Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 6-10-2016, 20:11
Azərbaycanda 7 yaşlı 100-dək uşağın heç bir sənədi yoxdur


Təhsil Nazirliyi icbari ümumi orta təhsildən yayınma halları ilə bağlı mətbuatda gedən yazılara münasibət bildirib.


Butov.az-ın Ölkə.Az-a istinadən məlumatına görə, bu gün keçirilən brifinqdə iştirak edən Təhsil Nazirliyinin Təhsilin inkişaf proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, birinci sinfə gələn uşaqlarla doqquzuncu sinfə gələnlər arasındakı fərqin məktəbdən yayınma halı kimi qəbul olunması düzgün deyil: "Məktəbdən yayınmaqla bağlı bir neçə səbəb var. Bir qisim uşaqlar birinci sinfə Azərbaycanda getsələr də, müəyyən yaşdan sonra təhsillərini Azərbaycandan kənarda davam etdirirlər. Bu da icbari təhsildən yayınma hesab olunmur".

E.Əmrullayev qeyd edib ki, bəzi uşaqlar sağlamlıq imkanlarını itirdiyinə görə təhsildən kənar qalır: "Bu rəqəmlər böyük olmasa da, kifayət edən göstərici sayılır. Bundan başqa, bu illər ərzində vəfat edən uşaqlar da var. Eyni zamanda, miqrasiya məsələsi də var. Nəzərə almalıyıq ki, 2005-ci ildə ölkədə uşaqların qeydiyyata alınması ilə bağlı elektron sistem bugünkü kimi mükəmməl deyildi. Hazırda məktəbə gələn uşaqları şəxsiyyət vəsiqəsinin nömrələri əsasında tam dəqiqliyi ilə saya bilirik. 2005-ci ildə isə məktəblərdə əllə yazılan statistik məlumatlar əsasında yekun nəsə deyilə bilirdi. Söhbət 4400 məktəbdə gedirsə, rəqəmlərdə şişirtmələrin olması gözləniləndir. Bunun da obyektiv səbəbləri var. Çünki əvvəl Azərbaycan şəraitində elə ailələr var idi ki, uşaqlarını birinci sinfə iki dəfə qoyurdular. Hazırda bu hal mümkün deyil”.

E.Əmrullayev əlavə edib ki, hazırda 10 %-dək uşaq I sinfə vaxtında gəlmir: " Hətta 9 və 10 yaşlı uşaqlar var ki, hələ də birinci sinfə getmir. Biz də bu uşaqları fərdi təhsilə cəlb edirik. Təbii ki, dünyada olduğu kimi Azərbaycanda da icbari təhsil 100 faiz təmin edilə bilməz. Lakin sevindiricidir ki, bu halların sayı getdikcə azalır. Azalmanın əsas səbəbi məlumat sisteminin daha da mükəmməlləşməsidir. 2010-cu ildə birinci sinfə gələn uşaqlar altıncı sinifdə oxuyanda icbari təhsildən yayınma halları 1,3 faiz müşahidə olunub".

E.Əmrullayev bildirib ki, bəzi regionlarda elə uşaqlar var ki 7 yaşı olsa da, heç bir sənədi yoxdur. Ona görə təhsildən uzaq düşüblər. Bu uşaqların da sayı 100 nəfəri keçmir.

Şöbə müdiri vurğulayıb ki, 2003-cü ildə birinci sinfə gələnlərin 25-26 faizi məktəbə bir yaş (7 yaşında) gec gedib: "Apardığımız araşdırma onu göstərir ki, gec gələn uşaqların "2" almaq şansı daha çoxdur. Bu da yaşla yox, həmin evlərdə olan təhsil mühiti ilə bağlıdır. Bu gün ölkədə 10 faiz uşaq məktəbə gec gəlir".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!