Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 8-10-2015, 15:53
Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə keçməlidir - AÇIQLAMA


Təhsilin ilk pilləsi məktəbəqədər təhsil müəssisələri - uşaq bağçaları hesab olunur. Burada uşaqlara ilkin biliklər öyrədilir, dünyagörüşləri artır və onlar ümumi təhsilin ilk pilləsi-ibtidai siniflərə hazırlıqlı olurlar. Lakin bu gün ölkədə uşaq bağçalarının yetərincə olmaması nəticəsində uşaqların əksəriyyəti buradan yararlana bilmirlər.

Butov.az Modern.az-a istinadən nəzərinizə çatdırır ki, Təhsil naziri Mikayıl Cabbarov da çıxışlarından birində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətindən narazılıq edib və onların işinin qənaətbəxş olmadığını bildirib:

“Uşaqlar birinci sinfə oxumağa gələnə qədər təhsil bilikləri zəif olur. Bu biliklər uşaqlara məktəbəqədər təhsil müəssisələrində öyrədilir. Düzdür, uşaq bağçaları bizim tabeliyimizdə deyil.

Amma o uşaqlar bizə təhsil almağa gələcəksə, biz həmin müəssisələrlə əməkdaşlığı davam etdirməliyik ki, nəticələr qənaətbəxş olsun. Yalnız Bakı şəhərində mövcud infrastrukturdan istifadə etməklə minlərlə şagirdə məktəbəqədər təlim imkanını yaradırıq.

Bu gələcəkdə də davam etdiriləcək və layihə dəstəklənməlidir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Modern.az-a deyib ki, birinci növbədə uşaq bağçalarının maddi təminatı yaxşı olmalıdır:

“Bu mühüm məsələdir, uşaq bağçalarında uşağın yeməyi, içməyi, yatmağı, istirahəti yaxşı təşkil olunmalıdır. Çünki valideyn uşağını ora qoyur ki, uşağa onun baxdığı qədər və ya ondan da yaxşı baxılsın.

Görünür, bu prinsiplə məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinə verilib. Çünki Təhsil Nazirliyi səviyyəsində uşaqlara baxmaq mexanizmi yox idi”.

Deputat bildirib ki, əgər Təhsil Nazirliyinə uşaqları maddi baxımdan təmin etmək imkanları yaradılarsa, o zaman uşaq bağçaları onlara verilməlidir: “Amma orada uşaqlara baxmaq məsələsi hələ də problem olaraq qalır. Uşaqların intellektinin inkişaf etdirilməsi, onlara əlifbanı öyrətmək, savadlandırmaq - təhsilin ilk pilləsi üçün lazım olan işlər, təbii ki, Təhsil Nazirliyinin ixtiyarında olmalıdır”.

Nizami Cəfərovun fikrincə, məktəbəqədər təhsil müəssisələri tədricən Təhsil Nazirliyinin tabeliyinə keçməlidir:

“Ümumi prinsiplər, “Təhsil haqqında” qanun da elədir ki, tədricən uşaqların təhsili bağçadan başlayırsa, bağça Təhsil Nazirliyinin səlahiyyətləri daxilində olmalıdır.

Amma yenə də işin o biri tərəfi qalır ki, maddi baxımdan, uşaqlara baxmaq funksiyasını nazirlik icra edə biləcək, ya yox. İşin maddi tərəfi icra hakimiyyətlərinin ixtiyarında olsa belə, hər halda təhsil öyrətmə, təlim-tərbiyə indidən Təhsil Nazirliyinin ixtiyarında olmalıdır. Təlim tədris proqram üzrə getməlidir və bağça uşaqları orta məktəbə hazırlamalıdır”.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!