"İranın başına pis bir şey gələ bilər" .....                        Zəlzələdən sonra xarici ölkələrdən yardım istədilər .....                        Onlar da sertifikasiyaya cəlb olunacaq - Emin Əmrullayev AÇIQLADI .....                        Bu sənəd Türkiyənin daxili işlərinə qarışmağa yönəlib .....                        "Qarabağ"dan 4 qolluq qələbə .....                        ABŞ Ukraynanın təbii sərvətlərini ələ keçirmək istəyir .....                        Ağsuda qəza - 8 nəfər yaralandı .....                        Ramazanın 29-cu günü - İmsak və iftar vaxtı .....                        Türkiyədə bələdiyyə sədrinin müavini həbs edildi .....                       
Tarix : 14-09-2015, 12:47
Büdcə-2016: neftin qiymətinin 50-55 dollardan götürüləcəyi təsdiqləndi


Azərbaycanın dövlət büdcəsinin əsas mənbəyi olan SOCAR 2016-cı il üçün dövlət büdcəsində neftin barrelinin hansı qiymətlə götürüləcəyini açıqlayıb.

SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, əgər şirkətin satdığı malın qiyməti iki dəfədən artıq aşağı enibsə deməli satışdan əldə edilən gəlir də müvafiq olaraq 2-2.5 dəfə azalır. Bu isə o deməkdir ki, SOCAR-ın büdcəyə etdiyi ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Ona görə də gələn ilin büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir.

Butov.az Virtualaz.org saytına istinadən xəbər verdiyi kimi, sentyabrın 1-də Nazirlər Kabinetində baş nazir Artur Rasizadənin rəhbərliyi ilə gələn ilin dövlət büdcəsinin layihəsi müzakirə edilib və sənəd baxılmaq üçün president İlham Əliyevə göndərilib.

Ötən həftə isə prezident hazırkı iqtisadi vəziyyətə və gələn ilin dövlət büdcəsinə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə müşavirə keçirib.

Prezident müşavirənin açılışında dünyanın inkişaf etməkdə olan ölkələrini bürüyən iqtisadi böhran və böhranın səbəbləri, Azərbaycan iqtisadiyyatını bu böhrandan qorumaq üçün görülən tədbirlər haqda danışıb.

Gələn ilin büdcəsinin balanslaşdırılmış və qənaətli büdcə olacağını, o qədər də zəruri olmayan layihələrə vəsait ayrılmayacağını, ancaq sosial yönümlü layihələrin və infrastruktur layihələrinin davam edəcəyini deyib. Daha sonra müzakirələr qapalı davam edib.

Gələn ilin dövlət büdcəsi ətrafında əsas intriqa neftin baza qiymətinin necə götürüləcəyi ətrafında idi.

Virtualaz.org saytı hələ Nazirlər Kabinetindəki müzakirələrdən sonra yazmışdı ki, hökumət ən optimal qiymət kimi neftin barrelini büdcədə 50-55 dollardan götürəcək. Çünki neftin qiymətinə dair gələn il üçün proqnozların əksəriyyəti neqativdir. Bu günlərdə Amerikanın nüfuzlu bankı “Goldman Sachs”ın analitikləri gələn il bazarlarda neft bolluğunun daha da artacağını, qiymətin 50 dollardan aşağı olacağını proqnozlaşdırıb. Bank bildirib ki, neftin qiymətinin hətta 20 dollara enəcəyi də mümkündür.

Xatırladaq ki, 2015-ci ilə büdcəsində neftin barrelinin qiyməti 90 dollardan müəyyən edilmişdi. Lakin il ərzində neft ucuzlaşmaqda davam etdi və hazırda 50 dollar səviyyəsindədir. Bu isə o deməkdir ki, SOCAR büdcəyə proqnozlaşdırılan həcmdə ödənişlər edə bilmir. Yəni 2015-ci ilin büdcəsi üzrə kəsirlərin artması qaçılmazdır.

Gələn ilin büdcəsində neftin baza qiymətinin 50-55 dollar müəyyən edilməsi isə o deməkdir ki, büdcənin gəlirlər hissəsi indikindən xeyli az olacaq. Nəticədə xərclər də azaldılacaq.




Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!