Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 23-08-2013, 18:31
Məvaciblərin qalxması bazara təsirsiz ötüşməyib


Paytaxt bazarlarında məhsulların qiyməti qalxıb. ANS PRESS müxbiri ərzaq məhsullarının qiymətlərinin bahalaşmasını əyani şəkildə müşahidə edib. Yasamal bazarında qarşılaşdığımız mənzərə heç də ürəkaçan olmayıb. Alıcılar ərzaq məhsullarının qiymətlərinin bir həftə əvvəlki qiymətlərlə üst-üstə düşmədiyini dedilər. Əsas qiymət artımı isə ət məhsulları, pomidor, soğan və kartofun satışında özünü göstərir.

Alıcıların fikrincə qoyun ətinin qiyməti iki həftə əvvəl 9-10 manat idisə onda 11-12 manatdır. Kiloqramı 50 qəpik olan pomidorun indiki qiyməti isə 1 manat təşkil edir. Bir dəstəsi 10 qəpik olan yaşıl soğanın indiki qiyməti isə 20 qəpikdir. Almanın kq-nın qiyməti iki həftə əvvəl 3 manat olduğu halda indi bahalaşaraq 4-5 manatdan alıcılara təqdim olunur.

Bazarda rəyini soruşduqlarımız insanların qiymət artımından şikayətləndikləri məhsulların indiki bazar qiymətləri aşağıdakı kimidir:
Mal ətinin qiyməti sümüklü 7 manat, sümüksüz 8 manat,
quzu əti 11-12 manat,
kartof 50 qəpikdən 1 manatdək,
badımcan 1 manat,
xiyar 1 manatdan 2 manatadək,
kələm 1 manat,
şaftalı 1 manatdan 2.50 qəpiyədək,
üzüm 1 manatdan 3 manatadək,
çiyələk isə kilosu 3 manatdan alıcılara təqdim olunur.

İnsanlar marketlərdə satılan ərzaq məhsullarının qiymətlərinin də artıqlığından şikayət edirlər. Marketlərdə satılan ərzaq məhsullarının qiymətləri isə aşağıdakı kimidir:
Quzu antrikotu 12 manat 50 qəpik,
pomidor 1 manat 10 qəpik,
Sümüksüz dana əti 11 manat 20 qəpik,
kartof 1 manat 10 qəpik,
pendir isə 4 manatdan 12 manata insanlara satılır.

İqtisadçı-ekspert Vüqar Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, bazarlarda qiymət artımı iqtisadi maraqlardan və təlabatdan irəli gəlmir. Bu bəzi işbaz satıcıların əməlidir: "Pensiya və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin maaşlarının artırılması ilə bağlı sərəncamını fürsət bilən satıcılar, bazarlarda qiymətləri süni şəkildə artırırırlar. Sərəncamın isə sentiyabr ayının əvvəlindən qüvvəyə minməsi satıcılara öz niyyətlərini həyata keçirmələri üçün vaxt qazandırır".

Satıcılar isə qiymət artımının əsas səbəbkarı kimi kənd təsərrüfatı məhsullarının əsas ixracatçısı olan kəndliləri ittiham edirlər.Fikirlərini isə kəndlilərin hazırladıqları məhsula istədikləri qiyməti qoyması ilə izah edirlər. Satıcılar isə kəndlilərin buna səbəb kimi heyvanları bəsləmək üçün otlaq sahələrinin az olduğunu səbəb kimi göstərdiklərini bildirirlər. Bura məhsullarını bazara çıxarmaq üçün sərf etdikləri yol xərcini də əlavə etdikdə qiyməti daha da kəskin forma alır. Kəndlilər əvvəllər qiyməti 1 manat olan saman preslərini indi 2 manata alırlar.

Kənd Təssərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcovun isə ANS PRESS-ə açıqlamasında deyilənlərlə razılaşmır. "Ölkə üzrə otlaqların çox olmasına baxmayaraq, insanlar heyvanlarını saman presi ilə qidalandırmağa ütünlük verirlər. Bəzi insanlar isə həmin saman preslərinin qiymətini süni şəkildə atıraraq qazanc əldə edirlər", - deyə KTN rəsmisi bildirib. Çingiz Fərəcov İqtisadi İnkişaf Nazirliyini ittiham edərək onları belə hallara göz yummaq da günahlandırdı.

İqtisadi İnkişaf Nazirliyi ilə qiymət artımı ilə bağlı gün ərzində əlaqə saxlamaq istəsək də heç bir halda telefonumuza cavab verən tapılmadı. ANS PRESS olaraq İİN-in mövqeyini dərc etməyə hazırıq.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!