Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 10-11-2015, 16:09
Pul “xırdalanması” problemə çevrilib


Son zamanlar satış və iaşə obyeklərində ödəniş edərkən qarşılaşılan mənzərələrdən biri də kiçik nominasiyalı əskinasların (xüsusilə də 1 manatlıq) və qəpiklərin çatışmazlığıdır. Əməkdaşımızın müəyyən araşdırmadan sonra gəldiyi qənaəti təqdim edirik:

Əslində buna qədər insanların kiçik nominasiyalı əskinazları daşımaq həvəsində olmamaları səbəbindən ödəniş zamanı daha çox böyük nominasiyalı əsginazlardan istifadə etdikləri məlum məsələ idi. Lakin son aylarda istər supermarket və iaşə obyeklərində, nəqliyyatda ödəniş zamanı qalığın qaytarılması aydın şəkildə problemə çevrilib. Satıcı və xəzinədarların, sürücülərin sözlərinə görə, əhali arasında ödənişləri böyük nominasiyalı əskinazlarla ödəyənlərin sayı durmadan artıb. Bu zaman yaranan kiçik nominasiyalı əsginazlara olan tələbatı ödəmək isə müşkülə çevrilib. Nəticədə müştərisinə qalıq əvəzinə kibrit, birdəfəlik paket çay təklif edənlərin, “xırda pul” üçün qonşu obyeklərə üz tutanların, qalıq əvəzinə ehtiyac olmayan miqdarda məhsulun satılması hallarının sayı artıb ki, bu da istehlakçıların hüquqlarının pozulmasına şərait yaradır. Həmçinin pulunu heç bir yerdə “xırdalaya” bilməyən vətəndaş gərəksiz nəsə almaqla buna nail olmağa məcbur olur.

Kiçik nominasiyalı əskinasların və qəpiklərin ödəniş zamanı istifadə olunmaması yanacaq doldurma məntəqələrində də (YDM) müşahidə olunur. YDM əməkdaşları bildirirlər ki, əvvəllər daha çox qəpiklərlə ödəniş edən marşurut avtobuslarının sürücüləri də son vaxtlar böyük nominasiyalı əskinazlarla ödəniş edirlər. Çünki buna qədər qəpik pulların çoxluğu ilə qarşılaşan sürücülər hazırda çatışmazlıqdan əziyyət çəkirlər.
Pul “xırdalanması” problemə çevrilib

Buna qədər isə kiçik nominasiyalı əskinaslara və qəpiklərə olan tələbatı əsasən Bakı Metropoliteninin kassalarından qədər qeyri-rəsmi formada ödəniş etməklə əldə edən sahibkarlar artıq bu imkandan məhrum olublar. Belə ki, bu ilin oktyabr ayının 1-dən etibarən yeni ödəniş sisteminə keçidlə əlaqədar Bakı Metropoliteninin kassaları ləğv edilib ki, bu da “xırda pul”lara olan tələbatın kəskin şəkildə artması ilə nəticələnib.

Hazırda kiçik nominasiyalı əskinaz və qəpiklərlə təminat daha çox banklar vasitəsilə həyata keçirilir. Lakin manatın manatla mübadiləsi ödənişli olmadığından bankların bunda maraqlı olmadıqlarından bu xidmətdən istifadə daha çox tanışlıqla mümkündür. Baxmayaraq ki, bəzi bankların xidmət siyahısında bu cür xidmət nəzərdə tutulub.
Pul “xırdalanması” problemə çevrilib

Ekspertlər isə bildirirlər ki, kiçik nominasiyalı əskinas və qəpiklərlə təchizatdakı problemlər nağdsız ödəmələri stimullaşdıra bilər. Yəni bu problemlə qarşılaşmamaq üçün ödəmə kartlarından istifadə oluna bilər. Lakin kiçik sahibkarlıq subyektlərində Pos-terminalların olmaması bunun vəziyyətdən çıxış yolu olmasını inkar edir. Xüsusilə bazarlarda, ictimai nəqliyyatda bu məsələ özünü aktual edir.

Qeyd etmək lazımdır ki, 2006-cı ildə Azərbaycanda hazırda tədavüldə olan pul nişanları dövriyyəyə buraxıldıqdan qısa zaman sonra 1, 3, 5 qəpikliklərin istifadəsi məhdudlaşdı. Məhdudlaşmaya səbəb kimi əhalinin bu cür pul nişanlarından istifadə etməməsi göstərilsə də, əslində həmin vaxtdan etibarən dövriyyədə sözügedən pul nişanlarının qıt olması əsas səbəb kimi göstərilə bilərdi. Nəticədə sonradan Bakı Metropolitenində quraşdırılmış avtomatların bu cür pul nişanlarını qəbul etməməsi, istehlak bazarında bu məbləğlərdə məhsulun demək olar ki, olmaması 1, 3, 5 qəpikliklərdən istifadəni məhdudlaşdırıb. Sözügedən xoşagəlməz təcrübəni nəzərə alanda problemin təkrarlanmayacağını istisna etmək çətinləşir.

Məsələ ilə bağlı Mərkəzi Bankın mövqeyini öyrənmək istəsək də, yazılı sorğumuza cavab verən olmadı.

Ceyhun Piriyev


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!