“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 7-09-2017, 12:33
Həyatımızdakı "ilk"lər - sözlü tələbə

Həyatımızdakı "ilk"lər
"İlk"lərimiz var! O "ilk"lər ki, həyatımızda hər zamna önəmli yer tutur. Sizcə, həyata gəlməyimiz də bir ilk deyil?

İnsanın həyatında nə qədər gözəl anlar olsa da, "ilk"lər, əlbəttə, bir başqadır. Sənin "ilk"in bəzən səninlə birgə başqasının ən sevincli, xoş anıdır. Misal, bir körpənin ilk ayaq açıb, addım atması, o, anlamasa belə, valideynlərinin ən böyük xoşbəxtliyidir.


"İlk"lər hər kəs üçün dəyərlidir. Sənn ilk uğurun ən böyük fəxrindir. Məncə, biz gənclərin həyatdakı ən böyük uğuru ali məktəbə qəbul olmaqdır. Düzdür, bəlkə, ondan əvvəl də həyatımızda kiçik uğurlarımız olub. Amma dediyim kimi, belə düşünürəm ki, həmyaşıdlarımın ən böyük uğuru “tələbə” adını qazanmaqdır. Elə bu, mənim də heç vaxt unudulmayacaq bir "ilk"imdir! İlk uğurumdur!

Hər kəsə həyatında dəyərli ilklərinin olmağını diləyirəm. O zaman bu hissin nə olduğunu anlayacaqlarından əminəm. "İlk"lər bir başqadır, əvəz olunmazdır. Və arzu edirəm ki, bütün gənclərimizin ilk uğurlarından biri “tələbə” adını qazanmaq olsun. Ümid edirəm, cəmiyyətimizdəki valideynlər övladlarının (xüsusilə qızları) məcbur ailə həyatı qurmaq üçün deyil, bu ali adı - “tələbə” adını qazanması üçün çalışırlar.

Həyatınızda dəyərli "ilk"lərin olması arzusuyla... Bu gün də mənim üçün yeni bir ilk oldu, ilk yazımı sizə - oxuculara təqdim etdim.

Könül Cəfərova (Bakı Dövlət Universiteti "Jurnalistika" fakültəsinin ikinci kurs tələbəsi)
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!