Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 29-08-2017, 15:10

Təhsil bəşəriyyətin xilasıdır
Hər bir ölkənin inkişaf səviyyəsinin əsas göstəricilərindən biri də təhsildir. Dövlət tərəfindən təhsilə və elmə göstərilən qayğı həmin dövlətin nə dərəcədə möhkəm sütunlar üzərində durduğunu müəyyən edən əsas amildir.

Uzun bir tarixi inkişaf yolu keçmiş Azərbaycanda bu gün təhsilə olan maraq heç də ürəkaçan deyil. Bəs nə üçün müasir dövrümüzdə vəziyyət əvvəlki dövrlərə nisbətən olduqca gərgindir? Bunun əsas səbəbi nədir? Beynimizi yoran bu kimi suallara cavab tapmaq o qədər də çətin deyil.


İslam dünyasının peyğəmbəri Hz.Məhəmməd (s.ə) demişdir: “İnsan doğulduğu gündən ölənədək elm öyrənməlidir.” Elə mən də bu müdrik kəlama arxalanaraq qeyd edirəm ki, Tanrı bəndəsi işıqlı dünyaya ilk dəfə gözlərini açdığı zamandan elmə və təhsilə önəm verməlidir. İnsan savadının dərin köklərə sahib olmasında isə məktəb və müəllimlərin rolu böyükdür. Bir zamanlar müəllim adını daşıyan hər kəs bu şərəfli adın məsuliyyətini anlayır və öz vəzifələrini layiqincə yerinə yetirmək üçün səy göstərirdi. “İnsan beyni müəyyən bir yaş həddinə çatmadığı bir müddətdə ağ kağız tək saf və təmizdir”, - deyirlər. Bu ağ kağızda elmlə cizgilər qoyan insan isə kamil və arif insandır. Lakin indi biz bəzən boş, bəzən isə müəllimin nitqinin eşidilmədiyi soyuq və insan qəlbində bəzən nifrət, bəzən isə təəssüf hissi doğuran sinif otağında əyləşmiş şagirdlərin doğulduğu bir cəmiyyətdə yaşayırıq. Bəs bir zamanlar heç kəsə boyun əyməyən Azərbaycan nə üçün bu hallara göz yumur? Məgər savadsız bir cəmiyyət öz müstəqilliyini qoruyub saxlamaq gücünə malikdirmi? Əfsuslar olsun ki, yox! Bu hadisələrə kökündən son qoyulmalı və dövlət tərəfindən lazımi ölçü götürülməlidir. Bu halların əsas səbəbkarları da elə bir qism “müəllimlər”dir. Tələbə ikən təhsildən yayınan, sonra isə rüşvət verib “müəllimlik” dərəcəsinə çatmaq üçün bir sıra kələkbazların zəifliyindən sui-istifadə edənlər bu cəmiyyəti çökdürə bilər. Belələrinin sinif otağına daxil olduğu zaman qarşılarında əyləşmiş şagirdlərin məsum və sevincli baxışlarına cavab olaraq təhsildən kənar olan mövzular ətrafında söhbəti bu baxışları məyus edir. Bəlkə də dünyanın ən vəhşi məxluqları da elə onlardır. Qəlbində cəmiyyətin tərəqqisinə dəstək olmaq və xalqına layiqli bir vətəndaş formalaşdırmaq istəyi olmayanlar “sapı özümüzdən olan baltalar”dır. Təbii ki, qarşılarında müəllim qismində duran bu şəxsin boşboğazlığını görən şagirdlər də sevimli müəllimlərinin sevimli şagirdləri olacaqlar. Hələ bu az deyilmiş kimi bəzi məktəb direktorları idarə etdikləri məktəbi həqiqətən də öz biznes obyekti kimi görür. Bu biznesmenlər şagirdlərin külli miqdarda pullarını mənimsəyir, hələ üstəlik onları bədbəxt və savadsız biri kimi cəmiyyətin öhtəsinə buraxır.



Dövrümüzün ən aktual problemlərindən biri də rüşvətxorluq və korrupsiya ilə mübarizədir. Azərbaycanda bu hallarla mübarizə məqsədilə hüquqi dövlət qurumları fəaliyyət göstərir. Lakin barmaqla sayıla biləcək bu kimi qurumların sayının artırılması günümüzün əsas tələblərindəndir.

Biz unutmamalıyıq ki, əvvəllər Sovet təzyiqi altında çırpınan xalq indi özünü mənfur ermənilərə güldürtməməlidir.
Bu gün dövlətimiz inkişaf edirsə, hələ də bu ümid var deməkdir, hələ də qaranlıqda çıraqla axtardığımız bir neçə savadlı və vicdanlı, həqiqətən də öz peşəsinin məsuliyyətini bütün mənliyi ilə dərk edən müəllimlərimiz var deməkdir. Bu insanların əməyini yüksək dəyərləndirmək, onlardan örnək almaq, təhsilə inamlı addımlarla irəliləmək, yalnız maarifçiliyi və tərəqqini ali məqsəd kimi rəhbər tutmaq nəinki xalqımızın, bütün bəşəriyyətin xilası ola bilər.

Mirzəyeva Zeynəb (BDU-Jurnalistika fakültəsi II kurs)
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!