib ki, prosesin ilk günündə 97 faiz davamiyyət qeydə alınıb.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 18 müxtəlif şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilir.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.
20-06-2024, 20:09
Ən yüksək balı bu məktəbin məzunu topladı


Ən yüksək balı bu məktəbin məzunu topladı

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə 9 iyun 2024-cü il tarixində keçirilmiş əlavə imtahanın nəticələrini açıqlayıb.
Bu imtahanda Rİ altqrupu üzrə ən yüksək nəticəni (400 bal) Bakı şəhər 74 saylı orta məktəbin məzunu Süleymanov Nəsib Asif oğlu göstərib.
Onun ümumi imtahan nəticəsi isə 691.7 baldır.
20-06-2024, 19:42
İyunun 9-da keçirilən imtahanın nəticələri elan edildi


İyunun 9-da keçirilən imtahanın nəticələri elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə 9 iyun 2024-cü il tarixində keçirilmiş əlavə imtahanın nəticələrini elan edib.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
RK və Rİ altqruplarının hər ikisini seçən 11804 abituriyentdən 1079 nəfər informatika, DT və TC altqruplarının hər ikisini seçən 6636 abituriyentdən 1412 nəfər coğrafiya imtahanında iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 2 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda Rİ altqrupu üzrə ən yüksək nəticəni (400 bal) Bakı şəhər 74 saylı orta məktəbin məzunu Süleymanov Nəsib Asif oğlu göstərib (ümumi imtahan nəticəsi isə 691.7 baldır).
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 24 iyun saat 10:00-dan 26 iyun saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
20-06-2024, 16:15
Regionlarda sertifikasiya imtahanı verəcək müəllimlər


Regionlarda sertifikasiya imtahanı verəcək müəllimlər

Sabah ölkə ərazisində sertifikasiya imtahanlarının test mərhələsi başlayacaq. İmtahanlar 24 iyun tarixinə qədər davam edəcək.
Sertifikatlaşdırma prosesinin test imtahanları respublikanın 18 şəhər və rayonundakı 27 məktəbdə təşkil olunacaq.
Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 2284 nəfər sertifikasiyaya cəlb olunacaq. 118 Azərbaycan dili, 917 Riyaziyyat, 822 İngilis dili, 302 Rus dili, 36 Rus dili və ədəbiyyatı, 70 Fransız dili, 19 Alman dili üzrə təhsilverənlər 2024-cü ildə sertifikasiyaya cəlb olunacaqlar.

Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 1820 müəllim sertifikasiyaya cəlb olunacaq. 755 İngilis dili, 711 Riyaziyyat, 157 Rus dili, 82 Rus dili və ədəbiyyat, 32 İbtidai sinif, 24 Alman dili, 24 Azərbaycan dili və ədəbiyyat, 20 Azərbaycan dili və 15 Fransız dili üzrə təhsilverənlər 2024-cü ildə sertifikasiyaya cəlb olunacaqlar.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 1078 nəfər sertifikasiyaya cəlb olunacaq. 65 Azərbaycan dili, 412 Riyaziyyat, 378 İngilis dili, 135 Rus dili, 38 Rus dili və ədəbiyyatı, 5 Fransız dili, 14 Alman dili, 31 İbtidai sinif üzrə təhsilverənlər 2024-cü ildə sertifikasiyaya cəlb olunacaqlar.

Dağlıq-Şirvan regionundan 616 nəfər təhsilverən sertifikasiyaya cəlb olunacaq. Onlardan 255 nəfər riyaziyyat, 225 nəfər ingilis dili, 67 nəfər rus dili, 25 nəfər fransız dili, 1 nəfər alman dili, 7 nəfər rus dili və ədəbiyyatı, 1 nəfər Azərbaycan dili (rus bölməsi üzrə), 19 nəfər Azərbaycan dili və ədəbiyyat, 16 nəfər isə ibtidai sinif müəllimi fənni üzrə iştirak edəcəklər.

Qazax-Tovuz bölgəsində 1 425 təhsilverən sertifikasiyaya cəlb olunacaq. 601 Riyaziyyat, 435 İngilis dili, 254 Rus dili, 32 Azərbaycan dili və ədəbiyyat, 29 İbtidai sinif, 12 Rus dili və ədəbiyyatı, 30 Fransız dili, 12 Azərbaycan dili və 20 nəfər isə Alman dili üzrə təhsilverənlər 2024-cü ildə sertifikasiyaya cəlb olunacaqlar.

Qarabağ bölgəsində 1 425 təhsilverən sertifikasiyaya cəlb olunacaq. İdarədən bildirilib ki, 659 Riyaziyyat, 985 İngilis dili, 136 Rus dili, 44 Azərbaycan dili və ədəbiyyat, 45 İbtidai sinif, 4 Rus dili və ədəbiyyatı, 7 Fransız dili, 1 Azərbaycan dili və 1 nəfər isə Alman dili üzrə təhsilverənlər 2024-cü ildə sertifikasiyaya cəlb olunacaqlar.

Mərkəzi Aran bölgəsində 1703 təhsilverən sertifikasiyaya cəlb olunacaq. 677 Riyaziyyat, 665 İngilis dili, 210 Rus dili, 35 Azərbaycan dili və ədəbiyyat, 35 İbtidai sinif, 27 Rus dili və ədəbiyyatı, 26 Fransız dili, 26 Azərbaycan dili və 13 nəfər isə Alman dili üzrə təhsilverənlər 2024-cü ildə sertifikasiyaya cəlb olunacaqlar.

Naxçıvan Muxtar Respublikasında 376 təhsilverən sertifikasiyaya cəlb olunacaq. 71 Riyaziyyat, 84 İngilis dili, 9 Rus dili, 8 Alman dili, 62 Azərbaycan dili və ədəbiyyat, 134 İbtidai sinif, 8 nəfər isə Fransız dili üzrə təhsilverənlər imtahanda iştirak edəcəklər.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 1112 təhsilverən sertifikasiyaya cəlb olunacaq. İdarədən bildirilib ki, 476 Riyaziyyat, 493 İngilis dili, 81Rus dili, 24Azərbaycan dili və ədəbiyyat, 35 İbtidai sinif, 3 nəfər isə Fransız dili üzrə təhsilverənlər imtahanda iştirak edəcəklər.

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 1930 təhsilverən sertifikasiya imtahanda iştirak edəcəklər.
20-06-2024, 00:29
Qəbul imtahanına qeydiyyat başa çatdı: Ən güclü rəqabət bu qrupda olacaq


Qəbul imtahanına qeydiyyat başa çatdı: Ən güclü rəqabət bu qrupda olacaq

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb
Qeydiyyat 19 iyun saat 23:59-dək davam edib.
Məlumata görə, imtahanın ikinci cəhdinə 66562 nəfər qeydiyyatdan keçib. Onların 59891 nəfəri Azərbaycan, 6671 nəfəri isə rus bölməsidir.
II cəhdə ən çox qeydiyyat I ixtisas qrupu üzrədir. 22894 abituriyent bu qrup üzrə qeydiyyatdan keçib. II qrup üzrə qeydiyyatdan keçənlərin sayı 17434, III qrup üzrə 21196, IV qrup üzrə 5038 nəfərdir.
19-06-2024, 13:49
Bu ixtisaslarda keçid balı artacaq - Məleykə Abbaszadə


Bu ixtisaslarda keçid balı artacaq - Məleykə Abbaszadə

“Birinci cəhddən 30 bal toplayan abituriyentlər bir ay ərzində 100 bal toplaya bilməyəcəyini bildiyi üçün artıq ikinci cəhddə iştirak etmir”.
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "ASAN TV"yə açıqlamasında bildirib.
O qeyd edib ki, keçən il III ixtisas qrupunda 600 baldan yüksək nəticə göstərən 370 nəfər var idisə, bu il birinci cəhddən sonra 947 nəfərdir. 500 baldan yuxarı nəticə göstərən 2116 nəfər idisə, bu il 3300 nəfərdir:
“Bu o deməkdir ki, yüksək keçid balı olan prestijli ixtisaslarda keçid balı artacaq. Keçən il keçid balı 500 olan ixtisas bu il, ola bilsin, 550-yə gəlib çatsın”.

18-06-2024, 18:51
Qarabağ Universitetinin tələbələrinə ikili diplom veriləcək? - AÇIQLAMA


Qarabağ Universitetinin tələbələrinə ikili diplom veriləcək? - AÇIQLAMA

Beynəlxalq əməkdaşlığımızın komponentlərindən biri də ikili diplom proqramlarıdır.
Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov "oxu.az"a müsahibəsində bildirib.
"Həm ölkəmizin öndə gedən universitetləri, həm də dünyanın qabaqcıl universitetlərində ikili diplom proqramını həyata keçirməyə çalışırıq. Bu barədə düşüncələrimiz var. Mahiyyət ondan ibarətdir ki, tələbələrimiz Qarabağ Universitetində təhsil aldıqları müddətdə həmin tərəfdaş universitetlərdə də qısamüddətli təhsil almaq imkanına malik olsunlar, həmin o universitetlərin müəllimlərindən dərs ala, həmin universitetlərin tədris və tədqiqat imkanlarından faydalana bilsinlər və nəticədə Qarabağ Universitetinin diplomu ilə barabər, həmin ikili diplom üzrə tərəfdaşımız olan yerli və xarici universitetlərin də diplomunu əldə edə etsinlər", - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!