Qalx ayağa Azərbaycan! .....                        Ermənilərin növbəti Gəncə terroru - 4 il... .....                        Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq .....                        Sumqayıtda yanğın .....                        “Birgə Atəşkəs Çağırışı”na 127 ölkə qoşulub .....                        Rəhmon Azərbaycan parlamentinin sədrini qəbul edib .....                        Baş Prokurorluqdan Əhmədlə bağlı açıqlama .....                        İlham Əliyev strategiyanı təsdiqləyən fərman imzaladı .....                        Prezident COP29-la bağlı sənədi təsdiqlədi .....                       
Tarix : 15-09-2015, 08:43
“Gələn il bu günə şükür edəcəyik” - 2016-cı ilin büdcəsinin ŞƏRHİ


Qubad İbadoğlu: “Azərbaycanda biznes mühiti daha da pisləşəcək”

“Gələn il büdcəsinin hər 100 manatından 22 manatı tikintiyə, 14 manatı idarəetməyə, 80 qəpiyi elmə, 1 qəpiyi isə ekologiyaya xərclənəcək.

Nəhayət, 2016-cı ilin büdcəsinin parametrləri açıqlandı. Büdcə azaldıldı, 5 il bundan əvvəlki - 2011-ci il səviyyəsində qərarlaşdı. Çünki hökumət gələn il üçün dövlət büdcəsinin gəlirlərini bu illə müqayisədə 4,87 milyard manat və ya 25,1 faiz az proqnozlaşdırdı. Gözləntilərimiz özünü doğrultdu. Əslində onu proqnozlaşdırmaq elə çətin də deyildi. İllərdir şişirdilən xərcləri nə zamansa ixtisar etməli idik. Amma bunu heç də hökumətdə rasionallığının artmasından deyil, sadəcə, neft gəlirlərinin azalmasından doğan məcburiyyət kimi dəyərləndirmək olar”.

Butov.az Modern.az-a istinadən bildirir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlu qeyd edib. Modern.az xəbər verir ki, ekspert gələn il situasiyanın necə olacağını bir neçə faktla izah edib:

“Dövlət büdcəsinin əsas donoru olan Dövlət Neft Fondundan büdcəyə transferlərin bu ildən başlayan azalması tendensiyasının gələn ildə də davam etməsi artıq yeni iqtisadi situasiya yaradıb. Bundan sonra büdcənin yükünü mənfəət vergisi, fiziki şəxslərdən gəlir vergisi və əlavə dəyər vergisi çəkəcək. Amma buna baxmayaraq, gələn il bu illə müqayisədə hər 3 başlıca mənbədən azalma proqnozlaşdırılıb. Xüsusilə də növbəti ildə şirkətlərin mənfəət vergisinin bu illə müqayisədə 17,6 faiz az proqnozlaşdırılması biznesin yeni tələblərə hazır olmadığının göstəricisi sayıla bilər. Bu azalma həm də ölkədə biznes mühitinin daha da pisləşəcəyinin rəsmi səviyyədə etirafı deməkdir. Bu səbəbdən də gəlirlə işləyən müəssisələrin bəzilərinin mənfəətlərinin azalacağı, digərlərinin mənfəətli fəaliyyəti zərərlə əvəz olunacağı gözləniləndir. Belə olan halda işçilərin ixtisarı və əmək haqlarının aşağı salınması fiziki şəxslərin gəlir vergisindən daxilolmaları da azaldacaq. İnvestisiya büdcəsinin kəskin ixtisarı bu sahədəki mənfi tendensiyaları daha da gücləndirəcək. Ölkədə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi də əlavə dəyər və aksiz vergisinin əvvəlkindən az daxil olmasını şərtləndirəcək. Artımla proqnozlaşdırılan mənbələrdən biri də sadələşdirilmiş vergi üzrə gəlirlərdir. Bu isə kiçik və orta biznesin vergi öhdəliklərinin daha da artırılacağını təsdiq edir”.

Qubad İbadoğlu gələnilki xərclərdən də bəhs edib. Onun fikrincə, gələn il büdcənin də faktiki icrası proqnozlaşdırıldığından az ola bilər:

“Xərclərə gəlincə, növbəti ildə onun həcmi bu illə müqayisədə 4,836 milyard manat və ya 22,9 faiz az proqnozlaşdırılıb. Beləliklə, növbəti ildə hər 100 manatdan 21 manat 85 qəpik tikintiyə, 14 manat dövlət aparatının saxlanılmasına, 11 manat 70 qəpik sosial müdafiəyə və təminata, 11 manat 30 qəpik müdafiəyə, 10 manat 50 qəpik təhsilə, 7 manat 60 qəpik dövlətin xarici və daxili borclarının ödənilməsinə, 7 manat məhkəmə hakimiyyəti, hüquq-müdafiə və prokurorluğa, 4 manat 60 qəpik səhiyyəyə, 4 manat mədəniyyət, incəsənət və bədən tərbiyəsinə, 3 manat 65 qəpik kənd təsərrüfatına və balıqçılığa, 81 qəpik elmə, 1 qəpik ekologiyaya və ətraf mühitin mühafizəsinə xərclənəcək.
Gələn il proqnozlar özünü doğruldacağı halda büdcədə 1,7 milyard manat da kəsir yaranacaq.
Büdcənin ümumi mənzərəsi belədir. Amma bu proqnoz göstəricilərinin təqdimatıdır. Son zamanlar proqnozlar da özlərini doğrultmur. Heç uzağa getməyək, bu il ötən il proqnozlaşdırdığımız büdcə ilə gözlənilən icra arasında 2,5 milyard manat fərq yaranır. Gələn ilin büdcənin də faktiki icrası proqnozlaşdırıldığından az ola bilər. Elə bu il olduğu kimi. Odur ki, bu günə də şükür eləməli olacagıq. Deməli, bu hələ son deyil”.


Butov.az


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!