Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 12-09-2015, 13:38
 Milli QHT Forumu növbədənkənar iclas keçirib.


Bu gün Azərbaycan Milli QHT Forumu Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 09 sentyabr 2015-ci il tarixli qərəzli antiazərbaycan qətnaməsi ilə əlaqədar olaraq növbədənkənar iclas keçirib. İclasda QHT rəhbərləri, MQF idarə heyətinin üzvləri iştirak edib. Iclası açıq elan edən MQF-nin prezidenti Rauf Zeyni Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 09 sentyabr 2015-ci il tarixli qərəzli antiazərbaycan qətnaməsi Azərbaycan qeyri-hökumət təşkilatları tərəfindən narazılıqla qarşılandığını, vətəndaş cəmiyyəti qurumları arasında ciddi etiraz və təəssüf hissi doğurduğunu bildirib. İclasda çıxış edənlər Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinin ermənilər tərəfindən yerinə yetirilmədiyini, Avropa Parlamentinin bütün bunları gözardı etdiyini və qəbul edilən qərəzli qətnamədə Azərbaycan ilə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını vurğulayıblar. İclasın yekununda sıralarında 660 QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu adından Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli antiazərbaycan qətnaməsinə etiraz bəyanatı qəbul olunub.

Bəyanatda deyilir:

Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 09 sentyabr 2015-ci il tarixli qərəzli antiazərbaycan qətnaməsi Azərbaycan qeyri-hökumət təşkilatları tərəfindən narazılıqla qarşılanmış, vətəndaş cəmiyyəti qurumları arasında ciddi etiraz və təəssüf hissi doğurmuşdur. Qətnamənin lehinə 365, əleyhinə 202 parlamentar səs vermiş, 72 nəfər bitərəf qalmışdır. Qətnaməyə səs vermiş “parlamentarlar” Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırmışlar. Eyni zamanda, Avropa Parlamentinin Azərbaycan hakimiyyəti ilə insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə birgə işləməsi üçün tezliklə

ölkəyə nümayəndə heyəti göndərməsi təklif olunmuşdur. Bununla yanaşı, Avropa İttifaqı ilə Azərbaycan, müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında qarşılıqlı hörmətə əsaslanan ciddi danışıqların vacibliyini qeyd edilir. Qətnamədə Azərbaycan hökuməti universal insan haqlarına hörmətlə yanaşmağa, tələblər yerinə yetirilməyənə qədər Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırış edilmişdir. Bununla yanaşı, Parlament Avropa Komissiyasını insan haqları, vətəndaş cəmiyyəti və Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycana insanlararası münasibətlərə dair kütləvi layihələri çıxmaq şərti ilə maliyyə ayrılmasını yenidən nəzərdən keçirməyə də çağırmışlar. Qəbul edilən bu sənəddə Azərbaycan ilə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq aydın görünür. Qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana nümayəndə heyəti göndərməsi təklif edilir, ancaq münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olması barədə bir kəlmə belə deyilmir. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi - (822, 853, 874, 884) dörd qətnamənin tələbləri ermənilər tərəfindən yerinə yetirilmir və Avropa Parlamenti bütün bunları gözardı edir. Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənəd”lər dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın qəbul edilməməsindən qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Azərbaycan dövləti milli maraqlarına cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olmuşdur. Bu səbəbdən müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təhqir və təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənəd qəti şəkildə qəbuledilməzdir.

Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə öz növbəsində Azərbaycanı Avropa Parlamenti və bu kimi təşkilarlarla əməkdaşlığın ölkəmizə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə əsas verir.

Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan bu qurumun belə gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə vurulan zərbədir. Bu qətnamə Avropa Parlamentinin ikili standartlar və islamofobiya mövqelərindən çıxış etdiyini bir daha bariz şəkildə göstərir.

Qeyd edək ki, 2014-cü ildə İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununun qəbul olunması, dövlət qurumlarında ictimai şuraların yaradılması, ictimai şəffaflığın gücləndirilməsi və ictimai nəzarətin təmin olunması istiqamətində görülən işlər dövlət səviyyəsində ciddi adımların atılması deməkdir.

Sıralarında 660 QHT-ni birləşdirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməyə qəti etiraz bildirir və Avropa strukturlarını Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!