Tarix : 28-10-2025, 17:24
Binəqədidə taxta yığılmış ərazidə yanğın başlayıb - FOTOFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində ilkin məlumata əsasən, taxta yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Paylaş
Bölmə: Xəbər / Karusel / Xəbər lenti