Ağ Evdəki görüşdən yeni GÖRÜNTÜLƏR .....                        Şamaxıda ağır qəza - ölən var .....                        Putin müharibəni dayandırmağa razı olmasa... - Tramp .....                        Putin onlara güvənmir - Kreml elitası daxilində PARÇALANMA .....                        Şairin küçədə meyiti tapıldı .....                        Özgür Özəl haqqında istintaq başladı .....                        Dağda yıxılaraq köməksiz qalan qadın xilas edildi .....                        Tramp-Putin görüşü ərəfəsində ruslar ildırımsürətli hücuma keçib .....                        Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edildi .....                       
Tarix : 16-07-2017, 11:48
Şükür et! - Günel Ağayeva


İnsan doğulduğu gündən ölənə kimi çalışıb - çabalayır. Yeni günləri xoş ümidlərlə qarşılamağa can atır. Sevgi, rahatlıq, xoşbəxtlik axtarır. Yaşanmış günləri ürək dolusu yaşamaq istəyir. Yaşamaq istəyən çox olur, amma yaşatmaq arzusuyla yaşayanlar bir o qədər də çox deyil.

Əzmi ilə şan-şöhrətə, hörmətə yüksəlir. Artan vəzifə bəzən gələcəyin gözünə qara pərdə çəkir. Yaşanmışlara baxmayaraq hər bir şey uğrunda savaşır, mübarizə aparır. Bəzən sonluğu olmayan bir yolda səyahətçi olur. Məqsədlə, amalla bu yolda addımlayır. Ətrafında baş verən hər bir xırda dəyişiklik onun həyatına bir iz qoyur. Qazanılmış uğur, sevinc, zəngillik insan oğlunun gözünü bağlayır.

Lakin insan Rəbbi tərəfindən ona verilən övlada, sağlam cana, gözəl ailəyə, ruzi - bərəkətə, qazandığı uğura görə şükür etmir. Əlindəkilərinin dəyərini heç bir zaman anlamır. Yalnız onları itirdikdə dəyərini anlayır. Zamanı geri döndərməyə çalışır. Bunu öz həyatında ədalətsiz qərar kimi görür. Lakin bu belə deyil. Acıladığın, incitdiyin, şükür etmək yerinə üsyan etdiyin hər şeyi gün gələr Allah səndən necə veribsə, o cür də alar. Unutma, hər nə edirsənsə bil ki, yalnız təkcə sən deyil, ətrafındakılar da bundan əziyyət çəkərlər. Hər gün dua elə, sev, oxşa, qaygısına qal, çalış ürək sındırma! Nifrət qazanma! Nifrət damarları tutur. Ürək sevgidən məhrum qalır. Boş yerə keçirdiyin böyük bir həyat sənə bir heç kimi gorünər.

Şükür et! Aldığın nəfəs, qazandığın ruzi, sahib olduğun ailən və övladların, torpağın ətrini duyub, təbiətin gözəlliyini gördüyün üçün. Şükür et! Torpağın üstündə olduğun üçün. Başını dizinə qoyub, saçını sığallayan anan üçün. Şükür et! Yaşamağın rəngini seçə bildiyin üçün. Sabahın doğan günəşini görə bildiyin üçün. Şükür et! Yaşanacaq gözəl günlər üçün. Sevdiklərinlə bərabər isti ocağında olduğun üçün. Əgər bunları etməyi bacarırsansa, Allah bunların acısını, yoxluğunu yaşatmaz. Əksinə, bunların hər birinin mükafatını sənə bəxş edər....

Günel Ağayeva


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!