İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Tarix : 30-08-2017, 13:54

Texnologiya, yoxsa vaxt sərfiyyatı?
Müasir dövrümüzdə yaşanan problemlərdən biri mobil telefonlarla bağlıdır. Mobil cihazlardan artıq istifadə insan sağlamlığına güclü zərbə vurduğu kimi, boş vaxt itkisinin də əsas səbəblərindəndir.

İnsan yarandığı gündən yeniliklərlə daha çox maraqlanmış və ondan istifadəni qavramağa səy göstərmişdir. Bəs lazımsız olan bu aludəlik nəyə gərəkdir? İtirdiyimiz qızıltək dəyərli olan bu zamanı daha da səmərəli keçirsək, olmazmı? Təbii ki, bu sualların ən dəqiq və dolğun cavabını da elə məhz insan övladı bilir. Bu halı bütün insanlara da şamil etmək olmaz. Mobil telefon, kompüter və s. elektron vasitələrdən yalnız informasiya əldə etmək və fərdi inkişafı üçün istifadə edən şəxslər də var. Lakin zaman keçdikcə elm və maarifə azalan maraq qarşısıalınmaz bəlanın yaxınlaşmasının əsas göstəricisidir. Bu da danılmaz bir faktdır ki, bu gün kitabxanalara müraciət edənlər də azdır. Texnologiyanın kəşfi bütün insanlığa zərbə vurmaq üçün deyil, informasiyanın daha operativ və dəqiq ötürülməsi məqsədilə həyata keçirilmişdir. Ancaq insanların bu kimi texnologiyaların üstünlüklərindən yararlanmaq əvəzinə fərdi maraqlar naminə istifadəsi yaxın gələcəkdə “manqurtlaşma”nın baş qaldıracağına əyani sübutdur. Digər tərəfdənsə, sosial şəbəkələrə olan maraq KİV-ə də təsirsiz ötüşməmişdir. Nə üçün bu gün köşklərə yaxınlaşanda qəzet əldə etmək demək olar ki, qeyri-mümkündür. Nəzərə alsaq ki, təkcə Bakı şəhərində təxminən 4 mln. əhalinin yaşamasına baxmayaraq hər qəzet və jurnaldan yalnız bir ədəd köşkə satışa verilir. Bir vaxt tez bir zamanda qəzet nömrəsində yerləşdirilmiş yeniliklərdən yararlanmaq məqsədilə qəzet köşklərinin qarşısında böyük izdihamın yaşandığı bir halda bu gün hadisələr tam əksinə cərəyan edir.

Unutmayaq ki, biz böyük təzyiqdən qurtulmuş bir dövlətik, öz müstəqilliyini yeni-yeni bərqərar edən bir dövlət. Buna baxmayaraq, cəmiyyətdə öz mövqeyimizi təyin etmək əvəzinə, elmə və inkişafa meyl etmək əvəzinə, biz özümüz belə anlamadan bataqlığa qərq oluruq. Bütün bunlar tam şəkildə təhsildən və cəmiyyətin maraqlarından asılıdır. Əgər qazanılmış uğurumuzun uzunömürlü olmasını istəyiriksə, ilk növbədə texnologiyaya zamanımızı sərf etmək əvəzinə maarifə üstünlük verməli və yiyələnməliyik!

Mirzəyeva Zeynəb (BDU-Jurnalistika fakültəsi II kurs)
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!