Tarix : 27-10-2025, 13:41
21 yaşlı qadın eyvandan yıxılaraq öldüAbşeron rayonunun Şəfəq qəsəbəsində 21 yaşlı qadın eyvandan yıxılaraq ölüb.
2004-cü il təvəllüdlü qəsəbə sakini Əbilova Kəmalə Tariyel qızı yaşadığı çoxmərtəbəli binadakı mənzilinin eyvanından yıxılaraq həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Paylaş
Bölmə: Xəbər / Karusel / Xəbər lenti