“Avropa Parlamenti Azərbaycana qarşı qərəzli, əcaib qətnamə qəbul edib. Biz bu qətnaməyə münasibət bildirməkdən kənarda qala bilməzdik. Qətnamədə 20 bənd insan haqlarının pozulması ilə bağlı iddialardır, 21 bənd isə müxtəlif məsələlərə həsr olunub”.
Butov.az APA-nın məlumatına əsasən xəbər verir ki, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin müzakirəsi zamanı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, Avropa Parlamenti Avropa İttifaqına daxil olan 28 dövləti təmsil edir, 751 deputatdan ibarətdir: “Bu səsvermədən 600-dan çox deputat iştirak edib. Avropa Parlamentinin əsas üç səlahiyyəti var - Avropa İttifaqına dair qanunlar qəbul etmək, qanunların icrasına və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. Azərbaycanla bağlı belə qətnamə qəbul etmək Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil. Avropanın Azərbaycana qarşı qısqanclığının, Azərbaycanın Avropa Oyunlarını uğurla keçirməsindən sonra belə hərəkətlərin artdığını görürdük. Bu, qısqanclığın, paxıllığın və erməni diasporunun təsirinin nəticəsidir”.
Ə. Həsənov bildirib ki, 2012-ci ilin martında onu Brüsselə dəvət ediblər: “Avropa Parlamentinin rəhbəri mənə mətbuatdan qapalı görüş keçirmək və görüşə Azərbaycanın səfirini gətirməməyi təklif etdi. Mən də dedim ki, görüşə getmirəm. Bunlar insan haqlarından danışırlar, ancaq görün görüşü necə keçirməyi təklif edirlər”.
Butov.az Ans Press saytına əsasən videonu təqdim edir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!