Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 16-07-2025, 05:30
Elmin həyatımızda rolu


Rəqsanə Tapdıqlı yazır

Elmin həyatımızda rolu

Balıqlar da məhv olacaq
Suyu olmayan dəryada.
Elm ilə işıqlanacaq,
Zülmətlər də bu dünyada.


Düşünürəm ki insan həyatı bir fəlsəfə üzərində qurulub və irəlilədikcə həyat tərzimizdən asılı olaraq ya kamilləşirik ya da ki, əksinə. Eyni zamanda düşdüyümüz mühitin, qarşılaşdığımız və ya dostluq etdiyimiz insanların, bir sözlə daxil olduğumuz auditoriyanın rolu da həyatımıza, təfəkkürümüzə siraət edir. Bir nüansı da qeyd edim; Bir də ki, düşüncə tərzimizi hikmətə döndərmək də bizim elmə, mariflənməyə və yaxud mütaliəyə marağımızdan asılıdır. Bu mütləqdir. Gəlin iki ailəni nümunə götürək və müqayisə edək. Çünki insan ilk olaraq ailədə, daha sonra isə cəmiyyətdə formalaşır.
Elə ailələr var ki, orada fərdi münasibətlərlə toplu ünsiyyətlər arasında fərq yoxdur. Yəni elə söhbətlər var ki, yalnız ikilikdə müzakirə olunur, elə söhbətlər var ki, bütün ailə bir araya gəldikdə müzakirə olunur. Bəzən bu balans kobud şəkildə pozulur. Məsələn; Elə məsələlər var ki, ailədə uşaqlarla da məsləhətləşmək lazımdır. Baxmayaraq ki sonda qərar böyüklərin məsləhətinə bağlıdır. Amma uşaqların da bir şəxsiyyət olduğu hərdən unudulur. Bu isə təməldən yanlış formalaşmağa səbəb olur. Yəni həyata baxış haçalanır. Böyük məsələlər kiçik, kiçik məsələlər isə böyük dərd kimi qarşılanır. Və yaxud böyük işlər küçümsənir, kiçik işlər böyüdülür. Hətta uşaqların dərslərində, ya da başqa bir sahədə uğuru həmin ailələrdə bəzən maraqla qarşılanmır. Çox zaman uşaqların yanında yalnız məişət söhbətləri edilir. Əgər ata, ana hər hansı bir romanı oxuyubsa uşaqlarla birgə müzakirə edirlərsə (təbii ki, uyğun olan roman və ya tərbiyəvi əhəmiyyət daşıyan hekayə) uşaqlar telefondan ayrılıb dialoqa maraq göstərərlər. Ümumiyyətlə çox ailələrdə gün ərzində bəlkə də dialoq çox aşağı dərəcədədir. "Qara qutu"ların sayəsində.
Götürək digər ailəni. Əgər ailədə gün ərzində ən azı mümkün olduğu qədər ailə bir masa ətrafında cəm şəklində əyləşib hərə öz müşahidələrindən (qiybəti xaric etməklə) danışarsa, qarşılaşdığı çətinlikdən hansı məntiqlə yol tapıb bacarıbsa, uşaqların dərsləri müzakirə olunursa, iş prinsiplərindən və insanlarla münasibətdən danışılarsa, düzgün tərbiyyə qaydalarından söhbət gedərsə, kitab oxumağın insan beyninə və həyatına müsbət nəticələrindən və elmin faydalarından söhbət gedərsə əminəm ki, həmin ailədə yetişən nəslin aqibəti də müsbət nəticədə formalaşacaq. Bu kimi hallar tez-tez və müxtəlif formada, hərdən müxtəlif məkanlarda təkrarlanarsa əminəm ki, bu cür münasibətdən bütün ailə həm zövq alacaq, həm də gözəl vaxt keçirərək birlikdə çoxlu uğurlara imza atmış olarlar.
Ünsiyyət düzgün qurularsa ailədə övladlarla valideynlərin arasında dostluq əlaqəsi ( ki bu vacib şərtdir) yaranar. Bəzən qapalı ailə tiplərində uşaqlar üzləşdiyi çətinlikləri valideyninə deməyə çəkinirlər. Baxmayaraq ki, bəlli bir yaş kateqoriyasına gəlib çatıblar. Hətta pis vərdişi olan yoldaşlarından belə söz açmağa ehtiytat edirlər. Bu qeyri normaldır. Mən deyərdim ki, bunun üçün tövsiyyə olunan kitabları oxumağı həmin ailənin nəinki övladlarına hətta böyüklərinə də məsləhətdir. Oxuduğum əsərlərdə baş verən hadisələrin demək olar ki, doxsan doqquz faizi həyatdan götürülüb. Qapalı ailədən olan gənclərin əksəriyyəti düzgün olmayan ünsiyyətin, və ona dəstək olub doğru yol göstərmək əvəzində cəzalandırılacağını bildiyindən ən tərbiyəli və bəlkə də heç vaxt yalan danışmayan uşaq yalan danışır. Çox zaman belə hallar kiçik cinayətlərə, daha sonra isə böyük fəlakətlərə gətirib çıxarır.
Hətta elə gənclər var ki, bir çoxuna şahid olmuşam, öz xüsusu bacarığını, hər hansı istedadını belə gizlətməyə çalışır. Bu nəyin nəticəsidir??
Əlbəttə ki öz güvənsizliyin. Çünki ona dəstək veriləcəyindən şübhə edir.
Hərdən bəzi insanlarla söhbət edərkən elə lazımsız fikirlərlə rastlaşıram ki, öz-özümə deyirəm doğrudanmı insanlar bu cür yersiz təfəkkürə malikdirlər. Bir romandan, ya bir hekayədən, hər hansı bir şeirdən və yaxud da elmin faydalarından danışırsan və sənin rastlaşdığın cümlə (demirəm fikir) səni məyus edir. Məsələn; Elmlə varlanmaq olur? Başı dolu cibi boş nəyə lazım? Filan kitabı oxumağın və yaxud filan əsəri yazmağın sənə bir xeyiri var...?(Maddiyyatı nəzərdə tuturlar) Və bir çox yersiz suallar...
Dəhşətə gəlirsən. Hər detalı maddiyyata bağlasaq mənəviyyat keçər ikinci plana. Zənnimcə mənəviyyatı zəif və ya heç olmayan insanı maddiyyat heç vaxt "adam" etməyəcək! Dayaz düşüncələrlə zamanın yetişməsini ləngitməkdənsə, dərin düşünüb zamanı özünüz yetişdirin, bəhrələnin. Elmlə, mütaliə etməklə varlanmağı müqayisə edirlər. Əgər belədirsə bəli, mənəviyyatınızı varlandırsanız, təfəkkürünüzü düzgün yönləndirsəniz gələcək nəsillər fəqir alim olmazlar, fəqirlikdən də utanmazlar. Elmin gücü ilə bir çox həqiqətlərin sahibi olub, topluma faydalı olaraq maddiyyatı da gücləndirərlər. Bu kimi bir sıra uğur qapılarının açarı olduğunun fərqində olaraq düzgün karyera quraraq cəmiyyət üçün faydalı işlər görərlər. Ən azından mənəviyyatları və vicdanları doğru şəkildə inkişaf edər.
Birini xoşbəxt görəndə məyus olmaq əvəzinə sevinməyin üstün olduğunu, digərini bədbəxt görəndə onun dərdinə ortaq olmağın insani keyfiyyətinin şərə qalib gəldiyini hiss edib vicdanlarını rahatladarlar.
Gəlin təfəkkürümüzün baxışı ilə vicdanımızın aynasına işıq tutmağı bacaraq. Pozitiv aydınlıq hər zaman parlamağa qadirdir. İnkişafı təqib etmirsənsə münasibətdə neytral olmaq məsləhətdir. Çünki həyat bumeranqdır.
Nə versən, onu da sənə qaytaracaq. Tanrım hər kəsin yolunu açıq etsin və hər kəsi düzgün yola yönəltsin!

1) Mütaliə elmin dadıdır.
2) Ağlın yoxdursa elmin sənə fayda verməz!
3) Mütaliə edin, biliklərə yiyələnin. Oyrənilmiş bilgilər, qaranlıq gecədə sizin yolunuzu aydınladacaq fənərdir.
4) Nöqsanları vaxtında düzəltmək lazımdır ki, sonradan ən dəyərli meyarı (zamanınızı) müzakirələrə sərf etməyısiniz.
5) Fikrin sonu necə qurtarır, qurtarsın, əsas odur düzgün yola aparsın.
Rəqsanə TAPDIQLI,
AYB-nin üzvü



Paylaş



Bölmə: Maarif / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!