İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 6-06-2016, 16:30
Ailəyə ikinci uşaq gələndə ilk övlada münasibət niyə dəyişir?


Bir çox ailələrdə ikinci və ya üçüncü uşaq doğulandan sonra ilk övlada olan münasibət dəyişir.

Bir çox valideyn övladları arasında fərq qoymadığını, sevgisini bütün uşaqların arasında bərabər bölüşdürdüyünü deyir.

Lakin, bir çoxları bilir ki, əslində Azərbaycan reallığında həqiqət fərqlidir. Belə ki, iki və daha çox uşaq olan ailələrdə ilk övlada olan münasibət zaman keçdikcə dəyişir. Ailəyə ikinci, ya da üçüncü övlad gələndə ilk uşaq diqqətdən kənarda saxlanılır, “sən böyüksən, sən özün bacararsan” deyərək körpə yaşında “böyük” damğası vurulur.

Aydın məsələdir ki, yeni uşaq doğulanda ona xüsusi diqqət göstərmək lazımdır. Amma bu zaman ilk övladdan olan diqqət və qayğını kəsib ikinci uşağa vermək olmaz. Valideyn öz sevgi və qayğısını yeni doğulmasından və yaşından asılı olmayaraq bütün övladları arasında eyni bölüşdürməlidir. Təsəvvür edin ki, ayaq üstündə yeni dayanmağa başlayan, yenicə müəyyən sözlər deyə bilən və ətrafı yenicə dərk edərək xüsusi diqqət istəyən 2-3 yaşında uşaq ailədə ikinci uşaq doğulandan sonra diqqətdən məhrum qalır.

Butov.az xəbər verir ki, məsələ ilə bağlı psixoloq Nərgiz Hüseynova Gün.Az-a açıqlamasında bildirdi ki, belə hallarda uşaqlar psixoloji gərginlik keçirirlər, özünüifadəetməkdə çətinlik yaşayırlar, ünsiyyətdən uzaq olaraq qapalı olmağa başlayırlar:

“Belə uşaqlarda yaş ötdükcə müxtəlif patalogiyalar - əsəb-sinir xəstəlikləri, asosiallıq ortaya çıxır. Ətrafdakılarla ünsiyyət qurmaq istəmirlər. Valideynlərinin onunla maraqlanmadığını görən uşaq yeni doğulan körpə bacısına və ya qardaşına qarşı da paxıllıq, qısqanclıq, hətta kin də bəsləyir. Çünki, uşaqlar ana və atalarının sevgisini paylaşmaq istəmirlər”.

Psixoloq deyir ki, valideynlər övladlarını diqqətdən kənarda olmadığını göstərmək üçün müəyyən yaradıcı addımlar ata bilər:

“Mən şahid olduğum müəyyən təcrübələrdən biri barədə demək istərdim. Bir ailənin ikinci övladı dünyaya gəlmişdi. Onlar xəstəxanadan evə gedəndə körpənin əlində kiçik bir hədiyyə tutduğunu fikri yaradıblar və özləri ilə gətirdiyi həddiyəni ilk övladlarına veriblər.

Bu addım ailənin ilk övladında yeni doğulan körpənin öz sevgisini onunla bölüşdüyü təsəvvürünü yaratmaq üçün atılıb. Uşaq düşünsün ki, evin yeni üzvü heç nəyi və heç kimi onun əlindən almayacaq. Belə olan halda ona qarşı qısqanclıq və paxıllıq etməyəcək”.

Psixoloq deyir ki, ailədə neçə uşaq olmasından asılı olmayaraq valideynlər onların hər birinə qarşı xüsusi davranmalıdır. Çünki, onların hər birinin psixologiyası fərqli olur:

“Uşaqların beyni ağ kağız kimi olur. Ora nə yazılırsa böyüyəndə də onlar yadında qalır və onlara əməl edir. Odur ki, valideynlər o ağ vərəqlərə daha gözəl şeylər yazmağa çalışsınlar”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!