Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 23-09-2015, 11:50
Azərbaycana ağalıq etmək istəyi alınmayacaq


Tarixən Şərq xalqlarına ağalıq etmək iddiasında olan, onların maddi və mədəni sərvətlərini talan edən, xalqların minilliklərlə formalaşmış milli-mədəni və ənənəvi xüsusiyyətlərini nəzərə almadan yeni yaşam tərzini onlara diktə edən Qərb yenə də öz köhnə ambisiyalarından əl çəkmək istəmir. Bu siyasətin ərəb Şərqində hansı fəlakətlərə gətirib çıxardığı göz qabağındadır. Yüz minlərlə insan həlak olub, yurdundan qaçqın-köçkün düşüb, şəhərlər, tarixi abidələr xarabalığa çevrilib. İnsanlar səfalət, humanitar fəlakət, ümumilikdə müharibənin bütün dəhşətləri ilə üzləşiblər. Son günlər kiçik yaşlı suriyalı körpənin Aralıq dənizinin sularına qərq olmuş cəsədinin görüntüləri bütün bəşəriyyəti dəhşətə gətirib. Bütün bunları görməzliyə vuran Avropa Parlamentinin bu günlərdə qəbul etdiyi məlum antiazərbaycan qətnaməsini Qərbin yeni müstəmləkəçilik ambisiyasının növbəti təzahürü hesab etmək olar.

Avropa Parlamenti o təşkilatdır ki, 1987-ci ildən bədnam erməni genosidini tanıyıb. 2015-ci il aprelin 15-də isə Avropa İttifaqının bütün ölkələrini erməni genosidini tanımağa çağıran və 24 apreli Avropa İttifaqında erməni genosidi qurbanlarının xatirə günü elan edilməsi haqqında qətnamə qəbul edib. Bu qətnamə ilə eyni zamanda, Türkiyəyə müraciət olunurdu ki, erməni genosidini tanısın. Buradan da aydın olur ki, bu qətnaməni qəbul edənlər yalnız ermənilərin dostları və ermənipərəst qüvvələrdir. Onda belə bir sual ortaya çıxır, bir gecədə yer üzərindən silinən Xocalı şəhəri və 613 nəfərin qətliamı, 1 milyon azərbaycanlı qaçqın-köçkünü, 20 faiz işğal olunmuş Azərbaycan ərazilərini, yerlə-yeksan edilmiş Dağlıq Qarabağı və onun ətrafında olan 7 rayonu Avropa Parlamentinin "demokratları" görmürlərmi? Niyə bu haqda qətnamələr qəbul etmirlər?

Tarixən öz mədəni dəyərlərinə və intellektual potensialına görə bir çox Avropa ölkələrini geridə qoyan Azərbaycanın ermənipərəst qüvvələrin müdaxiləsinə və tövsiyələrinə heç bir ehtiyacı yoxdur. Həmin avropalılardır ki, əsrlərlə bütün Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının maddi və mədəni sərvətlərini mənimsəmiş, misilsiz sənət əsərlərini Avropaya daşımışlar.

Demokratik quruculuq yolu ilə gedən Azərbaycan həssas bir bölgədə yerləşsə də, onun inkişaf modeli artıq formalaşıb. Azərbaycan demokratik inkişaf, suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Azərbaycanın bölgənin güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını müxtəlif formada göstərir, ölkəmizə qarşı "təzyiq nöqtələri" tapmağa çalışırlar. "İkili standartlar"ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkədə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamırlar və hələ də sadəlövhcəsinə ümid edirlər ki, hansısa süni problemlər uydurmaqla ölkə rəhbərliyinə "təsir mexanizmi" qazana bilərlər.

Müstəqil Azərbaycan 20 ildən artıq bir müddətdə bu təsirləri öz üzərində hiss edərək onları uğurla neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz təcrübəsində sübuta yetirmişdir. Regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza "təzyiq nöqtələrini" itirmələri ilə qətiyyən barışa bilməyən müəyyən əcnəbi qurum və təşkilatlar ənənəvi siyasətlərindən əl çəkmək istəmirlər. Azərbaycanla bağlı bəzi təşkilatların hesabatlarında ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi Azərbaycan xalqı üçün müəyyən mənada adiləşmişdir. Ancaq bəzən belə lüzumsuz kampaniyaya Avropa miqyasında bəzi nüfuzlu təşkilatların da qoşulması, sadəcə olaraq, təəssüf hissi doğurur.

2015-ci il sentyabrın 10-da Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr bədnam qətnamənin qəbulu ilə başa çatmışdır. Bu qərəzli qətnamənin "təxirəsalınmaz məsələ" kimi gündəmə gətirilməsi heç bir normal məntiqə sığmır. Bir sıra Avropa ölkələrindən fərqli olaraq, ölkəmizdə ictimai-siyasi və iqtisadi sabitlik hökm sürür, korrupsiyaya və digər neqativ hallara qarşı kəskin mübarizə aparılır, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur.

Ölkəmizi öz gözləri ilə görən, buradakı vəziyyətə bələd olan hər bir şəxs, o cümlədən parlament üzvləri Azərbaycanın, həqiqətən, açıq və azad cəmiyyət olduğunu təsdiq edirlər. O da sirr deyil ki, Avropa Parlamenti hər dəfə ölkəmizdə önəmli siyasi hadisələr zamanı bu cür qərəzlərə yol verir. İndi də parlament seçkiləri öncəsi eyni addımı təkrarlayırlar. Görünən isə budur ki, ortadakı əsas məqsəd ermənipərəst dairələrin Azərbaycanda öz maraqlarını təmin etməkdir.

Hamımız bilirik ki, Avropanın bir sıra ölkələrində ictimai-siyasi vəziyyət heç də yaxşı deyil. Bu gün Almaniya, İspaniya, İtaliya və digər ölkələrdə sanksiyalaşdırılmamış aksiyalara icazə verilmir və onların qarşısı ən sərt formada alınır. Amma Avropa Parlamenti buna münasibət bildirmir.

Təəssüf doğuran haldır ki, bu gün hansısa təəssüfkeşliklə Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsini etiraf etmək istəməyən Qərbin "demokratiya carçıları" Azərbaycandakı xırda çatışmazlıqları şişirdir, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, zorakı addımlara göz yumurlar. Baş verənləri, nədənsə, "görmürlər". Azərbaycan torpaqlarının 20 faizdən çoxunun Ermənistan tərəfindən işğalını rəsmən etiraf edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi isə Avropada, nədənsə, "yada düşmür". Biz beynəlxalq təşkilatlar vasitəsi ilə öz problemlərimizi dünyaya çatdırmaq və nəticədə bu məsələləri həll etmək istəyirik. İnsan haqlarını müzakirə edəndə biz qaçqınları, demokratiya deyəndə bərabərliyi, qanunun aliliyini fikirləşəndə beynəlxalq qanunun aliliyini düşünürük. Amma bu qətnamə insan hüquqları pərdəsi altında müstəqil dövlətin məhkəmə sisteminə zərbə vurmaq cəhdlərini göstərdi. Avropada demokratiya deyəndə islamafobiya, irqçilik, qeyri-tolerantlıq kimi məsələlərin gündəmə gəlməsini gördük.

Heç kəsə sübut etməyə ehtiyac yoxdur ki, Azərbaycanda insan hüquqları və azadlıqlarının təmin olunması üçün xeyli iş görülmüşdür. Müasir dövrdə insan və vətəndaş hüquqlarının aliliyi dünyanın əksər ölkələri tərəfindən qəbul edilmişdir. Azərbaycan da bu ölkələrin sırasındadır. Azərbaycan Konstitusiyasının üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Ölkədə tam müstəqil məhkəmə-ədliyyə sistemi formalaşdırılmışdır. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına daxil olduğu üçün milli məhkəmələrin qərarlarından razı qalmayan hər bir ölkə vətəndaşının Avropa Məhkəməsinə üz tutmaq hüququ təsbit olunmuşdur. Bunlarla yanaşı, üzv olduğu beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan insan hüquqları sahəsində mütərəqqi islahatları həyata keçirməkdə davam edir. Azərbaycanda insan hüquq və azadlıqlarına tam hörmətə əsaslanan demokratik sistem formalaşdırılmışdır və bu sistemin daha möhkəm təməllər üzərində inkişaf etdirilməsi ilə bağlı siyasi iradə vardır.

Təəssüf hissi ilə qeyd etməliyik ki, həm Avropa Parlamenti, həm də onların hüquq müdafiəçisi adlandırdığı ayrı-ayrı şəxslər 20 ildən çoxdur Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bütün hüquq və azadlıqlarından məhrum edilmiş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün tapdalanmış insan ləyaqəti barəsində susmağa üstünlük vermişlər. İkili standartların ifadəsi olan bu qərəzli mövqe tamamilə yolverilməzdir. Qəbul edilmiş qətnamə Azərbaycan reallığından çox uzaq olan uydurmadır, şər və böhtandır.

Biz hamımız Azərbaycan adlı bir ölkənin vətəndaşlarıyıq. Böyük, şərəfli və həm də çətin bir yola çıxmışıq. Bu yolda bizi hər cür təhlükə və təxribatlar gözləyə bilər. Düşünürük ki, məqsədimizə çatmaq, Azərbaycanı inkişaf edən qabaqcıl ölkələr sırasına çıxarmaq hər birimizdən asılıdır. Bunun üçün ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməli və ölkəmizin qüdrətini qorumağa hazır olmalıyıq. Buna Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara xidmət edən müstəqil daxili və xarici siyasəti zəmanət verir.

Avropa Parlamentinin antiazərbaycan qətnaməsini universitetimizin professor-müəllim və tələbə kollektivi pisləyir və müvafiq cavab tədbirləri görməyi məqsədəuyğun sayır.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!