İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR .....                        Gəncədə kanalizasiya xətti partladı - Xəsarət alanlar var .....                        Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq .....                        Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb .....                        Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür .....                        McDonald's qiymətləri 15% artırdı .....                        Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər .....                        Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır .....                        İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO .....                       
Tarix : 19-10-2013, 11:03
  Cəmil Həsənli  Vətənə qayıdıb…


Avropa Parlamentində Azərbaycandakı seçkiyə müsbət rəy vermiş 7 nəfərlə bağlı xüsusi araşdırma başlanıb.
Milli Şurasının prezidentliyə vahid namizədi, professor Cəmil Həsənli Avropa səfərindən Bakıya qayıdıb.
Avropada keçirdiyi görüşlərin əvvəlcədən planlaşdırıldığını deyən Cəmil Həsənli “Azadlıq” qəzetinə bildirib ki, Avropa Birliyinin Xarici Siyasət Komissarlığında, Avropa Parlamentinin Xarici Siyasət Komitəsində, eyni zamanda, Avropa Şurasının İnsan Haqları Komissarlığında, Parisdə bir sıra siyasi dairələrlə, mətbuat nümayəndələrilə görüşşləri olub.
Görüş zamanı Azərbaycandakı seçkilər ətrafında geniş müzakirə aparıldığını deyən Cəmil Həsənlinin sözlərinə görə, xüsusən, onlar Avropa Parlamentinin 7 nəfərdən ibarət müşahidə missiyasının seçkiyə müsbət rəy verməsindən narahat olublar: "Oktyabrın 16-da bu məsələni müzakirəyə çıxardılar. Bir qayda olaraq, Avropa Parlamentinin rəyi həmişə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyilə üst-üstə düşdüyü halda, bu dəfə vəziyyət fərqli oldu. İndi onlar həmin 7 nəfərin necə seçildiyini, hansı yollarla müşahidə missiyasının tərkibinə daxil olduğunu, saxtakarlığı təsdiq olunmuş bir seçkiyə necə demokratik, şəffaf seçki rəyi verdiklərini araşdırırlar. Onlar seçkilərin total şəkildə saxtalaşdırılmasından ciddi şəkildə narahatdılar".
Cəmil Həsənli onu da qeyd edib ki, Avropa Parlamentində keçirdiyi görüşdə Xarici Siyasət Komitəsinin sədri Elmar Brok artıq bu 7 nəfərlik qrupu formalaşdıran departamentin məsul işçisindən məlumat alıb. O, bu olayın necə baş verdiyini araşdırır: "Onlar ətraflı şəkildə bu məsələni müzakirə etməkdə qəti qərarlıdır. Mən bu müzakirələrdən belə başa düşürəm ki, Avropa Parlamentinin rəyini ATƏT-in rəyinə uyğunlaşdıracaqlar. Çünki onların əlində seçki saxtakarlığına dair sübutlar barədə kifayət qədər məlumat var. Ən azı, "AppGate" hadisəsi seçkiyə şəffaf və demokratik don geyindirənlərə nümunə olmalıdır".
Oktyabrın 17-də Avropa Şurasının İnsan haqları üzrə komissarı Nils Mujniekslə görüşən Cəmil Həsənli bildirib ki, onlar Azərbaycanda insan haqlarının vəziyyəti, o cümlədən siyasi məhbus problemi, toplaşma, ifadə azadlıqlarının məhdudlaşdırılması kimi məsələləri müzakirə ediblər: "Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tutduğu mövqe müzakirə mövzusu oldu. Onlar təəssüf etdilər ki, Avropa Şurası belə bir mövqe tutub. Biz onların nəzərinə çatdırdıq ki, Avropa Şurasının müşahidə missiyası, ümumiyyətlə, bir qurum kimi Azərbaycanda gözdən düşüb, ona etimad yoxdur”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!