İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                        Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi .....                        Prezident Davosda daha bir görüş keçirdi .....                       
Tarix : 10-09-2015, 13:57
Təhsil Nazirliyi müəllimlərin attestasiyasından danışdı


Butov.az Olaylar saytına əsasən xəbər verir ki, “Müəllimlərin attestasiyası məsələsi gündəmdədir. Amma bu, başqa bir məsələdir ki, biz attestasiyaya hazırıqmı?” Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib. İ.Nağıyevin fikrincə, attestasiyaya ən tez halda, ölkənin bütün regionlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdıqdan sonra başlamaq olar: “Yaxud bunlar paralel də ola bilər. Məsələn, artıq Bakıda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Bakıda bəlkə də attestasiyaya başlamağı fikirləşə bilərik. Çünki artıq ilkin nəticələr var. Regionlarda isə bu, mərhələli ola bilər”. İ.Nağıyev hesab edir ki, rayonlarda attestasiyanı keçirmək üçün ilkin mərhələ olaraq diaqnostik qiymətləndirmə olmalıdır: “Biz ən azından real vəziyyəti bilməliyik. Gərək müəllimlərə ixtisasartırma üçün kurslar təklif olunsun, yəni onlara şans verilsin. Çünki bu gün biz attestasiya etsək, nəticə yəqin ki, elə də ürəkaçan olmayacaq”. Nazirlik rəsmisinin sözlərinə görə, attestasiyadan fərqli olaraq, bu gün müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması məsələsi gündəmdə durmur: “Amma bu gün müəllim işləmək istəyən şəxs ilk növbədə mərkəzləşdirilmiş qaydada imtahan verməli, ondan sonra diaqnostik qiymətləndirilmədən keçməlidir. Sonra da sertifikasiya prosesi olmalıdır". Təhsil üzrə ekspert Şahlar Əsgərov da Trend-ə verdiyi açıqlamasında bu gün müəllimlərin attestasiyasının keçirilməsini zəruri sayır. Onun sözlərinə görə, Azərbaycanda təhsil sistemində müəllimlərin sayı tələb olunan göstəricidən çoxdur. İnkişaf etmiş ölkələrdə hər 20 şagirdə bir müəllim düşdüyü halda, Azərbaycanda 10 şagirdə bir müəllim düşür: “Bu isə o deməkdir ki, Azərbaycanda müəllimlərin sayı lazım olan həddən çoxdur. Buna görə də imtahan keçirib onların arasından yaxşılarını seçib işdə saxlamaq lazımdır. Bu, hökmən edilməlidir”. Ş.Əsgərov hesab edir ki, attestasiya nəticəsində məktəbdən yalnız zəif müəllimlər uzaqlaşacaq. Bu da məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə gətirib çıxaracaq.

Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!